Sponsor 2
Trend Mövzular
frensis-bekon-sozleri-fransis-bacon-aforizm-aforizmler-sitatlar-sozler
Dostluq sevinci ikiqat edir, dərdi isə yarı bölür.
Məsləhət istəmək bir insanın digərinə göstərdiyi ən böyük etibardır.
İnsan hər vaxt qəhrəman ola bilməz amma hər vaxt insan ola bilər.
Vəzifəni yerinə yetirərkən ən yaxşı şeyləri özünə örnək al.
Bir qadın gənclik dövründə həyat yoldaşının sevgilisi, yetkin dövründə dostu, qocalıq dövründə isə baxcısıdır.
İnsan təbiətində ağıllı olmaqdan əlavə dəlilik də vardır.
Ağıllı insan tapdığından daha çox fürsət yaradan insandır.
Bilik güc, güc isə bilikdir.
Bilginin özündə böyük bir qüdrət vardır.
Kitab insan üçün mənəvi qidadır.
Kitab zamanın dalğaları üzərində səyahət edən və öz dəyərli yükünü ehtiyatla nəsillərdən -nəsillərə yetirən fikir gəmisidir.
Yaxşı kitablar həqiqi dostlarımızdır.
Mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir.
Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir.
Bəzi kitabları dadmaq, bəzi kitabları elə-belə udmaq olar,amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır.
Mütaliə-həyatda faydalı olmaq naminə edilməlidir.
Yalanlamaq və rədd etmək üçün oxuma.
İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma.
Sadəcə olaraq, danışmaq və
nitq söyləmək üçün də oxuma.
Ölçmək, müqayisə etmək və
düşünmək üçün oxu.
Doğru bilgi şüphənin olmadığı yerdə başlayır.
Doğru yoldan gedən topal, tələsərək yanlış yoldan gedəni gəlib keçər.

Fikirlərin də adamlar kimi öz gəncliyi olur.
Təmkin sayəsində ən yüksək məqama çatmaq mümkündür.
Bizi güclü edən yediklərimiz deyil, həzm etdiklərimizdir.
Bizi zəngin edən qazandıqlarımız deyil, qoruyub saxladıqlarımızdır.
Bizi bilgili edən oxuduqlarımız deyil, başa düsdüklərimizdir.
( 2-ci forma :
Yedikləriniz deyil, həzm etdiyimiz şeylər bizi güclü edir.
Qazandıqlarımız deyil, qoruyub saxladığımız şeylər bizi zəngin edir.
Oxuduqlarımız deyil,başa düşdüyümüz şeylər bizi bilgili edir. )
Ümid yaxşı bir səhər yeməyi, həmçinin pis bir axşam yeməyidir.
Özündən əmin bir şəkildə işə başlasan işi şüphəylə bitirərsən.
Əksinə şübhəylə başlasan, işi əmin bir şəkildə bitirmiş olarsan.
Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər.
Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür.
Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır.
Vətənə sevgi ailədən başlanır.
Yalnız özünü düşünən insan, yumurtasını bişirmək üçün qonşusunun evini yandırar.
Pis adam başqalarında da həmişə pislik axtarır.
Pul yaxşı qulluqçudur, lakin pis ağadır.
Pul gübrə kimidir, bölüşməsən, heç nəyə yaramır.
Öz zənginliyi ilə hər şeyi ala biləcəklərini düşünənlərin əksəriyyəti hər şeydən əvvəl artıq özlərini satıblar.
Yeni qərarlar qəbul etməyəni yeni problemlər gözləyir.
Yalan zəiflərin daldanacaq yeri və sığınacağıdır.
Ateizm nazik buz qatıdır: onun üstündən bir nəfər keçə bilər, amma xalq guppultu ilə uçuruma düşəcəkdir.
Dayaz fəlsəfə insan əqlini allahsızlığa sövq edir, dərin fəlsəfə isə insan əqlini dinə, Allaha doğru yönəldir.
Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır.
Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır.
Zaman axan bir şəlalə kimi bizə yüngül və kiçik şeyləri gətirmişdir. Ağır və möhkəm olanlarsa suyun dibinə çökmüşdür.
Kitab elmlərin nəticəsi olmalıdır, elmlər kitabın yox.
Nadanlar elmə yuxarıdan aşağı baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.
Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı.