28.2.22

Dərs Haqqında Aforizmlər və Sözlər

 

Dərs Haqqında Aforizmlər,Dərs Haqqında  Sözlər,ders haqqinda sozler, ders haqqinda aforizmler sq369


Məktəb dərsləri haqqında


Bugünün dərsini sabaha qoyma. - Müəllimlər sözü

Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. - Konfutsi.

Məktəb həyatı bitdikdən sonra, həyat məktəbi başlar.

Tarixdə baş verənlərdən dərs götürmək, tarix dərslərindən daha önəmlidir. - Oldos Haksli

Öyrənməyə həmişə hazıram, lakin mənə dərs verilməsindən heç də həmişə xoşlanmıram.- Uinston Çörçill

Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir. - Fridrix Nitsşe.

Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədərə gedər. - I Xosrov Ənuşirəvan 

Həyat Dərsləri haqqında 

Həyat, çox müdrik bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.

Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. - T.Fontane

Təcrübə, səhvlərdən aldığımız dəyərli həyat dərsləridir. - Anonim 

Eldən dərs alan Loğman olar. - Atalar sözü

Səhv etdikdə sızlamaq yerinə, onlardan dərs alın.

Həyat elə bir məktəbdir ki, öncə imtahan edər, sonra dərs..

Həyat universiteti diplom verməyən bir universitetdir. Hər gün dərs alınacaq o qədər çox inkişaflar olur ki! Bunlardan hamımız istifadə etməliyik.  - Vəhbi Qoç

İnsanın sözü hikmət, baxışı ibrət və susması dərs olmalıdır.

Ac mədə, boş pul kisəsi və sınıq qəlb sənə həyatın ən yaxşı dərslərini öyrədə bilər.

Keçmişindən dərs almayan, onu təkrar yaşamağa məhkumdur.

Keçmişin dərslərini, gələcəyin ümidlərini indidə saxlayın. Dərdləri və qorxuları isə yola salın... - Səbuhi Quluzadə

Tarixdən dərs almayanlar mütləq uğursuzluğa düçar olacaqlar. 

Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.- Jan de Labrüyer

İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. Corc 

Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün. - Corc Bernard Şou

Nə isə öyrənə bildiyin adamlarla ünsiyyətdə olmaq. Qoy dostlarınla ünsiyyət sənin üçün idrak məktəbi, söhbət isə qeyir-adi xoş bir dərs olsun. - Baltazar Qrasian

Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik.

Başqalarının həyatlarından dərs alın.İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır. - L.Tolstoy

O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi salnamələr vasitəsilə deyil, daha çox dərəcədə bədii ədəbiyyat vasitəsilə mənimsənilir. - Nüaymə


Etiketler: , , , , ,

27.2.22

Kədər Haqqında Aforizmlər və Sözlər

 

keder haqqinda aforizmler, kedere aid statuslar, kədərə aid sözlər

Kədər ağıllı adamların müəllimidir.- Corc Bayron.

Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir. - Cübran.

Ağıllı insanlar əldə etmədiklərinə kədərlənənlər deyil, əldə etdiklərinə sevinənlərdir - Naməlum.

Ağıllı o adamdır ki, sahib olmadığına görə kədərlənmir və əksinə sahib olduğuna görə şaddır. 


Kədər Haqqında Aforizmlər,kedere aid statuslar,keder haqqinda aforizmler,kədərə aid




Ayaqsız bir uşağa rast gələnə qədər ayaqqabısız olduğum üçün kədərlənirdim. - Naməlum

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. - İohann Volfqanq Höte

Bitdi deyə kədərlənmə, "yaşandı" deyə sevin. - Qabriel Qarsia Markes

Kədər eşqin astarıdır. - Əbu Turxan

Zamanın itdiyini bilənlər, ən çox kədərlənənlərdir. - Dante Aligyeri

Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz... - Nəcib Fazil Qısakürək

Kədər Haqqında Aforizmlər kədərə aid sözlər kədərli dərdli

On beş dəqiqəlik oxumağın aparmadığı kədərim olmamışdır. - Şarl Lui Monteskyö

Müdriklik çox olan yerdə kədər də çox olur.

"Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər. -  Turqut Uyar

Bil ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən. - Pol Oster

Peşman deyiləm, inciyəm bir az, amma kədərlənmirəm. Çünki gedəndə yeni bir şey öyrəndim: Artıq hər sevirəm deyənə inanmıram.- Camal Sürəya

Kədərlənmirəm.. Çünki həyatımdan çıxan heç kimin həyatımda yeri yoxdur. Düşünürəm də dəyərsizlərə bu sətirlər belə çoxdur. - Yılmaz Ərdoğan

Bir gözəllik et özünə.. Yalnız sahib olduqlarını düşün, xoşbəxt ol onlarla. Sahib olmadıqların kədərlənsin səninlə ola bilmədiklərinə. - Pol Oster.

Gülə bildiyin qədər xoşbəxtsən. Kədərlənmə, bil ki, ağladığın qədər güləcəksən. Əsla bitdi sanma hər şeyi: Sevdiyin qədər seviləcəksən. - Can Yücəl

Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyinirəm. - Lüdviq van Bethoven

Dostun kədərinə kədərlənə bilərsən. Bu asandır; amma dostun müvəffəqiyyətinə sevinə bilmək, möhkəm bir xarakter tələb edir. - Oskar Uayld

Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə. Gülümsəməyinə kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən. - Qabriel Qarsiya Markes

Kədərlənmə! Bir şey olmursa ya daha yaxşısı olacağı üçün, ya da həqiqətən də olmaması lazım olduğu üçün olmurdur.

Dibi görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi kimi, başqalarının kədəri də bizim ürəklərimizə düşəndə çıxardığı səslə bizə insanlığımızın dərəcəsini öyrədir. -Rəşad Nuri Güntəkin

Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz arasında. Yalnız boş olanda sakitləşir, tarazda olursunuz. - Cübran

Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et. - Oldos Haksli


Etiketler: , , , ,

26.2.22

26 Fevral Xocalı Faciəsinə Aid Şeirlər


26 Fevral Xocalı Faciəsi,  Xocalı Faciəsinə Aid Şeirlər, Xocalı soyqırımı haqqında Şeirlər,  Xocali Faciesine Aid seirler

Hər Gecə Xocalıda şeiri

Hər gecə Xocalıda 

Canım ağrıyır mənim. 

