-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

İlan Haqqında Atalar Sözləri, İlana Aid Atalar Sözləri

İnsan ilandan, ilan insandan qorxar.
- Madaqaskar atalar sözü

Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz.
ilan-haqqinda-atalar-sozleri-ilana-aid-atalar-sozleri-ilanla-bagli-sozler
Bir ilana, bir də xana bel bağlama.

İlan öz zəhərindən ölmür.
- Ərəb atalar sözü

Allah ilanın əməllərini bilib, ayaqlarını qarnında yaradıb.

Şirin dil ilanı yuvasından çıxardar.

Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar.
ilan haqqinda atalar sozleri,atalar sozleri,ilanla bağlı atalar sözləri

İlan Haqqında Atalar Sözləri


Əcəli çatan ilan yola çıxar.

İlan balasını da çalar.

İlan daş-qaşla bəzənmiş olsa da, fərqi yoxdur, yenə qorxuludur.
- Hind atalar sözü

İlanın ağına da lənət, qarasına da.
- Azərbaycan atalar sözü

İlan ilanı vurmaz.

İlan izini, ilan o saat bilər.
- Yapon atalar sözü

Balaca ilanı da böyük ağacla vur.
- Malayal atalar sözü

Kor ilan heç nədən qorxmaz.
- Yapon atalar sözü


ilan-haqqinda-atalar-sozleri-ilana-aid-atalar-sozleri-ilanla-bagli-sozler

İlan Haqqında Atalar Sözü


Bir dəfə ilan çalanı, kəndir də qorxudar.
- İndoneziya atalar sözü

İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar.
- Ərəb

İlanın da yadında qalır ki, onun quyruğunu kim tapdayıb.
- Ləzgi atalar sözü

İlan sancması xəncər zərbəsindən qorxuludur.
- Osetin atalar sözü

İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar.
- Malayal atalar sözü

Həşərat çox olsa, hətta ilanı da məhv edər.
- Hind atalar sözü

İnək su içsə süd, ilan su içsə zəhər əmələ gələr

Gül tikansız, çöl ilansız olmaz.

Dağ çiçəyindən ilan ağu çəkər, arı bal.

İlan adamın topuğunu gözlər, adam ilanın başını.

Su içinə ilan dəyməz.

İlan çıxdığı bacanı yaxşı tanıyar.
ilan-haqqinda-atalar-sozleri-2021-ilana-aid-ilanlar.jpg

Yaman yoldaş ilandan betərdi.

İlan hərdənbir sancar, yaramaz addımbaşı.
- Hind atalar sözü

Yatan ilanın quyruğunu basma.

İlan kəsilmiş quyruğunu unutmaz.

Molla çörəyi, ilan ayağı görünməz.

İlanın ayağını, qarışqanın gözünü, mollanın çörəyini hələ heç kəs görməyib.

İlan əvvəl ovsun qızdıranı sancar.

Yayda ilandan qorxan, qışda çatıdan qorxar.

Özgə əli ilə ilan tutur.

İlan özü bilir ki, ayaqları haradadır.
- Teluqu atalar sözü

İlan kinli olmasaydı, ayaqları qarnında olmazdı.
- Kürd atalar sözü

İlan nə qədər əyri olsa da, yuvasına düz gedər.
- Fars atalar sözü

Suda boğulan ilana sarılar.

İlan qovalasa yola, dəvə qovalasa yoxuşa qaç.
- Teluqu atalar sözü

İlan ilannığınnan torpağı yalar.

Hər yuvaya əlini salma: birində siçan var, birində ilan.
- Kürd atalar sözü

Hökümdarlar ilanlar kimidir: zəhər də, dərman da onların əlindədir.

Gizli düşmən ilan kimidir, sürünə-sürünə səssiz gələr.
- Azərbaycan atalar sözü
ilan-haqqinda-atalar-sozleri-ilana-aid-atalar-sozleri-ilanla-bagli-sozler
Gizli Düşmən

İgidi ilan öldürər, dövləti yalan.
>
To Top