Yaxşı dost yalnızlıqdan yaxşıdır. Yalnızlıq da pis bir dostdan daha yaxşıdır.
Dərdimiz yalnız olmaq deyil, Allahdan uzaq olmaqdır!
Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir.
Yoxsulluq və səfalətin olduğu yerdə cəhalət də vardır.
Ziyalı, heç bir təhsili olmasa belə, anlayışı və şüuru çox yüksək olan şəxsə deyilir.
Bəzi insanlar o qədər müqəddəsləşdirilir ki, zəif və gücsüz tərəfləri heç görülmür.
Tənqid olmayan yerdə bütpərəstlik başlayır.
1) İbadətə görə məsuliyyət sahibi bəndənin özüdür.Amma ədalətsizliyə görə bütün insanlıq məsuliyyət daşıyır!
2) İbadətə görə məsuliyyət daşıyan bəndənin özüdür, ədalətsizliyə görə isə bütün insanlıq!
Peyğəmbərlər, dinsiz toplumlara dini izah etmək üçün göndərilmədi. Əksinə, toplumun dəyişmiş din anlayışını düzəltmək üçün göndərildi.
Zülüm, Təqva libasına büründüyü an,
Tarixdəki ən böyük faciələr meydana gələr.
Bir yerdə yanğın varkən birisi səni ibadət etməyə çağırırsa, bil ki bu bir xainin dəvətidir.
1) Din pulla bəsləndiyi müddətcə, pula xidmət edəcəkdir.
2) Din pul tərəfindən bəsləndiyi müddətcə, pulun xidmətçisi olacaqdır.
Pulun olduğu yerdə həm din yalandır, həm dəki azadlıq.
Təkcə dövlətin danışma haqqına sahib olduğu məmləkətdə heç bir sözə inanmayın.
Əgər bir haqsızlığa əngəl ola bilmirsinizsə, ən azından ona başqalarına bəyan edin.
Oxuyun deyir oxuyun.. Çünki mürəkkəbin axmadığı yerdə qan axır.
Düşünmə, tabe ol deyənlərə deyil, düşün, sual ver və sorğula deyənlərə qulaq ver.
Heç bir diktatorun əlində dustaq olmaq istəmirsənsə sadəcə bir şeyi et: "Oxu! Oxu! Oxu"
- Doktor Əli Şəriəti
İndiki kölələr kreditlə yaşayıb, borclu olaraqxa ölürlər.
İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular.
- Əli Şəriəti
Mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram.
- Əli Şəriəti
Haqla batil arasında gedən savaşda yoxsansa, harada olursan ol, istər namaza qalx, istər şərab süfrəsində otur,hər ikisi birdir.