-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Gələcəyə Aid Sözlər,Gələcəyə Aid Aforizmlər

 Gələcək bizim hələ yan almadığımız nəhəng bir qitədir.
- Anatol Frans

Gələcək, bu gündən ona hazırlananlara aiddir.
- Malkolm X

Keçmiş və bu gün bizim üçün vasitələrdir, yalnız gələcək bizim məqsədimizdir.
- Blez Paskal

Gələciyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır.
- Şekspir

 Kimin ürəyi arzu və ümidlə doludursa, o, artıq gələcəkdə yaşayır.
-Leopold Şefer

Arzular gələcək haqqında xatirələrdir.
- Lev Landau

Keçmişdən öyrənin, bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin.
- Albert Eynşteyn

Gələcək su kimidir. Bütün hərəkətlərimiz suyu dalğalandırıb yönünü dəyişə bilər.
- Jeaniene Frost

 Qorxunun qaynağı gələcəkdə yatar. kim gələcəkdən xilas olmuşsa, qorxacaq heç bir şeyi yoxdur.
-Milan Kundera

İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır.
- Çarles Bukovski

Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin dəyərini bil.
- Ömər Xəyyam

 Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
- Mövlana Cəlaləddin Rumi

Həyat bir seçim məsələsidir.
Keçmişi düşünsən nağıl, gələcəyi düşünsən hekayə ,indin isə
 Insan gələcəkdə onu nələrin gözlədiyini bilsəydi, həyatı dözülməz olardı.
- Anatol Frans

Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür
- Maksim Qorki

Ehtimal etmək imkansızdır. Amma, indiki zamanı çox yaxşı bilsən, gələcəyi idarə edə bilərsən.
- Adam Faver

İndiki anda yaşamaq üçün keçmişin yükündən, gələcəyin qorxusundan qurtulmaq gərəkdir.
- Azra Kohen

Həyat cavanların gözündə sonsuz   gələcək, qocaların gözündə ­ qısa keçmişdir.
- Artur Şopenhauer

Azad düşüncənin önünü kəsmək parlaq bir gələcəyin önünü kəsməkdir.Çünki parlaq bir gələcək parlaq fikirlərlə gələcək.
- Səbuhi Quluzadə

Keçmiş – xatirələrdə,
gələcək isə xəyallarda yaşayır.
-Əbu Turxan
geleceye-aid-kecmis-gelecek-zaman-oyren-umid-et-eynşteyn

geleceye-aid-kecmis-gelecek-zaman-xatire-xeyal-ebu-turxan-sozleri

Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında.
- Andre Morua

Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar.
- Əbu Turxan

Qadınlar kişilərdə yaxşı bir gələcək, kişilər qadınlarda yaxşı bir keçmiş axtarar.
- Oskar Uayld

Qadın üçün keçmişin xatirələri   və gələcək haqqında xəyallar önəmlidir; amma onu  hərəkətə gətirən bu günün duyğularıdır.
-   Əbu Turxan

Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə.
- Ömər Xəyyam

Ruh keçmişi xatırlayır, indini görür, gələcəkdən xəbər verir.
- Mark Tülkü Siseron

Əgər gələcək nəsildə hörmət qazanmaq istəyirsənsə, özündən sonra yaxşı ailə və kitab qoy get.
- Pifaqor

Cəmiyyətin gələcəyi – anaların əlindədir.
Onore de Balzak

Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.
- Heydər Əliyev

Gələcəkdə görmək istədiyimiz dəyişiklər özümüz olmalıyıq.
- Mahatma Qandi

 İnqilab keçmişlə gələcək arasında döyüşdür.
- Fidel Kastro

 Keçmişinə daş atanın gələcəyinə güllə atarlar.
- Bəxtiyar Vahabzadə

Kitabxanalar olmasaydı nə olardı?
Gələcəyimiz və keçmişimiz məhv olardı.
- Ray Bradbury
kitab-kitabxana-kitabxanalar-gelecek-kecmis-geleceye-aid-zaman


Mən bu gün üçün yox, gələcək üçün çalışıram..
- Nikola Tesla

>
To Top