Güllələnən qocaya, 

Parçalanan körpəyə 

Ruhum ağlayır mənim. 

Hər gecə Xocalıda 

Göytürklərin ruhunda 

Yanıq yeri sızlayır. 

Gülməyi unutmuşam,

Xocalının qisasın 

Alanda güləcəyəm. 

Mən öləndən sonra da 

Xocalıda yenidən 

Dünyaya gələcəyəm. 

Bu qisası alınca, 

Ölüb-diriləcəyəm 

Hər gecə Xocalıda. 

Müəllif: Fikrət Qoca

 

.

Etiketler: , , ,

23.2.22

Su Haqqında Aforizmlər və Sözlər

 

Su Haqqında Aforizmlər,Su Haqqinda Aforizmler su həyatdır suya aid

Su harada – dirilik orada.

Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. - Aristotel

Su suyu tapar, su da çuxuru. - Atalar sözü

Su kimi əziz və saf ol.

Su kimi aləmə həyat ver, can ver,Hər rəngə uyğunlaş, dərdə dərman ver. - Nizami Gəncəvi

Dərin su bulanmaz. - Atalar sözü

Su suya qarışanda güclü olar.

Suyun rəngi qabının rəngidir. - Bistami

Su hər şeyi pak eylər, üz qarasından qeyri. - Atalar sözü

İnək su içsə süd, ilan su içsə zəhər əmələ gələr

Su tökülməz quyuya, çəkilər su quyudan. - El Hikməti 

Əgər su da təmiz deyilsə, yuyunmağın nə faydası? - Əbu Turxan

Su axsa çay, düşsə şəlalə, dayansa göl olar.

Yumşaq bərkdən daha güclüdür. Su qayadan, sevgi isə nifrətdən daha güclüdür. - Herman Hesse 

Hər su olan yerdə qurbağa yoxdur, amma qurbağa səsi olan yerdə su vardır. - Höte

Dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı isə tətbiq edilmədikdə kütləşir. - Da Vinçi

İçimizdəki kiri su deyil, ancaq göz yaşı təmizlər. - Mövlana

 Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır.

Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər. - Atalar sözü

Gələcəyənizi qorumaq istəyirsinizsə, bugünkü suyunuzu qorumalısınız.

Bir damla suyu belə israf etməyin! Çünki, bu dünyada bir damla suya belə möhtac olan insanlar var!

Suyun dəyəri, quyu quruduqdan sonra bilinər. - Tomas Fuller

Sözün də su kimi lətafəti var
Hər sözü az desən daha xoş olar
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.
 - Nizami Gəncəvi

Buludtək damcıyla su al dənizdən, Verəndə bol-bol ver əsirgəmədən. - Nizami Gəncəvi

Cömərtlikdə və yardımsevərlikdə axar su kimi ol. - Mövlana

Su oddan üstündür, ancaq bir qaba qoysan od onu qaynadıb yox edər. - Mövlana

Sudan daha yumşaq və incə bir şey yoxdur. Ancaq önünə çıxan hər şeyi  süpürüb aparacaq və dağıdacaq qədər güclüdür.- Lao Tzu

Su basanda qarışqalar balıqlara yem olur, çəkiləndə qarışqalar balıqları yeyər. - El hikməti

Düşüncəni boşalt. Şəkilsiz, nizamsız ol, su kimi. İndi suyu bir kuboka doldursan, o zaman kubok olar. Onu çay dəmliyə doldur, o zaman su çay dəmliyi olar. Bax , su axar, .... . Su ol yoldaş. - Brüs Li

Elmi olmayan bir bədən suyu olmayan bir şəhərə bənzər.- Şəms Təbrizi

Yaxşı müəllim susuz torpağa can verən yağışdan da qiymətlidir, yağışla torpaq dirçələr, müəllimlə bütün bəşəriyyət. - Anonim 


Etiketler: , , ,

22.2.22

Sülh Haqqında Aforizmlər və Sözlər

Sülhə aid şəkillər Sülh Haqqında Aforizmlər, sulh haqqinda aforizmler

 Yurdda sülh, cahanda sülh! - Atatürk

Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. - Viktor Hüqo

Müharibənin yaxşısı, sülhün də pisi yoxdur. - Bencamin Franklin

Pis bir sülh, yaxşı bir döyüşdən daha yaxşıdır. - Aleksandr Puşkin

Döyüş xalqların heyvanca var olma vəziyyətidir; barış isə insanca var oluş vəziyyətidir. - İmmanuel Kant

Sülh istəyirsinizsə döyüşə hazır olun. - Yuli Sezar

Həmişə sülh tərəfdarı ol, lakin müharibəyə də hazır ol. - Napoleon Bonapart

 Sülh içində yaşamaq istəyənlər müharibəyə də hazır olmalıdırlar. - Nikkolo Makiavelli

Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. - Heydər Əliyev

Pulsuz sülh olmaz. - Uinston Çörçill

Sülh belə, böyük pulla alınır. - Bencamin Franklin

Öz daxilimizdə sülh yaratmadan, xariclə sülhdə ola bilmərik. - Tenzin Gyatso

Hökmdar sərvət, birələr xəstə heyvan, alçaqlar dava üçün səbəb, yaxşı insanlar isə sülh axtarır. - Çanakya

Sülhün bərqərar olması bütün güclülərdə insaf, gücsüzlərdə isə cəsarət olmalıdır.- Rabindranat Taqor

Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq. - Mahatma Qandi

Sevgi bu dünyanın əbədi gücüdür. Məhz bu yaradıcı güc ,İnsanların sülh və əmin-amanlıqda yaşaya bilməsi üçün ən güclü vasitədir.  - Martin Lüter Kinq

Sevginin gücü gücə olan sevgini üstələdikdə dünya biləcək ki, sülh nədir. - Jimi Hendrix

Sülh Haqqında Aforizmlər sulh haqqinda aforizmler sulhe aid guclu guc sevgisi

Etiketler: , , ,

Həyatın Mənası Haqqında Aforizmlər və Sözlər


 Həyatın mənası nədir? İnsanlara xidmət və hörmət etmək. - Aristotel

Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün. - Mark Tven

Arzular, həyata məna verir. - Anatol Frans

Həyatı onun mənasından artıq sevmək lazımdır. - Fyodor Dostoyevski

Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm.  - A.Bek

Həyata məna verən  anın dəyərləndirilməsidir. 

Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır. ... - Maksim Qorki

Yalnız böyük ağrıları çəkənlər xoşbəxtliyin mənasını bilərlər. - Paul Auster

Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır. - Albert Eynşteyn

Həyat başlar və bitər. Necə başlayıb necə bitdiyi önəmli deyil. Önəmli olan ikisi arasına nələr sığdıra bildiyindir.. 

Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir.  - Hafiz Xarəzmi

Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın əsas prinsipi və yeganə məqsədidir. - Anri Barbüs

Həyatın bütün sevinci yaradıcılıqdadır. - Romen Rollan

Həyat naminə həyatın mənasını itirmək olmaz.  - Yuvenal

Həyatı itirməkdən daha acı bir şey vardır: "Həyatın mənasını itirmək."

Həyatın mənasını bilməyən insan bədbəxtdir. - Blez Paskal

Bir saatlıq bir vaxtı belə itirməyə cəsarət edə bilən bir kimsə həyatın mənasını qavraya bilməmiş deməkdir.  - Çarlz Darvin

Böyük insanlar həyatın mənasını   özündə, kiçik insanlar isə özgələrində axtarır. - Sufi hikməti

Hamımız həyatımızda bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. Həyatı bir az da özümüz edirik. - Murathan Mungan

Həyatda bir tək adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinə çatmış bir insansınız.  - Ralf Uold Emerson

Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Həyat ancaq məhəbbət üzərində dayanır və onunla hərəkətə gəlir. - İ.S.Turgenev

Kamil insan üçün sevmək və öyrənmək həyatın əsas amalı və mənası olduğu halda, cahil üçün bu əylənmək, yemək və digər heyvani ehtiyaclar ola bilər. - Səbuhi Quluzadə

Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür. - Maksim Qorki

Doğarkən sən ağladın ətrafındakılar güldü,elə bir həyat yaşa ki öldükdən sonra ətrafındakılar ağlasin sən gül.

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur. - Cəlil Məmmədquluzadə

Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy. - Pifaqor


Etiketler: ,

Mənalı Statuslar, Status üçün Mənalı Sözlər 2025

 




Bədənin yükünü ayaqlar, ruhun yükünü ürəklər daşıyar!


Səbr, sadəcə ALLAHIN eşitdiyi bir duadır.

Könül almağı bilməyənə ömür əmanət edilməz.

Başqalarını qazanmaq üçün özünü itirmə!

Gözyaşları ürəyin deyə bilmədiyi sözlərdir.
status üçün sözlər ,statusla,Statuslar 2024 ,Menali Statuslar , Statuslar Qısa,


Mənalı Statuslar [2022]

Nə gözəl bir söz :Qəlbiniz kimi keçsin həyatınız..

Dürüst insanların çox dostu olmaz. Çünki, yaltaqlıq etməyi sevməz.

Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir:möhkəmliyi artsa da,qiymətdən düşür.

Sirr saxlasan sənindir, söyləsən əsirindir.

Mənalı Statuslar yüklə şəkilli status sözləri 2022

Menali Statuslar


Dürüst olmaqdan qorxma. Çünki, itiricəyin sadəcə yanlış insanlar olacaq.

Pis insan heç kimə yaxşı niyyət bəsləməz. Çünki o, hər kəsi özü kimi bilər!

Ağıl gözəl nemətdir. Allah olmayanlara nəsib etsin..

Ağılsız köpəklər ulduza hürər.


statuslar,status sözləri,status ucun sozler,şəkilli statuslar,Mənalı Statuslar 2022 soxucu söz soxan

Ürəyin qadını kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd olanı! 

Bu aralar əllərim tez-tez üşüyür: Həkim qansızlıq deyir, mənsə sənsizlik.

Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!

Nəsihət vermək asan, nümunə olmaq çətindir.

Susaraq qazandığın hörməti, boş danışaraq itirmə. 


Mənalı Statuslar və Sözlər


Mən sənin, məni sevə bilmək ehtimalını sevdim.

Musiqi olsaydın, səni durmadan dinləyərdim...Ruhumu aydınladardın.

Unudarsan məni demisən, bu mənə gülməli gəlir. Çünki unutmam üçün əvvəl səni xatırlamalıyam.

status sözləri,status ucun sozler,şəkilli statuslar,Mənalı Statuslar 2022,

Mən əsla bəddua etmirəm. Sadəcə deyirəm ki, kim mənə nə yaşatdısa eynisini özü yaşasın..

 Bir adam atasına oxşamağa başladığı anda yaşlandığını anlar.

Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.

Baxmayın ətrafımda çox insan dolandığına, başdan-ayağa təkəm əslində.

Mənalı Statuslar, Status üçün Mənalı Sözlər 2024

Dərin Mənalı Statuslar 

Dərdsiz eşq nağıl kimidir: oxunar və unudular.

Səni bağışlayacaq qədər mərhəmətliyəm, amma təkrar güvənəcək qədər axmaq deyiləm!

Neçə qəlb qırdım birini xoşbəxt edə bilmək üçün..

Yaxşılar itirməz, amma itirilər.

status sözləri,status ucun sozler,şəkilli statuslar,Mənalı Statuslar 2022,statuslar 2022,status üçün sözlər
Mənalı Statuslar 2024


"Sən tamam fərqlisən" deyərək başlanan hekayə.. "Sən də hamı kimisən" deyərək bitir..

Nadanın savadlı adamdan  böyük üstünlüyü var: o həmişə özündən razıdır.

