1. "İnsan mümkünsüzü bacara bilər" sözü yetərsizdir, çünki insan mümkünsüzün də ötəsinə keçə bilər. -Nikola Tesla
2. Xəyal etdiyiniz hər şey gerçəkdir. - Pablo Pikasso
3. Yalnız zəhmət, kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Uğurun formulu budur: qabiliyyət, zəhmət və israr. Uğurun elementləri bunlardır. - Lütfi Zadə
4. Bir şeyin mümkün olduğuna inandığınız zaman, ehtimallar yaranmağa başlayar. - İlon Musk
5. Onlar əvvəlcə səni görməzdən gəlir,sonra sənə gülür, daha sonra səninlə mübarizə aparırlar. Sonda isə sən qalib gəlirsən.-Mahatma Qandi
6. Mənim qəhrəmanlarım, xəyallarını heç kimə satmayan insanlardır. - Mustafa Kamal Atatürk
7. İmparatoruna söylə ki, mənim qüdrətimin çatdığı yerə, onların xəyalları belə çata bilməz. - II Mehmed ( Fateh Sultan Mehmet )
8. Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam.- Napolyon Bonapart
9. Heç vaxt bir mismarı belə kiçik görməyin.. Çünki, bir mismar bir nalı, bir nal atı, bir at sərkərdəni, bir sərkərdə ordunu, ordu isə böyük bir ölkəni xilas edir! - Çingiz Xan
10. Həyatda elə seçimlər et ki, qazandığın şeylər, itirdiklərinə dəysin. - Ernesto Çe Qevara
11. Rəqs edərkən edəcəyin ən böyük xəta düşünməkdir. Sadəcə hiss etməlisən. - Maykl Cekson
12. Yorulduqda istirahət etməyi öyrən, imtina etməyi yox. - Məhəmməd Əli
13. Xarakter ağac, şan-şöhrət isə o ağacın kölgəsi kimidir. Biz çox vaxt kölgəni düşünürük, ancaq gerçək olan ağacın özüdür. - Uilyam Linkoln (Abraham Lincoln)
14. Nə üstün zəka, nə xəyal gücü , lap birgə olsa belə bir dahi olmağa yetməz.
Sevgi, sevgi və sevgi...
Bax budur dahiliyin özü.. - Wolfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart)
15. Mənim üçün üç cür eşq vardır:
Allah eşqi, Millət eşqi və Elmə olan eşq. - Oqtay Sinanoğlu
16. Həyata doymaq bilməyən bir maraqla yaxınlaş və davamlı öyrənmək üçün hər zaman arayış içində ol. - Leonardo Da Vinçi
17. Biliyin ən böyük düşməni, bilgisizlik deyil, bildiniyini sanmaqdır. - Stiven Hokinq
18. Qorxunu fəth et ki, dünyanı fəth edəsən.
2) Qorxunu fəth et, bax onda dünyanı fəth edəcəyinə söz verirəm. - Makedoniyalı İskəndər
19. İdeyalar kütləni ələ alanda gücə çevrilir. - Vladimir Lenin
20. Biriləri əgər bugün kölgədə oturursa, bu uzun müddət öncə birisi ağac əkdiyi üçündür. - Uorren Baffett (Warren Buffet)
21. Zamanın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanar.- Henri Ford
22. Həyatınızda ən dəyərli şeylər, pulla alınmaz. Hamımızda sahib olduğumuz ən dəyərli nemət zamandır. - Stiv Cobs
23. Bir insanın həqiqi sərvəti bu dünyada etmiş olduğu yaxşılıqlardır. - Hz. Məhəmməd
24. Başqaları üçün yaşanmayan həyat, həyat deyildir. - Rahibə Tereza
25. Qəzəbə sevgiylə, pisliyə yaxşılıqla qalib gəl. Acgözlülüyü səxavətlə, yalanı həqiqətlə yen. - Budda