-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Axmaqlıq Haqqında Aforizmlər Və Sözlər

Axmaqlıqdan başqa günah yoxdur. - Oskar Uayld 

axmaqliq-haqqinda-aforizmler-agli-olmayan-axmaq-insanlar-agilsiz-agilsizlar


Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər.


Ən pis yoxsulluq axmaqlıqdır. - Hz. Əli


Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar. - İohann Volfqanq Höte


Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salan insan ya lovğadır, ya da ağılsız.- Aleksandr Pop


Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. - Bencamin Franklin


Təcrübə, məktəblərin ən inkişaf etmişidir, o məktəbdə axmaqlar belə bir şey öyrənər. - Bencamin Franklin


Öz axmaqlığını görmürsənsə- axmaqsan, görürsənsə- ağıllısan, görüb qarşısını alırsansa- dahisən.- Volter


Axmaqlar ağıllılardan çox az şey öyrənərlər. Amma ağıllılar axmaqlardan çox şey öyrənərlər.


 Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir. - Adrian Dekursel

axmaqliq-haqqinda-aforizmler-agilsiz-axmaq-insanlar-agilsiz-agilsizlar-.jpg


Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü- kiçiyi olur. - Əbu Turxan


Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. - Plato


Əxlaqlı bir qadın kişinin başına tacdır.

Bunun dəyərini bilməyən kişi isə axmaqdır.- Hz. Süleyman


Qadınlar kişisiz cəmiyyətdə solur, kişilər isə qadınsız cəmiyyətdə axmaqlaşır. - Anton Çexov 


Bir yalana inanmaq sizi axmaq etməz. Çünki, saf bir insan olmaq şəxsiyyətsiz birsi olmaqdan yaxşıdır. - Viktor Hüqo


Birinci dəfə bağışlamaq müdriklik, ikinci dəfə bağışlamaq rəhmlilik, üçüncü dəfə bağışlamaq axmaqlıqdır.- Al Paçino


Axmaq insan nə bağışlayar, nə dəki unudar. 

Saf insan bağışlayar və unudar. 

Müdrik insan isə bağışlayar ancaq unutmaz.- Thomas Szasz


Ağıllı adam ağıllı adamla həmişə razılaşır, axmaq isə nə ağıllı ilə, nə də ağılsızla razılaşır. Necə ki, bütün düz xətlər bir-birinə uyğun gəlir, əyri xətlər isə nə bir-biri ilə, nə də düz xətlərlə uyğunlaşır. - Aristotel


Yalnız ağıllı insanlarla dostluq edin, çünki bəzən axmaq dost, ağıllı düşməndən də təhlükəli ola bilər. - Cəlaləddin Rumi.


Təəssüf edirəm, axmaqlığa qarşı allergiyam var.- Uill Smit


Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır. - Sokrat 


Bir axmaq bizi tərifləyən kimi, o artıq bizə elə də axmaq görünmür.- Fransua de Laroşfuko 


Axmaq ilə pul uzun zaman bir yerdə qala bilməz. - Corc Bernard Şou


Bəxtindən şikayət etmə, bunu axmaqlar edər. - Haruki Murakami


Şükür ki, yüz dənə axmaq bir araya gəlsə bir dənə ağıllı adam etməz. - Artur Şopenhauer


Axmağa məsləhət vermək kora güzgü vermək kimi bir şeydir. - İ.Müller.


Hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. - Mövlana 


İnanılması ən çətin dedi-qodular, axmaqların yaddaşında ən uzun müddət qalanlardır. - Alfred De Viqni


Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların Cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım.- Kiçik İskəndər


Özünü ağıllı kimi göstərən axmaqdan daha təhlükəli adam yoxdur.- Yohann Volfqanq Höte


Heç nəyə heyrətlənməmək, ağlın yox axmaqlığın əlamətidir.- Dostoyevski


Axmaqlar özlərini ağıllılar sırasına aid etməsəydilər, ağıllı adamlar tənha olardılar. - Vovenarq.


Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir. - Pyer Büast


Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır. - Sədi Şirazi


Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. - Plato


Nə qədər ağıllı danışsan da uzunçuluq eləyən kimi dediklərin axmaq sözlərlə bitəcək.- Aleksandr Düma


Ağzını bağlı saxlamaq və insanlara axmaq olduğunu düşünməyə icazə vermək ağzını açıb bütün bu şübhələri uzaqlaşdırmaqdan daha yaxşı olar.- Mark Tven


Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir. -  Sədi Şirazi



Axmaqlıq yoluxucudur. - Nəcib Fazil Qısakürək 


Axmaqların soruşub ağıllı insanların cavab verə bilmədiyi bir çox sual var. - Corc Polya


Zəkanın arxasında qaçmayın axmaqlığı tutarsınız. - Şarl Lui Monteskyö


Qocalıq axmaq üçün yük, nadan üçün – qış, alim üçün – biçin vaxtıdır. - Volter.


Gənclər qocaların axmaq olduqlarını hesab edirlər. Halbuki, qocalar da gənclərin axmaq olduqlarını hesab edirlər. - Corc Çapmen.


Mümkün deyil ifadəsi axmaqların lüğətindən götürülüb. - Napoleon Bonapart.


Özünün axmaq olduğunu bilən insan artıq o qədər də axmaq deyil. Tənbəl isə tənbəl olduğunu bilə bilər, ondan şikayətlənər, amma yenə tənbəl olaraq qalar. - J. Renar 


Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin. - Fransua De Laroşfuko


Lovğalanmaq –özünə inamsızlıq əqwlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə - axmaqlığın göstəricisidir. - Sun Dzı


Sərvət müdrik insanların köləsi, axmaq insanların isə ağasıdır. - Seneka


Axmaq yüksək vəzifədə olanda hamı onu dahi zənn edir. - Helvetsi


Dahi xırda işlərdə də dahi, axmaq isəl böyük işlərdə də kiçikdir. - Pyer Büastįbm


Yalnız ağıl, elm, iradə, vicdan insanı yüksəldir. Başqa cür yüksəlməyin mümkün olduğunu yalnız axmaq adam düşünə bilər.- Abay Kunanbayev


Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. - Qasım bəy Zakir.


Niyə uşaqlar belə ağıllı, böyüklərsə belə axmaqdı? Ola bilər problem təhsildədir.- Aleksandr Düma


Əslində hər kəs dahidir. Amma siz bir balığı, ağaca dırmaşa  bilmədiyinə görə mühakimə etsəniz, bütün həyatını axmaq olduğuna inanaraq keçirər.- Albert Eynşteyn


Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır. - Molyer


Xronologiya axmaqların tarixidir. - Cəmil Meriç


Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir.- Bertran Rassel


Ağıllı insanlar susduqca, axmaqların sayı artmağa başlayır. - Nelson Mandela


Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik. - Martin Lüter Kinq


  

>
To Top