-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Müharibə Haqqında Aforizmlər


Müharibə varlıların kasıblar üzərində oynadığı bir şahmat oyunudur.
- Səbuhi Quluzadə
varli-kasib-sahmat-muharibe-haqqinda-muharibeye-aid-sebuhi-sulh

Müharibə - bu, başqalarının maraqları naminə tamamilə günahsız insanların məhv olmasıdır.
-  Uinston Çörçill

Müharibə igidlik deyil. Müharibə xəstəlikdir.
- A.S.Exupery

Millətin həyatı təhlükəyə məruz qalmayıbsa, müharibə etmək cinayətdir.
- Mustafa Kamal Atatürk

 Həmişə sülh tərəfdarı ol, lakin müharibəyə də hazır ol.
- Napoleon Bonapart

 Sülh içində yaşamaq istəyənlər müharibəyə də hazır olmalıdırlar.
- Nikkolo Makiavelli

Qocalar müharibəni elan edir, ölməyə isə cavanlar gedir.
- Gerbert Quver

Müharibə cəldliyi sevir.
- Napoleon B

Müharibə humanizmin və həqiqətin inkarıdır. Məsələ təkcə insanların öldürülməsində deyil, zatən insan əvvəl-axır ölür. Məsələ, şüurlu şəkildə nifrətin və yalanın insanlara aşılanmasındadır.
- Cəvahiəl Nebru

Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur.
- Tomas Vilson

Müharibə həyatın qaçılmaz qanunudur. Sülh isə iki müharibə arasında qurulan xoşbəxtlik körpüsüdür.
- Fridrix Nitsşe

 Müharibənin yaxşısı, sülhün də pisi yoxdur.
- Bencamin Franklin

Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir.
- Viktor Hüqo
muharibeye-aid-sozler-sulh-muharibe-haqqinda-aforizmler-savas.jpg



Kimsə heç olmasa bir dəfə döyüş meydanında ölmüş bir əsgərin şüşəyə dönmüş gözlərinə baxsaydı, müharibəyə başlamazdan əvvəl yaxşı düşünərdi.
- Otto fon Bismark

 Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır.
- Albert Eynşteyn

Müharibədən fayda görənlər olmasaydı, Müharibələr olmazdı.
- Əbu Turxan

Bir insanı öldürənə qatil,milyonları öldürənə qəhrəman,hərkəsi öldürənə Tanrı deyirik.
- Jean Rostand

Müharibə etmək lazım olanda pul tapılır, kasıbları doyurmaq lazım olanda isə tapılmır.
- Tupak Şakur

 Üçüncü dünya müharibəsində hansı silahlar istifadə ediləcək bilmirəm, amma dördüncüsü daş və çubuq ilə ediləcək.
- Albert Eynşteyn

İnsanların öldüyü heç bir savaş ədalətli deyildir.
- The Pianist

Ya bəşəriyyət müharibələrə, ya da müharibələr bəşəriyyətə son qoyacaqdır.
- Con Kennedi
>
To Top