Mən saflığıma əsəbləşdim, bəziləri şeytanlığından utanmadı.

Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər.

Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.

derin menali statuslar,status sözləri status ucun sozler şəkilli statuslar Mənalı Statuslar 2022,


 Mənalı Status Sözləri

Şeytanlıq etməyi bacaran şeytan kimi daşlandıqda şikayət etməsin!

Hər cür rola girib mələk kimi görünənlər - bunu bilin ki, əyri ağacın kölgəsi də əyri olar!

Bu gün səni aldadan, sabah başqası tərəfindən aldanar. Yalanla yuyulan üzlər, xəyanətlə qurulanar!

Ömür qısa, yol uzun, mənsə yorğun..

mənalı statuslar,menali statuslar,Statuslar Qısa,derin menali statuslar,status sözləri,status ucun sozler,şəkilli statuslar

Status ucun menali sozler

İkiüzlülük iki tərəfi kəskin bir qılınca bənzər. Bir tərəfi aldatdığı insanı, digər tərəfi isə sahibini kəsər.

Nə gəlirsə başımıza haqqdandır; lakin gəlişin səbəbi, haqqdan ayrılmaqdır. 

Allah sizə pislik edəni sizə möhtac hala gətirər. TƏLƏSMƏYİN!

Heç vaxt məğlub olmuram. Ya qazanıram, ya da öyrənirəm.

status sözləri,şəkilli statuslar,Mənalı Statuslar 2022-ci il ucun statuslar 2022 status üçün sözlər,

Status üçün Mənalı Sözlər


Yaranın içində Yaradanı görməkdir Səbir. Sən Bitdim deyərsən, O Yetdim deyər. 

Hər kəsin bir başqası kimi olmağa çalışdığı bir dünyada sən cəsurca ÖZÜN OL!

Əgər kasıb doğulmusansa bu sənin səhvin deyil, əgər kasıb ölsən bu sənin səhvindir

Uşaq deyiləm artıq, böyüdüm. Biraz yorğun, biraz inciyəm yenə də. Yetər artıq! Gedən yolunu, qalan yerini bilsin sadəcə.

Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de!

İntiqam almağı düşünürsənsə, zəifsən.Bağışlayıb yoluna davam edirsənsə, güclüsən insansan.Yox sayırsansa ağıllısan.

Elə gözəl yaşa ki, kimsə sənin haqqında pis danışanda heç kim inanmasın.  

Özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə qərib kimi yaşamağa məhkumdur.

Əgər insan inamla xəyallarının ardıyca getsə, heç gözləmədiyi bir uğura nail olar.

 . Açar sözlər: mənalı statuslar,menali statuslar,Statuslar Qısa,derin menali statuslar,status sözləri,status ucun sozler,şəkilli statuslar,
Mənalı Statuslar 2024,status üçün sözlər,mənalı  yazılı statuslar mənalı statuslar sözlər, mənalı statuslar yeni

Etiketler: , , , , , , , ,

21.2.22

Ana dilinə aid şeirlər

 
Ana dilinə aid şeirlər ana dili şeiri ana dili haqqinda seir ana dilim

ÇOX ŞİRİNDİR ANA DİLİM ŞEİRİ

Müəllif: Qalib Bəyməmmədoğlu

Xalçaların naxışıdır,

Nurlu bulaq axışıdır,
Dədə Qorqud alqışıdır,
Şadlıq etsin Oğuz elim.
Çox şirindir ana dilim.

Ana südü qədər təmiz,
Dilim mənə candan əziz.
Qoymaq üçün dünyada iz,
Şən şeirlər yazır əlim,
Çox şirindir ana dilim.

O, mənim saf məhəbbətim,
Şirin, şəkər, bal, şərbətim.
Yoxdur sözə qənaətim,
Tükənməyən varım, ləlim,
Çox şirindir ana dilim.


Ana dilim şeiri

Müəllif: Mina Rəşid

Ana dilim bal kimi
Danışmaqdan doymuram.
Mən onu neçə dilin
İçində qoruyuram.

Anamın laylasıyla
Mən boy atıb böyüdüm.
Onun şirin diliylə
Fərəhlənib öyündüm.

Çoxlu nağıl söyləyib
Nənəm bu dildə mənə.

Əlifbanı öyrəndim
Mən sevinə-sevinə.

Çox sevirəm yurdumun
Bayrağını, himnini.
Mən sevirəm anamı
Həm də ana dilimi.


Ana dilimə dəymə şeiri

Müəllif: Süleyman Rüstəm.

Mən, sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdım çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən.
Yan deyib, od vurdun bədənimə sən!
Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara.
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!

   

Ana dilinə aid şeirlər, şeirlər,



Etiketler: ,

20.2.22

Gül Haqqında Aforizmlər və Gözəl Sözlər

 

gülə aid statuslar,Gülə Aid Sözlər,Gül Haqqında Aforizmlər,gul haqqinda statuslar,gül Haqqında Gözəl Sözlər,



Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. - Bencamin Franklin

Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. - Əbu Turxan

Həyat - güldür.Sevgi - nektar. 

Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. - Şəms Təbrizi

Gülün qədrin bülbül bilir.- Atalar Sözü

Başqasının yolunda əkdiyin gül, mütləq öz yolunda açacaqdır.

Ən gözəl güllər, saf sevgiylə dolu qəlblərdə bitər. 

Bir yedə tikan oldu mu, gül də olar.

Ayağına batan tikanlar, axtardığın güllərdən xəbər verir. - Mövlana

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. - İohann Volfqanq Höte

Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. - Xəlil Cibran

Buludlar ağlamasa, güllər necə gülər?

Torpağa mərhəmət xeyirdir, inanLütf etsən gül verər, zülm etsən – tikan.

Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar. - Rafiq Həlit Qaray

Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır.

Tikansız gül yoxdur, amma gülsüz bir çox tikan var.

Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. - Atalar sözü

Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.

Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər. - Sədi Şirazi.

Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.

Vaxtsız açılan gül tez solar.

