-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Viktor Hüqo Sözləri


İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.

Ağıllı o kəsdir ki, özünü görə bilir.

Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur.

Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.

Tənbəllik anadır, oğlu oğurluq, qızı aclıq.

Yumşaq olma əzilərsən,sərt olma qırılarsan.

İblisin başqa bir adı da yalandır.

Kasıblıq, insanı sözdə Dostlarından uzaqlaşdırır.

Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.

Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran qoyar.

Xoş görmək və bağışlamaq sevginin təməlidir.

Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.

Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar.
Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar

Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar


Qadınlar zəifdir, amma analar qüvvətlidir.

Qadını gözəl edən Allahdır, sevimli edən şeytan.

Gözəl qadın heç vaxt ağıllı qadının əldə etdiyini əldə edə bilməz.

Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır.

Ağlamaq üçün gözdən yaş mı axmalı ?
Dodaqlar gülərkən, insan ağlamaz mı ?

Heç kim əvəzolunmaz deyil və heç kim də özünü əvəzolunmaz hesab edən biri qədər axmaq deyil...

Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar


Ən qaranlıq gecə belə bitər və günəş yenidən doğar...

Yaxşı olmaq olduğun kimi olmaqdırsa onda niyə hər kəs rollara girir?

Deməli, insan alçaldıqca heyvandan daha vəhşi ola bilir.

Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir.

Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.

Kitablar soyuq, amma etibarlı dostlardır.

Həyatın bütün dərdlərinin çarəsi kitablardadır…

Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.

Bir məktəb açan bir həbsxana bağlayar.

Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.

Məncə nə edilsə də iki insanın haqqı ödənməz: Bunlar Ana və Müəllimdir.

İşığı heç kim kor qədər sevə bilməz.

Ümid lap ətrafımızdakı günəş kimi içimizdə parıldayırdı.

Çalışmaq həyat, düşünmək işıqdır.

Həm gözəl insan olmaq, həm də işə yaramaq - böyük adam olmaq deməkdir.

Öldükdən sonra da yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, yada yazmağa dəyər bir həyat yaşayın.

Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir.

Vicdan məhkəməsi ən ali məhkəmədir.

Bir tikə çörək oğurladığıma görə məni həbsxanaya apardılar və orda illərlə hər gün havayı bir bütöv çörək verdilər.
Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar

Tanrı heç bir uşağı pis olsun deyə yaratmaz! Onu pis edən pis təhsil və tərbiyədir.
Pis ana-ata, pis ətraf və pis idarə etmək bir bataqlıq kimidir; yazıq uşaqları da özünə çəkib məhv edər.

Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.

Həyat nəğmədir, onun nəqarəti isə ölümdür.

Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz.

Sevgi ağac kimidir; o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və hətta bizim ürəyimizin dağıntıları üzərində çiçəklənməkdə davam edir.

İnsanların sıx olduğu yerlər həmişə təhlükəlidir. İçlərində əlbət ruhlarını ucuza satmış alçaqlar vardır.

Özünü idarə edə bilməyən başqasının əmri altında yaşamağa məhkumdur.

Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar
Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.

Bir millət tək bir insan və tək bir ruh ola bilməlidir.

Ruhunu itirən dünyanı qazansa nə çıxar?

Bir vətəndaşın azadlığı o biri vətəndaşın azadlığının qurtardığı yerdən başlayır.

Heç bir ordu, zamanı yetişmiş bir fikir qədər qüvvətli deyildir.

Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir.

Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən başqa demək olar ki, heç nə yoxdur.
Victor-hugo-viktor-sefiller-huqo-sozleri-aforizmler-huqonun-sitatlar

>
To Top