Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur.
Təhsil alın ki, cahilləri idarə edəsiz, təhsil almasanız əksi olacaq, cahillərin əlinə baxmalı olacaqsız.
Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm , ana dilim var.
Dünyada hər bir kəs üçün sözdən böyük yadıgar yoxdur. Zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır.
Düzdür, yerindədir əlim-ayağım,
Vardır bədənimdə canım da hətta,
Ancaq bir iş var ki, yox azadlığım,
Ağrıdır yaşamaq əsarət altda.
Uşaqlıqdan görmüşəm ki, qonşu qadınlar, uşaqlar yad it görən kimi ona "paşol", yəni "get" deyib qovmağa çalışırlar. Mən təəccüb edirdim: doğurdanmı, itlər rusca "danışırlar"?
Mən bir dəfə əlimə daş götürüb, itə sarı "get burdan", "rədd ol" deyə qışqırdım. İt bu sözləri eşidən kimi məndən uzaqlaşdı. Deməli, it azərbaycanca da "başa düşürmüş".
Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa “Molla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə.
Əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqət ilə baxın camalınıza.
Ölülər rahat idi.Əsl dirilməli olanlar "yaşayanlar" idi. ( "Ölülər" əsərindən)
Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim...
Cəlil Məmmədquluzadə Haqqında məlumat:
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə — Görkəmli Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri.
O, 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur.
Açar sözlər: Celil Memmedquluzade sozleri,Cəlil Məmmədquluzadə Sözləri,cəlil məmmədquluzadə aforizmləri,