Yalnız sevgi olan yerdə həyat var.
İnsan öz düşüncələrinin məhsuludur. O, nəyi düşünürsə, elə də olur.
Bir insan etdiklərinin cəmidir.
Başqalarını xoşbəxt etmək üçün öz səadətini qurban verən adam xoşbəxtdir.
Dilinə nəzarət etməyi bacarmayan insanda həqiqət axtarma.
Bizim ən böyük xəstəliyimiz axmaqlığımızdır.
Düzgün, təmiz və şərəfli olmaq üçün pula ehtiyacımız yoxdur.
Faydalı və faydasız, yaxşı və pis birlikdə inkişaf edir və insan özü üçün seçim etməyi bacarmalıdır.
Mənim üçün yeganə fəzilət həqiqəti axtarmaqdır.
Həqiqi gözəllik qəlbin saflığındadır.
Nifrəti sevgi ilə, yalanı həqiqətlə, şiddəti səbirlə dəf et.
Sevgisiz həyat ölümdür.
Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur.
Bağışlamaq, cəzalandırmaqdan daha cəsarətli bir addımdır. Zəif bağışlaya bilməz. Bağışlamaq güclüyə xas olan xüsusiyyətdir.
Mənim razılığım olmadan heç kim mənə zərər verə bilməz.
Əgər rəqibinlə üz-üzə gələsən, ona sevgi ilə qalib gəl.
Mahatma Qandidən Sitatlar
Heç kimə çirkli ayaqlarıyla, beynimdə gəzmə fürsəti vermərəm.
Onlar əvvəlcə səni görməzdən gəlir, sonra sənə gülür, daha sonra səninlə mübarizə aparırlar. Sonda isə sən qalib gəlirsən.
Şəxsi təcrübəmin qramı özgə məsləhətlərinin tonundan qiymətlidir.
Sadə yaşa ki, başqaları da var ola bilsin.
Zəngin sadə yaşamalıdır ki, yoxsul sağ qala bilsin.
Zorakılıqla əldə edilmiş qələbə məğlubiyyətə bərabərdir. Çünki, o qısa müddətlidir.
Birinə haqsızlıq edib 100 adamı ətrafına yığmaqdansa, ədalətli olub tək qalmaq daha yaxşıdır.
Vicdanın səsi bütün qanunların üstündədir.
Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir.
Ədalətsiz rejimi, ədalətlə yıxın. Alqışlar önünə qansız əllə çıxın.
Dünya hər hansı bir insanın ehtiyaclarını təmin etmək üçün kifayət qədər böyük, lakin insan acgözlüyünü təmin etmək üçün isə çox kiçikdir.
Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq.
Dünyada görmək istədiyin dəyişikliyin bir parçası ol.