Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir.
Cəsarət səni qalxıb sözünü deməyə vadar edən şeydir; cəsarət həm də səni oturub dinləməyə məcbur edəndir.
Nə qədər ki, biz öz işimizə inanırıq, qələbəyə əzmimiz sarsılmazdır, qələbəni bizdən ala bilməzlər.
İdarə edilə bilən çətinliklər, qazanılmış fürsətlərdir.
Uğur hələ son deyil. Məğlubiyyət ölümcül deyil. Əsas olan əzmlə davam etməyə cəsarətdir.
“Dünən” ilə “bu gün” arasında dava düşsə, itirən “sabah” olar.
Uğur, bir uğursuzluqdan digərinə doğru həyəcanını itirmədən irəli getməkdir.
Əlimizdən gələnin ən yaxşısını etmək kifayət deyil, çünki bəzən gərəkli olanı etməliyik.
Çərpələnglər küləklərin gücü ilə deyil, o gücə qarşı çıxdıqları üçün yüksəlirlər.
Əgər nəyə isə təəccüblənə bilirsinizsə, deməli, hələ cavansınız.
Nə qədər geriyə baxsanız, bir o qədər irəlini görə bilərsiniz.
Kimin ki, 20 yaşı var və hələ sosialist deyil - onun ürəyi yoxdur. Kimin ki, 40 yaşı var və hələ sosialist olaraq qalır - onun ağlı yoxdur.
Əsəbi olduğum vaxtlarda heç bir qərar qəbul etmirəm.
Demokratiyada, xalq bütün yanlışları sınayıb etdikdən sonra doğru olanı tapar.
Demokratiyaya müxalif olmağın ən yaxşı sübutu, ortalama bir seçiciylə beş dəqiqə sübut etməkdir.
Öz fikrini dəyişə bilməyən, heç nəyi dəyişə bilməz.
Bir millətin ən dəyərli xəzinəsi, onu ucaldan mətbuatıdır.
Bir milləti idarə etmək, 4 uşağa təhsil verməkdən daha asandır.
Kapitalizmin əxlaqsızlığı, nemətləri ədalətsiz bir şəkildə bölüşməsidir,
Sosializmin fəziləti isə, səfaləti bərabər bölüşməsidir.
Tarix mənə qarşı nəzakətli davranacaqdır.
Çünki tarixi yazmağı planlaşdırıram.
Hal-hazırda məğlubiyyəti bütün damarlarımda hiss edirəm..
Əzəmətin bədəli məsuliyyətdir.
Vaxt və pul bir-birinə bağlıdır.
Siyasətçinin ən mühüm keyfiyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir.
Diplomat - heç bir şey söyləməmişdən əvvəl 2 dəfə fikirləşən şəxsdir.
Təbliğat lazım gələrsə, yalan üstündə də qurular.
Zarafat çox ciddi bir şeydir.
Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir.
Qan, dərd, tər və göz yaşı..
Bunlardan başqa vəd verə biləcəyim heç nə yoxdur.
Bir damcı neft bir damcı qandan daha qiymətlidir.
Savaşda bir dəfə ölürlər,
siyasətdə hər gün ölürlər.
Müharibə - bu, başqalarının maraqları naminə tamamilə günahsız insanların məhv olmasıdır.
Müharibə dövründə həqiqətlər o qədər dəyərli olur ki, yalanlarla hörülmüş bir divar tərəfindən qorunur.
Tarixdən öyrənməyənlər onu təkrar etməyə məhkumdurlar.