Sponsor 2
Trend Mövzular
Dərdlər həyatın dərsləridir. Onlardan öyrənib yola davam etməyənlərə həyat yenidən dərs keçir. Gün gələr, üsyan etdiyin dərdə görə şükür edərsən Allaha...
Dərd bizi dəyərsiz və yalan olan nə varsa, ondan uzaq edərək doğru yola yönəldir. Dərd bizə düşmən deyil dostdur.
Bir məqsəd üçün yaşamaq,
yaradıb yaşatmaq gərək...
Öyrən, sev və paylaş,
Həyatın mənası budur yoldaş!
Yalnızlıq yaşam tərzim, yalnızlıq yoldaşım...
Bəzən yorucu, bəzən də yaradıcı...
Əgər həyatda işini və həyat yoldaşını sən deyil, bir başqası seçəcəksə, onda yaşayacağın bu həyat sənin deyil, bir başqasının həyatı olacaq..
Şəhvətin deyil, sevginin əsiri olaq.
İlahi duyğular insanı ucaldır, heyvanı duyğularsa alçaldır.
İstək və inam varsa, məcburiyyətə ehtiyac yoxdur.
Məcburiyyət varsa, deməli istək və inam yoxdur.
Nifrət və kinin içində boğulan insanları yalnız sevgi xilas edə bilər.
Qəlbində sevgi, beynində fikir toxumları ək.
Ək və bəslə ki, inkişaf edəsən, böyüyəsən və bəhrəsini görəsən.
Düşüncə bilgidən daha böyük və qüdrətlidir.
Hansı ki, bir çox bilgini onunla öyrənir və istifadə edirik.
Öz dəyərini bilməyən, özgəsinin də dəyərini bilməz. Və dəyərbilməz birisindən nə dost olar, nə yoldaş..
Sözlər çoxaldıqca sözün dəyəri, təsir və doğruluq payı da azalır...
Sözünə də özünə də dəyər ver.
Xatirələrim bir zamanlar xəyal idi. İndiki xəyallarım da əlbət bir gün ən gözəl xatirələrimə çevriləcək.
Öldükdən sonra unudulmaq istəmirsənsə, bu dəyərli ömrünü ancaq özgəsinin xəyalları və arzuları uğruna xərcləmə. Öz xəyalların və arzuların üçün çalış. Elə bir arzu və xəyal ki, bütün bəşərə xidmət etsin. Bax onda sən, unudulmaz bir insan olacaqsan.
Kiçik qorxular bizi təhlükədən uzaqlaşdırır, böyük qorxular isə uğurdan...
Qorxulardan qaçdıqca qorxuların daha da böyüyür və sən qorxularının qulu olursan.
Qorxularına doğru qaçdıqca isə içindəki hər zaman bəslədiyin o canavarla üzləşirsən və onun heç də düşündüyün qədər qorxulu olmadığın anlayırsan.
Və bu qorxu canavarına qalib gələrək artıq qul deyil, azad olursan.
Ən böyük faciələr başıboş və daş qəlbli olanların əsəridir.
Həyat hərdən qovalamaca oyununa bənzəyir.
Nəyi qovalayırsansa səndən uzaqlaşır.
Nədən uzaqlaşırsansa sənə doğru qaçır.
Axırda biri yorulub oyunu bitirəcək.
Nəfsinin ağası olmayan, zalımın qulu olar.
Bir çoxları gərəksiz Maddi ehtiyaclardan ötrü, önəmli mənəvi ehtiyaclardan imtina edir. Hansı ki, bizi insan edən bəşəri ehtiyaclardır
Haqqını tələb edən bir müddət daha çox haqsızlığa uğrayar.
Haqqını tələb etməyən isə bir ömür...
Gerçəyə düşmən, yalana dost olan birisinə əsla güvənməyin. O, həm özünə düşməndir həm də özgəsinə.
Öz xoşbəxtliklərini başqalarını bədbəxtliyi üzərində quranlar sonda ən böyük faciəni yaşayacaqlar. Hər bir bəd əməlin bir bədəli vardır.
Bir ovuc insanın xoşbəxtliyi milyonlarla insanın bədbəxtliyi üzərinə qurulub.
Bu həyat yolunda yolçu da dəyişir yoldaş da.
Yol bizi dəyişir, biz də yolu.
Dəyişməyən tək şey yolun başlanğıcı və sonu...