-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Güvənmək Haqqında Aforizmlər və Sözlər

bilgideryasi


Güvənmək Haqqında Aforizmlər və Sözlər bir insana güvənməy guven haqqinda


 


Yaşamaq dirənməkdir, Sevmək isə güvənməkdir. Allah hər kəsin qarşısına güvənə biləcək İnsanlar çıxarsın.


 Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz. - Abbasqulu ağa Bakıxanov


Övladınıza güvənin! İnsan ona güvənənləre yalan demək istəməz.



Hər kəsə qarşı nəzakətli davran, az insana qarşı səmimi ol, onlara da güvənmədən öncə yaxşı düşün.

- Corc Vaşinqton


Deyirlər ki, eşq birinə səni məhv etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə güvənməkdir.


Heç kimə güvənməyən insan güvənilməyən insandir.


Hər zaman inamsızlıq göstərmək, hər zaman inanmaq kimi yalnışdır. - Y.V.Höte


Bir dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq.- Sokrat


Sevəcək qədər gözəl olmaqdansa, güvəniləcək qədər qeyrətli ol!


Səni sevirəm” dən daha özəl bir cümlə var. “ Sənə güvənirəm”. Çünki hər kəs hamını sevə bilir, amma hamıya güvənə bilmir. - Camal Süreya


Bir insana zornan sevdirəmməzsən özünü, mənə güvən deyə bilməzsən. O bunu hiss etmirsə, tək bir söz söyləyə bilərsən: "Özün bilərsən." - Can Yücəl


Qəribə deyilmi? Birini çox sevdiyinizdə; söylədiyinin yalan olduğunu bilsəniz belə, yenə hər şeydən çox ona inanmaq istəyərsiniz.

- Ziqmund Freyd


Sən yağ-bal içində üzərkən qardaşlıqdan, dostluqdan dəm vuranlar çox da inanma, əsl dost o adamdır ki, sənin ağır vaxtlarında, ehtiyac məqamlarında kömək əlini uzatsın. - Sədi Şirazi

Cahil dostundan çox ağıllı düşməninə güvən. - Hz. Əli


Vicdansıza güvən olmaz.

Güvənmək Haqqında Aforizmlər və Sözlər

Yanındakının dəyərini bilməyən, ona nankorluq edəndən xeyir gəlməz. Onun sözünə və andına inanmaq olmaz. - Sədi Şirazi


Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın. - Ömər Xəyyam


Həyatda heç bir zaman başqasına bütün Varlığınla güvənmə, çünki heç kim sənə bütün varlığı ilə görünməz.


Çətin anlarda iradəli insan yalnız özünə güvənir. O özünün düzgün hesab etdiyi tərzdə hərəkət edir və məsuliyyəti öz boynuna götürür.- Şarl de Qoll


Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ; Gülüşünüzün ardındakı kədəri. Qəzəbinizin ardındakı sevgini. Səssizliyinizin ardındakı səbəbi ... - Anonim 


Əgər cəsur deyilsənsə, səmimi ola bilmərsən.

Əgər cəsur deyilsənsə, sevə və güvənə bilmərsən.

Əgər cəsur deyilsənsə həqiqətin izinə düşə bilmərsən. Buna görə də öncə cəsarət gələr və hər şey onu izləyər. - Oşo 


Gerçəyə düşmən, yalana dost olan birisinə əsla güvənməyin. O, həm özünə düşməndir həm də özgəsinə. - Səbuhi Quluzadə


Dünyada ən gözəl şah əsərləri. 
Yaratdı zəhmətin cəsur əlləri.
Zəhmətə arxalan, işə güvən sən,.
Budur tərəqqinin yolu əzəldən. 
-Məhəmmədhüseyn Şəhriyar
>
To Top