Ölülər dirilərdən daha çox gül alır, deməli peşmanlıq minnətdarlıqdan güclü hisdir. - Anna Frank 

Amandır, ağlını unutma ki, səngülünü tikana dəyişməyəsən.

Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel

İdrakı rəmz edib bir gül sandılar, Aqil olanları bülbül sandılar, Vaxt keçdi, rəmz itdi, sonra gələnlər, Təkcə bülbül ilə gülü andılar. - Əbu Turxan

Yanıb külə döndünsə əgər, yenidən gülə dönəcəyin günü gözlə. Və keçmişdə necə dəfə yanıb kül olduğunu deyil, neçə dəfə küllərindən yenidən doğan bir gül olduğunu xatırla. - Mövlana 

Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın

Etiketler: , , , , ,

19.2.22

Qocalıq Haqqında Aforizmlər və Sözlər

Qocalıq Haqqında statuslar Qocalığa aid sözlər,qocaliga aid statuslar, qocaliga aid sozler,
Qocalıq Haqqında Aforizmlər və Sözlər
 Qocalıq fırtınalı həyatın limanıdır. - K.Preston

Qocalıq axmaq üçün yük,nadan üçün – qış, alim üçün – biçin vaxtıdır. - Volter

Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. - Viktor Hüqo

Cavanlar xəyal edirlər, qocalar xatırlayırlar. - Lui Araqon

Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə – qısa keçmişdir. - Artur Şopenhauer

Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir. - Viktor Hüqo.

Gənclər yenilik sevir, qocalar isə ənənələrə sadiq olurlar.-  F.Laroşfuko

Qocalığa cavanlıqdan hazırlıq görmək lazımdır. - Əvhədi Marağayi

Qocalığın aqibəti gəncliyin nəyə sərf edilməsindən asılıdır. - Stendal

Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır. - Alber Kamyu

Biz cavanlıqda sevmək üçün yaşayırıq. Qocalanda isə yaşamaq üçün sevirik. - Şarl Sent-Everemon

Kişilər qocalır, qadınlarsa dəyişir. - Höte

Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır.Ona görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik. - Vissarion Belinski

Şamlar tortdan bahalı olanda, qocaldığını anlarsan. - Bob Hop

Hamı çox yaşamağı istəyir, lakin heç kəs qocalmaq istəmir. - Molla Fənari

İnsan kimnənsə qocalmalıdır, kiməsə görə yox! - Nazim Hikmət

Yetişmiş kişi olmadan qocalan gənclər də, gənc görünmək istəyən qocalara kimi iyrəncdir. - Vissarion Belinski

Gənclər qocaların axmaq olduqlarını hesab edirlər. Halbuki, qocalar da gənclərin axmaq olduqlarını hesab edirlər. - Corc Çapmen

Biri, "Adam nə vaxt evlənməli?" deyə soruşduğunda, "Gənc isə, hələ evlənmə zamanı gəlməmişdir. qoca isə, vaxtı keçmişdir " cavabını vermişdir. - Sinoplu Diogen

Qocaların məsləhətləri qış günəşi kimidir: işıqlandırır, amma isitmir. - Vovenarq

Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər. - Smayls

Cavanlıqda bilik ağacı əkməsək, qocalanda kölgəsinə sığınası ağacımız olmaz. - Kiçik Seneka

 İntuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir. - Artur Şopenhauer

Səhər axşamla qarşılaşmaq istəmədiyi kimi, gənclik də solmuş qocalığı görmək istəmir. - Cübran

Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır. - Bencamin Franklin

Etiketler: , , , , ,

18.2.22

Dil Haqqında Aforizmlər və Sözlər

 

dilə aid sözlər,dile aid sozler, dil haqqinda aforizmler

İnsan, öz dilinin altında gizlənmişdir. - Əli bin Əbu Talib.

Ağlı gödək olanın dili uzun olar. - Aristofan

Ağıllının başı işlər, ağılsızın dili. - Atalar sözü

Ağıl əmr edəni dil bəyan edər. - Xaqani Şirvani

Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. - Humboldt.

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. - Heydər Əliyev

Öz ana dilini bilməyənlər şikəst adamlardır! - Heydər Əliyev

Dil Haqqında Aforizmlər,dilə aid sözlər,dilə aid aforizmlər

Dil Haqqında Aforizmlər


Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. - Əbu Turxan

Alimin biliyindən, yalançının dilindən yapışarlar. - Atalar sözü

Eyni dili  deyil, eyni duyğunu paylaşanlar anlaşa bilər.

Yüngül yaralar danışa bilər, amma dərin yaralar dilsizdir.

Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır. - Mövlana

Ürəyində sevgi və mərhəmət də olanın , Dili də, üzü də, gülüşü də gözəl olar.- Anonim

Bir ürəkdə olmaz iki sevgili, İki ürəklinin düz olmaz dili. - Nizami Gəncəvi

Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruçuluq olmaz. - Mahatma Qandi

Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən. - Maksim Qorki

Hansı dildə deyil, nə barədə oxuyub-yazmaq önəmlidir. - Əbu Turxan

Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir. - İohann Volfqanq Höte

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. - Heydər Əliyev

Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O, indiki nəslə dar da gələ bilər, gen də. - Əbu Turxan

Həqiqətən dil milləti hər şeydən daha gözəl təmsil edir. Millət dil vasitəsi ilə bütün məziyyət və mövcudiyyətini ərz edə bilir. Adəm oğlunun sözü bəzi riyazi və fənni məfhumları andıran əlcəbr və ya kimya əlamətləri kimi ölü hərflər deyildir. Onun qanı, canı vardır. Millətlə bərabər doğar, onunla bərabər yaşar, tərəqqi edər. -Məhəmməd Əmin Rəsulzadə

 Dil mədəniyyətlə birgə boy atır.- Lev Tolstoy

Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz.- Əbu Turxan

dil haqqinda aforizmler dile aid sozler Dil Haqqında Aforizmlər dilə aid sözlər,
Dil Haqqında Aforizmlər və Sözlər


Gözəllik elə bir sirdir ki, onun dilini yalnız ruhlarımız bilər. - Cübran

Doğma o adamdır ki, onunla öz ruhunun dilində danışa bilirsən. - Əbu Turxan

Əgər həqiqətən eşidən qulaqlara sahib isək, Tanrı bizə öz dilimizdə səslənər. - Mahatma Qandi

Allah sözünü yaratdıqlarının təbii ahəngi və bir də istəkli bəndələrinin dili ilə deyir. Əbu Turxan

Təbiətin Dili

Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. - Vovenarq

İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir. - Əbu Turxan

Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır. - Frensis Bekon

Təbiətin kitabı riyaziyyat dilində yazılmışdır. - Qalileo Qaliley

Poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin ali mövcudluq formasıdır. - İosif Brodski

Milli hiss ilə dil arasındakı bağ çox qüvvətlidir. Dilin milli və zəngin olması, milli hissin inkişafında başlıca faktordur. Türk dili, dillərin ən zənginlərindəndir. Yetər ki, bu dil şüurla işlənsin. Ölkəsini, yüksək müstəqilliyini qorumasını bilən Türk milləti, dilini də xarici dillər boyunduruğundan qurtarmalıdır. - Atatürk

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. - Şah İsmayıl Xətai


Etiketler: , , , , ,

16.2.22

Gənclik Haqqında Aforizmlər və Sözlər

 

Gənclikyə aid sözlər genclik haqqinda aforizmler,gencliye aid sozer

Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır. - Alber Kamyu

Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel

Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik. - Viktor Hüqo

Bir gənc qızın ən gözəl cehizi - namusudur. - Fatimə Zəhra

Gənclər yenilik sevir, qocalar isə ənənələrə sadiq olurlar.  - Fransua de Laroşfuko

Gənclik, sahib olmağa dəyər tək şeydir. - Oskar Uayld

Müvəffəqiyyətin və pulun zamanı gənclikdir. - Oskar Uayld

Qocalığın aqibəti gəncliyin nəyə sərf edilməsindən asılıdır.  - Stendal

Kim sağlamdırsa, o gəncdir. - Bon Luis Pol

Gənclik ay işıqlı gecələr kimidir. Ağıllı adamlar bu gecələr yatmaz. -  Hümam Təbrizi

Gənclər bilsə, yaşlılar edə bilsə.. - Naməlum

Ömrün ən təhlükəli dövrü gənclikdir. - Corc Bayron

Gənclik həmişə fədakardır. - A.İ.Gertsen

Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var. - N.V.Qoqol

Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın. - Xudu Məmmədov

Bütün ümidim gənclikdədir. - Mustafa Kamal Atatürk

Xəyal - gəncliyin dostudur. - A.Rivorol

Çox təəssüf ki, biri təcrübə qazandıqca gəncliyini itirir. - Vinsent van Qoq

Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. - Mustafa Kamal Atatürk

Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. - Heydər Əliyev

Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur.. - Uilyam Şekspir

Tarix keçmişlərin təcrübə və müdrikliyini gənc nəslə çatdırır. - Siciliyalı Diodor

Gənclər teorem sübut etməlidir, qocalar isə kitab yazmalıdır.

Öyrənməyi buraxan adam iyirmisində də olsa, səksənində də olsa yaşlıdır. Həyatdakı ən möhtəşəm şey zehini gənc tutmaqdır. - Henri Ford

İncəsənət gəncliyə tərbiyə, qocalığa qazanc, yoxsulluğa var-dövlət və var-dövlətə bəzək verir. - Fridrix Şiller

 Gənclik yaşında əldə edilmiş hər şey möhkəm və davamlı olur. - Yan Komenski

Gənclər qocaların axmaq olduqlarını hesab edirlər. Halbuki, qocalar da gənclərin axmaq olduqlarını hesab edirlər. - Corc Çapmen

Qoy gənclər dünyanı xəyal etdikləri kimi görsünlər, böyüyəndə onsuz da necə olduğunu görəcəklər. - Volter

Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmanlığını çəkir.  -B.Dizraeli 

Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. - Əbu Turxan

Əldən getməyincə dəyərini anlaya bilməyəcəyimiz iki şey var: sağlamlıq və gənclik. - Məhəmməd peyğəmbər (SƏS)

İki şey var ki, itirilməmiş qədri bilinməz: gənclik və dinclik. - Əli bin Əbu Talib . 

Səhər axşamla qarşılaşmaq istəmədiyi kimi, gənclik də solmuş qocalığı görmək istəmir. - Cübran

Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır.- Frans Kafka

Haqqları və zövqləri əlindən alınan gənclər, onların yerinə daha gizli və təhlükəli olanları qoyur.-  Jan Jak Russo

Gənclik, bu gün içində battığı bataqlıqdan çəkib çıxarılmasa, orada boğulub yox olacaqdır. - Adolf Hitler

Dünyanı olduğu kimi qəbul et. Gülümsəmələri və çətinlikləriylə, sevgisi, dostluğu, yalanı və gerçəyiylə, sabahın nəfsinə bağlı olan planlarıyla, gəncliyin xülyaları kimi gəlib keçən ümidləriylə… - Çarlz Sveyn

Etiketler: , , , ,

15.2.22

Keçmiş Haqqında Aforizmlər və Sözlər

Keçmiş Haqqında Sözlər,kecmis haqqinda aforizmler,kecmise aid sozler,keçmişə aid sözlər

 Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. - Əbu Turxan

Keçmişini bilməyən bu gününü anlaya bilməz və sabahını qura bilməz. - Barış Manço

Bu günü anlamaq üçün keçmişi bilməlisiniz. - Karl Saqan

Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. - Əbu Turxan

Keçmişdə kim olduğunu bilmək istəyirsənsə, bu an kim olduğuna bax. Kim olacağını bilmək istəyirsənsə, nə etdiyinə bax.

