-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Düşmən Haqqında Aforizmlər, Düşmənə Aid Sözlər

bilgideryasi

 Düşmən, səni təsadüfən incidən deyil, bunu bilərəkdən eləyəndir. -Epikür


Dost min isə azdır, düşmən bir isə çoxdur.- Atalar sözü.


Düşmənin yoxdursa, deməli həyatda heç bir uğur əldə etməmisən.- Che Guevara 


dusmen-haqqinda-sozler-dusmene-aid-dusmencilik-aforizmler

Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır. - İmam Rza.


Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən   daha rəzil düşmən ola bilməz.- Sokrat


Namuslu adamların düşməni başqalarından daha çox olur.- Fyodor Dostoyevski


Əxlaqlın ən böyük düşməni duyğusuz olmaqdır.- Albert Şveytser


Xasiyyəti pis olan adam elə bir düşmənin əlinə keçmişdir ki, hara getsə də canını onun əlindən qurtara bilməyəcəkdir.- Sədi Şirazi


İnsanın pulu artdıqca düşməni,   elmi artdıqca dostu çoxalar.- Hz. Əli


Nadanlıq insanın düşmənidir. - İmam Həsən Əskəri

düşmən haqqında aforizmlər,mövzular,düşmənə aid sözlər,dusmen haqqinda nadanlıq


Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir. - Demokrit


Düşməninə etinasız olma: səhvlərini birinci o görür. - Antisfen


 Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol. -Çarlz Bukovski


Düşmən can desə də, düşməndir yenə.- Səməd Vurğu


Tovuz quşunun qanadı özünə düşməndir. - Cəlaləddin Rumi


Əgər dostum düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam etdirmək olmaz. - İbn Sina.


Mərd bir düşmən, dırmıqlayan bir dostdan daha yaxşıdır. - Klemens Brentano


Həyatda insanın üç dostu var: dostunun dostu, öz dostu və düşməninin düşməni. - Mühəmməd peyğəmbər (SƏS)


 Hər kəsi dostun etməyəcəyinə görə, düşmənlərinlə yaşamasını öyrənməlisən. - Aleksis de Tokvil


İnsan mərhəməti, ürəyi yumşaqlığı və cömərtliyi ilə düşmənlərinin belə sevgisini qazanar.- Sədi Şirazi


Çalış həmişə düşmənlərini bağışlayasan, heç nə onları bu qədər qıcıqlandıra bilməz.- Oskar Uayld 


Düşmənlərinizi bağışlayın,   amma adlarını unutmayın. -  Con Kennedi


Düşməni bağışlamaq   dostu bağışlamaqdan asandır. - Fridrix Nitsşe


Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin; düşməninlə də ehtiyatla Davran, ola bilər, bir gün səninlə dost olsun. - Əli İbn Əbu Talib


İnsanlarla elə yaşa ki, gələcəkdə dostun düşmənin olmasın, düşmənin isə dostun olsun. - Pifaqor.


İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın.  - Hz. Əli


Yalnız ağıllı insanlarla dostluq edin, çünki bəzən axmaq dost, ağıllı düşməndən də təhlükəli ola bilər. - Cəlaləddin Rumi.


Düşmənindən çox dostundan çəkin! Çünki dostluq bitsə, sənə necə zərər verə biləcəyini ən yaxşı dostun bilər yalnız.

