-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Məşhur İnsanlardan Sitatlar


Gözəlliyi görmək və duymaq bacarığını qoruyub saxlayanlar heç zaman qocalmırlar.
- Franz Kafka

Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq, o itən deyil.
- Nizami Gəncəvi

Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
- Mark Tven

Əgər sirri ikidən çox adam bilirsə, o artıq sirr deyil.
- Aqata Kristi

Gülmək həmişə xoşbəxt olmaq demək deyil. Bəzən elə gülüşlər olur ki, ən böyük ağrıları gizlətmək üçündür..
- Bob Marli

Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə qarşı həqiqi bir nifrəti üstün tutaram.
- Anton Çexov
meshur-insanlardan-sitatlar-meshurlar-meshurlarin-sozleri-aforizm

meshur-insanlardan-sitatlar-meshurlar-meshurlarin-sozleri-aforizm

Göründükləri kimi olmalıdır insanlar. Əgər deyillərsə; heç görünməsələr daha yaxşıdır.
- Uilyam Şekspir

Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır.
- Deyl Karnegi

Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırmış oluruq.
- Deni Didro

Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir.
- Sokrat

Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.
- Paulo Koelyo
meshur-insanlardan-sitatlar-meshurlar-meshurlarin-sozleri-aforizm

Həyat iki şəkildə yaşanır: Ya heç möcüzə yoxmuş kimi, ya da hər şey bir möcüzəymiş kimi.
- Albert Eynşteyn

Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.
- Viktor Hüqo

Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur.
- Aristotel

Siz beyninizi böyük xəyallarla doldurun. Beyniniz sonra cibinizi pul ilə dolduracaqdır.
- Bencamin Franklin

Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır.
- Mövlana Cəlaləddin Rumi

meshur-insanlardan-sitatlar-meshurlar-meshurlarin-sozleri-aforizm

Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır. Bu şöhrət hissinə də aiddir.
- Artur Şopenhauer

Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir.
- Rene Dekart

Bəlkə də insan sevilməkdən çox başa düşülmək istəyirdi...
- Corc Oruel

Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa…
- Fyodor Dostoyevski
meshur-insanlardan-sitatlar-meshurlar-meshurlarin-sozleri-aforizm

Bizim ən böyük xəstəliyimiz axmaqlığımızdır.
- Mahatma Qandi

Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.
- Fridrix Nitsşe

Hər şey istədiyin kimi olsa, yaşamaq sənin üçün maraqsız olmağa başlayacaq.
- Haruki Murakami

Gələcək, bu gündən ona hazırlananlara aiddir.
- Malkolm X

Haqsızlıq etməyən hörmətə layiqdir. Başqalrının haqsızlıq etməsinə imkan verməyən isə ikiqat hörmətə layiqdir.
- Platon

Bir millətin əxlaqı dişləri kimidir-çürüdüyü zaman ağrısını hiss edər.
- Corc Bernard Şou

Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et.
- Oldos Haksli

Üç şey heç vaxt geri qayıtmır: zaman, söz, imkan. Ona görə də vaxtı itirmə, sözlərini seç, imkanı əldən vermə.
- Konfutsi

Şikayətləndiyiniz həyat bəlkə də başqası üçün xəyaldır.
- Lev Tolstoy
meshur-insanlardan-sitatlar-meshurlar-meshurlarin-sozleri-aforizm

Dünya hər kəsin öz malını satdığı bir bazardır.
- Məhəmməd Füzuli

Savaşı zənginlər çıxarar, yoxsullar ölər.
- Jan Pol Sartr

Təhlükəli bir dövrdə yaşayırıq, insan özünə hökm etməyi öyrənmədən təbiətə hökm etməyi öyrəndi.
- Albert Şveyster

Quldarlıq ləğv olunmadı, sadəcə bütün rəngləri əhatə edərək genişləndirildi.
- Çarlz Bukovski

Haqla batil arasında gedən savaşda yoxsansa, harada olursan ol, istər namaza qalx, istər şərab süfrəsində otur,hər ikisi birdir.
- Əli Şəriəti

Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik.
- Martin Lüter Kinq

>
To Top