Heç kim keçmişini geri ala biləcək qədər zəngin deyil. - Oskar Uayld

Davamlı keçmişə dönüb baxsan boynun tutular. - Murathan Mungan

Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir. - Uilyam Şekspir

Hər kəs öz keçmişini qəlbi ilə bildiyi bir kitabın səhifələri kimi bağlı saxlayar və dostları, sadəcə onun ön sözünü oxuya bilər. - Virciniya Vulf

İnsan gələcəyə öz keçmişinin çiynində gedir. - Əbu Turxan

Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik. - Ömər Xəyyam

Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. - Santayana

İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır. - Çarlz Bukovski

Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi tanıyır. - Onore de Balzak

Qadın üçün keçmişin xatirələri və gələcək haqqında xəyallar önəmlidir; amma onu hərəkətə gətirən bu günün duyğularıdır. - Əbu Turxan

Biz tez-tez gələcək günlərdən borc götürürük ki, keçmiş günlərin borclarını qaytaraq. - Cübran

Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar!- Nəcib Fazıl Qısakürək

Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır. - Əbu Turxan

Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır. - Əbu Turxan

Əgər sən istəsən, keçmiş unudula bilər. Amma etdiyin hər seçimdə bir daha düşün. Çünki, gələcək, keçmiş qədər insaflı olmaya bilər. - Pol Oster

Getmə zamanı gəlmişsə "dayan" demənin; vaxt keçmişsə "dön" demənin; və eşq bitmişsə "yenidən" demənin heç bir mənası yoxdur. - Qabriel Qarsia Markes

Bilirsiniz onun adını niyə məhz keç­miş qoymuşlar? Keçmişin adını hər bir olanları özündə dəfn etdiyi və acı-şirin hadisələrin səhifələrini öm­­rümüzdən vərəqləyərək bizi bu gün adlı yeni bir sə­hi­­fəyə keçirdiyinə görə bu cür qoymuşlar. - Rövşən Abdullaoğlu

İnancın üç günü vardır: gəlib-keçmiş olan dünəni, nəqd olan bu günü və xəyal olan sabahı. - Rövşən Abdullaoğlu

Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir. - Rene Dekart

Keçmişi olmayan xalqın gələcəyi də yoxdur. - Oljas Süleymenov

Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq. - Əbu Turxan

Əgər keçmişə atəş açsan, gələcək səni topa tutacaqdır. - Otto fon Bismark

Tarixşünaslar keçmişi, ideoloqlar gələcəyi saxtalaşdırırlar. - Jarko Petan

İdeya zaman hüdudlarını keçərək nə vaxtsa yeni bir iradə ilə birləşir və keçmiş yenidən canlanır. - Əbu Turxan

Keçmiş nəsillər bizim üçün sualların hazır həllini deyil, özünü qoyub gediblər. - Kiçik Seneka

Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə – qısa keçmişdir. - Artur Şopenhauer

Keçmişin təhlükəsi əsir olmaq idi, gələcəyin təhlükəsi isə robot olmaq. - Erix Fromm

Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz keçmişlərinizdən öyüd götürün. - Əli bin Əbu Talib

Etiketler: , , , , ,

13.2.22

Saxta İnsanlara aid Statuslar

 

Saxta İnsanlara aid sözlər,Saxta İnsanlara aid Statuslar,saxta insanlar haqqinda statuslar sebuhi369


İkiüzlü insanın dili şirin olsa da, qəlbində zəhər gizlidir.

Hər kəs aya bənzər.Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.

İkiüzlü insanlar üçün hava proqnozu: Külək güclü olacaq, maskalarınızdan ehtiyatlı olun...

Saxta insanlarla birgə olmaqdansa tənha daha gözəldir.

Saxta insanlar belə hər şeyin gerçəyni istər!

Saxta İnsanlara aid sözlər Saxta İnsanlara aid Statuslar saxta insanlar haqqinda

Saxta İnsanlara aid Statuslar

Mükəmməl olmağınıza ehtiyac yoxdur. Saxta olmayın yetər.

Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə qarşı həqiqi bir nifrəti üstün tutaram.

Saxta dostlar bizim kölgəmizə bənzəyir. Biz gün işığında olanda bizə daha yaxın olur, ancaq biz biz az qaranlıq yerdə olan kimi bizi tərk edir.

Bəlkə də saxta dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.

Heç kim mənə özünü sübut etməyə səy göstərməsin! Çünki hər şey ortadadır; yeni maskalar taxmağın bir lüzumu yoxdur.

Onda ki, yalan taxta çıxır,
Saf almaz saxta çıxır.

Saxtakarlıq əvvəlcə vərdişə, sonra xarakterə çevrilir.

İkiüzlü insanın dili şirin olsa da, qəlbində zəhər gizlidir.

Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın.

Artıq ikiüzlü insanları sevməyə başladım. Çünki yaşadıqca iyirmiüzlü insanlar görməyə başladım. 

İkiüzlülük iki tərəfi kəskin bir qılınca bənzər.Bir tərəfi aldatdığı insanı, digər tərəfi isə sahibini kəsər. 

İnsanların ağızları asanlıqla yalan danışır, amma bu zaman onların qıc olmuş sifətləri yenə də həqiqəti deyir.

Sən.. Bağışlayın, siz deməliydim.. Siz neçə üzlü idiniz? Mən səhvən hansınızı sevdim?

Unutma; İnsanları tanımağın üçün ən uyğun zaman ayrılmağa ən yaxın vaxtdır. Çünki o vaxt saxta üzlər bilinir.

Həmişə qorxarsınız təklikdən amma bil ki təksənsə; Yalançı yoldaşların, ikiüzlü dostların və gedəcək bir sevgilin olmaz.

Elə insanlar görəcəksiniz ki, quzunu yemək üçün tülküylə plan edəcəklər. Qurdla birlikdə öldürəcəklər. Çobanla birlikdə yeyəcəklər. Sahibiylə birlikdə yaş tutacaqlar..!

Bənzər mövzular:

Saxta İnsanlara aid Statuslar

Etiketler: , ,

Yalançı Haqqında Atalar Sözləri

yalanci haqqinda atalar sozleri,Yalançıya Aid Atalar Sözləri,Yalançı Haqqında Atalar Sözləri,yalanciya aid atalar sozleri,
Yalançı Haqqında Atalar Sözləri



Xəbərçi yalançı olar, yalançı xəbərçi. - Atalar sözü.

