Ana olmasa nə şair olar, nə qəhrəman.
Dünyada insan olmaq ən şərəfli vəzifədir.
Sevgi, yaşamaq istəyidir.
Uşaqlar torpağın canlı çiçəkləridir.
Uşaqlar çox vaxt böyüklərdən daha ağıllı və daha səmimi olurlar.
Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir.
Xoşbəxtliyə gedən yol azad əməkdən başlayır.
Əmək zövq olanda həyat gözəldir, vəzifə olduqda isə köləlikdir!
Bütün həyatım boyu yalnız işləməyi sevən və bacaran adamları qəhrəman gördüm.
Sabah nə edəcəyini bilməyən insan - bədbəxtdir.
Namuslu adam heç kəsə paxıllıq etmir.
Hər ürək öz nəğməsini söylər.
Elə hislər, fikirlər, təxminlər var ki, onları sevdiyin qadından başqa heç kimə danışa bilmərsən.
Namuslu nişanlar üçün, yaşamaq daha çətin, ölmək daha asan olur.
Ən xırda şeylərdə belə dürüst olmaq lazımdır.
Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hislərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o sizi insana və özünüzə hörmət etməyə öyrədəcək, o, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq.
Bilikdən daha güclü bir güc yoxdur; biliklə silahlanmış insan yenilməzdir.
Əsgərin silahı tüfəng olduğu kimi, dil də ədəbiyyatçının silahıdır. Silah nə qədər yaxşı olarsa, döyüşçü də bir o qədər güclü olar.
Hər ötən günə kiçik bir həyat kimi baxmaq alazımdır.
Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır.
Mədəniyyətin səviyyəsi həmişə bilavasitə əməyə məhəbbətdən asılı olur.
Həyatda ən yüksək sevinc, ən yaxşı zövq özünü insanlara lazımlı və yaxın hiss etməkdir!
Böyük ürəklərə görə uzaqdakılar daim yaxındır.
Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.
Yalnız iki cür həyat forması var: çürümə və yanma. Qorxaq və acgözlər birincini, cəsarətli və səxavətlilər isə ikincini seçirlər.
Yalan - mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır.
Şit tərif nə onu deyənə, nə də aid olduğu adama hörmət qazandırır.
Düşmənin gözləri həmişə iti görür.
Böhtan və yalan - meşşanların qanun şəkli almış siyasət metodudur.
Əvvəllər insanları oğurluq edirdilər deyə, həbs edirdilər. İndi doğrunu söyləyirlər deyə, həbs edilər.
Bizləri aldatmaq üçün Tanrının adından belə istifadə edirlər.
Yalnız həyatın mənasını, insanların istəklərini və hərəkətlərinin əsl səbəblərini anlamağı öyrədən kitabları oxumaq və hörmət etmək lazımdır.
Xurafat - köhnə həqiqətlərin qırıntılarıdır.
Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur.
Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür.