-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Tənbəllik Haqqında Atalar Sözləri



tenbellik-haqqinda-atalar-sozleri-tembel-tembellik-tenbel-insan
tenbellik-haqqinda-atalar-sozleri-tembel-tembellik

Tənbəl dilənçinin qardaşıdır.
- Azərbaycan atalar sözü


Tənbəl çörəksiz qalar.

İşləmək çörək, tənbəllik qıtlıq gətirər.

Tənbəl adam bədbəxt olar.

Tənbəl yatağan olar.
- Azərbaycan atalar sözü

Uşaq oynamaqdan yorulmaz, tənbəl - yatmaqdan.
- Özbək atalar sözü

El elə dayanıb, tənbəl indi oyanıb.

İş iştaha açar, tənbəl işdən qaçar.
- Özbək atalar sözü

Tənbəl üçün həftədə yeddi bayram olur.
- Alman atalar sözü
Tənbəllik Haqqında Atalar Sözləri tembellik haqqinda atalar sozleri,tenbelliye aid atalar sozu

Tənbəlliyə Aid Atalar Sözləri 


Tənbəl badam istər, sındırmağının zəhmətindən qaçar.

Tənbəlin mədəsi tox olmaz.
- Alman atalar sözü

Tənbəl az işlər, çox dişlər.
- Tatar atalar sözü

Kasıblığın sifəti - tənbəllik.
- Tatar atalar sözü
tembellik haqqinda atalar sozleri,tenbelliye aid atalar sozleri,


Tənbəllik Haqqında Atalar Sözləri 


İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi.

İş buyur tənbələ, ağıl öyrətsin sənə.
- Azərbaycan atalar sözü

Tənbəl dağda qar gördü, yorğanına büründü.

Tənbəl deyər: - Ver yeyim, ört yatım, gözlə canım çıxmasın!

Tənbəl həmişə «xəstəyəm» deyər.

Tənbəlliyin dalınca xəstəlik gəzər.

Tənbəllik azar törədər, işləmək canı safa çıxardar.

tenbellik-haqqinda-atalar-sozleri-tembel-tembellik-tenbel-insan

Tənbələ həftənin hər günü cümədi.
- Azərbaycan atalar sözü

Tənbəl adam ağzıboş olar.
- Yapon atalar sözü

Tənbəl adam qorxaq olar.
- Monqol atalar sözü

Tənbəl durduğu yerdə də yorulur.
- Udmurt atalar sözü

Tənbəl durduğu yerdə yatar, oturduğu yerdə işlər.
- Başqırd atalar sözü

Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər.
- Azərbaycan atalar sözü

Ağa dedi yatma, tənbəl dedi:Yaxşı, onda dincəlim.

Tənbəl eşşək hoşu Allahdan istər.

Tənbəli Tanrı sevməz.
tenbele-aid-atalar-sozleri-tenbellik-haqqinda-Atalar-sozu-tenbel.jpg



Cəhd eləyən - var qazanar, tənbəl elə kasıb qalar.
- Tai atalar sözü

Arvadı tənbəl olan kişinin işi əngəl olar.

Tənbəl kişi çörəksiz qalar, tənbəl qadın paltarsız.
- Başqırd atalar sözü

Tənbəl arvad suyu dağıdar, deyər: -Aydınlıqdı!

Qoy lal desinlər, tənbəl deməsinlər.
- Kürd  atalar sözü

Azar tənbəllikdən bezardır.

Tənbəl işçiyə yüngül çəkic də ağır gələr.
- Alman atalar sözü

Tənbəl axşama yaxın işə başlar.
- Osetin atalar sözü

Tənbəl gün batanda başlar işə.
- Assuri atalar sözü

Günəş saralanda tənbəl başlayır tələsməyə.
- Fars atalar sözü

Şah Abbasın tənbəlidir.

Çalışanı ac, tənbəli tox görən yoxdu.

Tənbəl insan şeytanın oyuncağıdır.
- Ərəb atalar sözü

Tənbəllik - yamanlığın anasıdır.
- Gürcü atalar sözü

Qarışqanın yanına get, tənbəl, onun hərəkətlərinə bax və müdrik ol.
- Latın atalar sözü

Tənbəllik yoxsulluğun anasıdır.
- Assuri atalar sözü

Tənbəldən cəmiyyətə xeyir olmaz.

Tənbəl xəyalı ilə, işgüzar əməyi ilə varlanar.
- Avar atalar sözü

Tənbəllik - kasıblığın açarıdır.

Yoxsulluq eyib deyil, tənbəllik eyibdir.
tenbellik-haqqinda-atalar-sozleri-tenbel-insan-tenbeller


>
To Top