- Bob Marli


Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər. - Bencamin Franklin


Düşmənin gözləri həmişə iti görür. - Maksim Qorki


Nəfsin istəklərindən özünü çəkindirmək üçün nəfsinlə mübarizə apar. Çünki, nəfsinlə mübarizə düşməninlə mübarizə qədər sənə vacibdir. - İmam Kazım


Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar. - Əbdürrəhman Cami


Daha yaxşı yaxşının düşmənidir. - Uilyam Şekspir


Gerçəyin düşməni çoxdur, yalanınsa dostu...- Even The Rain filmi


Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də.- Tolstoy


Qəzəbin alovu ilk əvvəl sahibini yandırar. Sonrakı qığılcımı düşmənə ya çata, ya çatmaya ... - Avraam Linkoln


Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir. - Əbu Turxan


Zəfər zəfər deyildir, yenilən düşmən yenildiyini qəbul etməsə. - M.Klaudius


Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz. - Sədi Şirazi


Yolu düzgün seçə bilsən, düşmənin silahı özü üçün yükə çevrilər. - Əbu Turxan


Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.- Frans Kafka


Düşməninizi əsla səhv edərkən narahat etməyin. -Napoleon Bonapart 


Mənim həyatımdakı ən böyük düşmən zamandır. - Çarli Çaplin


Çoxlarına şöhrəti düşmənləri gətirmişdir. - Baltazar Qrasian


Sülh istəyirsinizsə, düşmənlərinizlə də çalışmağa məcbursunuz. Bax onda düşməniniz dostunuz da olar. - Nelson Mandela


Sizə hücum edən düşmənlərdən qorxmayın. Sizə yaltaqlanan dostlarınızdan qorxun. - Obreqon


Qorxaq dost düşməndən də qorxuludur, çünki düşməndən ehtiyat etdiyin halda, dosta bel bağlayırsan.

- Lev Tolstoy


Düşməndən qisas almağın ən düzgün yolu ona oxşamaqdır.- Mark Avreli 


Tanrı məni dostlarımdan qorusun; düşmənlərimdən mən özümü qoruyaram.


Ağıllı bir adam, sənin can düşmənin olsa belə, cahil dostdan yaxşıdır.- Firdovsi


Biganə adam düşməndən qorxuludur.- Volter


Cahil dostundan çox ağıllı düşməninə güvən.- Hz. Əli


Biliyin ən böyük düşməni, bilgisizlik deyil, bildiniyini sanmaqdır. - Stiven Hokinq


Cahillik bütün bəşəriyyətin ən böyük düşmənidir hansı ki, bir çox  bədbəxtliklər bundan doğmuşdur.- Anonim


Qanlı düşmən bizi qorxudur ki, ürəyimiz alçaq itaətə vərdiş eləsin.- Babək filmi


Oxuyub anlamaq, bilmək gərəkdir. 

Çünki insan, ən çox bilmədiyinə düşməndir.- Cəmil Meriç


Cahil insan hətta özünün belə düşməni olduğu halda, ondan başqasına dost olmağı necə gözləmək olar?- Sokrat 


Gerçəyə düşmən, yalana dost olan birisinə əsla güvənməyin. O, həm özünə düşməndir həm də özgəsinə. - Səbuhi Quluzadə


Şərə şərik olma, xeyrə qarşı olma. 

Çünki, şərə şərik xeyrə düşmən olanlar özünə də dünyaya da düşməndirlər..

Şərin düşməni, xeyrin dostu ol. - Səbuhi Quluzadə


Biz düşmənlərimizi məhz etmək üçün deyil,  onları dəyişmək üçün çalışırıq. - Corc Oruell


Düşməninizin nədən qorxduğunu anlamaq üçün, sizi nə ilə qorxutduğuna baxın.- Erik Hoffler


Fikirlər silahlardan daha güclüdür. Biz düşmənlərimizin silah sahibi olmalarına icazə vermədik, niyə fikir sahibi olmalarına icazə verək ki.- İosif Stalin 


Bir çox hökmdarlar altı düşmənin qurbanı olmuşlar: şəhvətin, qəzəbin, tamahkarlığın, vasvasılığın, təkəbbürün və həsəd aparmanın. Güclü bir xarakterə sahib olanlar, onların izi ilə getməməli, ancaq salehliyi və zənginliyi qorumalıdırlar.

- Çanakya


Hüzurunda göbək oynadan millətin, sərhədində düşmən at oynadar!- Şah İsmayıl Xətai


>
To Top