Qorxu adama yalan dedirdər. - Atalar sözü

Acgöz, yalançı toruna düşər. - Atalar sözü

Yalançının üzü qara olar.- Atalar sözü

Yalançı, özünün düşmənidir. - Atalar sözü

Yalançı tamahkarı aldadar. - Atalar sözü

Yalançı kimdir: - Hər eşitdiyini danışan.- Atalar sözü

Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.- Atalar sözü

Yalançı kimdir: - Hər eşitdiyini danışan. mənzilinədək qov! - Atalar sözü

Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar.- Atalar sözü

Yalançının evi yandı, heç kəs ona inanmadı - Atalar sözü

Dil yalançı olunca, lal olsa yaxşıdır. - Atalar sözü.

Kim çox səbəb söyləyirsə, o çox yalan danışır - Rus Atalar Sözü

Yalançının yaddaşı olmaz.- Atalar sözü

Yalan danışan hamını qanmaz bilər.- Atalar sözü

Yalançı adamın dostluğuna dözən özü də yalançıdır. - Ərəb atalar sözü 

Yalançını sözündən yox gözündən bil.- Atalar sözü

Yalançının mənzili olmaz.- Atalar sözü

Yalançının yanında oturma.- Atalar sözü

Yalançıya Aid Atalar Sözləri,Yalançı Haqqında Atalar Sözləri,yalanciya aid atalar sozleri


Yalançı Haqqında Atalar Sözləri


Yalançı çox yanılar.- Atalar sözü

Yalançının dili topuq vurar.- Atalar sözü

Yalançının ipiylə quyuya düşən quyuda qalar.- Atalar sözü

Yalançı şahidi uzaqda istər.- Atalar sözü

Yalançı çox and içər.- Atalar sözü

Yalançı Allahın düşmənidi.- Atalar sözü

Ağıllı imandan, yalançı böhtandan yapışar.- Atalar sözü 

Yalançı adamın öz hiyləsilə nail ola bilmədiyinə düz adam öz düzlüyü sayəsində çatar. - Ərəb atalar sözü 

Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.- Atalar sözü

Çox yalan danışan özünə də inammaz.- Atalar sözü

Yalançının yanında doğru yalançı olar.- Atalar sözü

Yalançı dəniz dibində də gizlənə bilməz. - Osetin atalar sözü

Yalançının şahidi çox, arasanda heç biri yox.- Atalar sözü

Yalançının işığı yarıyacan yanar.- Atalar sözü

Alimin biliyindən, yalançının dilindən yapışarlar. - Atalar sözü

Ən böyük yalançı odurki, diri ikən ölümdən danışır. - Atalar sözü

Doğru deyən olsaydı, yalançı usanardı avara qalanlar dəxi bir söz də qanardı. - Atalar sözü

Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. - Türkmən atalar sözü atalar sözü

Etiketler: , , ,

11.2.22

Peşmançılıq Haqqında Aforizmlər və Sözlər

 

Peşmançılıq Haqqında Aforizmlər Peşmançılıq statusları peşman

Peşman olmaq istəmirsənsə, pis vərdişlərdən çəkin. - Volter 


Tez mühakimə edən, sonra uzun müddət peşman olur. - Atalar sözü


Xoşbəxtlik, peşmançılıq çəkmədən həzz almaqdır. - Lev Tolstoy


Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan. - Konfutsi


Ağlın başına gəlincə peşman olacağın bir işi əsla etmə. - Mövlana


Utanmaz nə bilsin peşmançılıq nədir? - Naməlum


Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.- Jan de Labrüyer 


Gedən sevgilinin getdiyi yerdə axtardığını tapmayıb “darıxdım” deməyi darıxdığından deyil, it kimi peşman olduğundandır. - Əziz Nesin


Birisini bağışladığın zaman peşman olma. Cəzalandırdığın zaman da sevinmə.


İntiqam alıb peşman olmaqdansa, əfv edib peşman olmaq daha yaxşıdır. - Cəfər Sadiq


Peşman olmuş bir günahkarın göz yaşları yüz möminin duasından daha artıq sevinc gətirir. - Viktor Hüqo


Qisas alan adam bəzən etdiyi hərəkətə görə peşman olar, bağışlayan adam isə heç vaxt.- Aleksandr Düma


Tək peşmanlığım sözlərimə belə layiq olmayan insanlara, saatlarla cümlələr qurmağımdı. - İlhan Bərk


Ən çox peşman olduğum şey; peşman olacağam deyə edə bilmədiklərim və toxuna bilmədiklərimdir. - Uilyam Şekspir


Peşman deyiləm yaşadıqlarıma! Əsəbiyəm bəlkə də yaşaya bilmədiklərimə! - Nazim Hikmət


Heç vaxt özün üçün təəssüflənmə. Bunu axmaqlar edər. - Haruki Murakami


Etdikləri yaxşılıqlardan belə peşman olanlar iyrənc insanlardır. - M. T. Siseron 

Peşmançılıq Haqqında Aforizmlər və Sözlər


Kim ki, qılınc çəkib etsə yamanlıq, Əlini dişləyib çəkər peşmanlıq. - Sədi Şirazi


Gələcəkdə peşman olmaq istəmirsənsə, öz ailəni təhsildən məhrum etmə. - Aleksandr Puşkin


Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmanlığını çəkir.  -B.Dizraeli 


Sonrakı peşmançılığın belə faydası varmış. Peşman olsam da səhvlərimdən nəticə çıxarıb doğrunu tapdıqdan sonra anladım..


Madam ki, özündə bir dərd və ya peşmanlıq hiss edirsən, bu Allahın-ın sənə olan yardımının və sevgisinin bir dəlilidir.- Mövlana


Peşman deyiləm! Yalnız dön bax arxana; Nə üçün, nələrdən imtina etdin? Nələr varkən, sən nəyi seçdin. - Nazim Hikmət


Qəbirdəkilərin peşman olduqları şeylər üçün, dünyadakılar bir-birlərini yeyirlər! - İohann Volfqanq Höte

Etiketler: , , , , , ,

8.2.22

Ölüm Haqqında Aforizmlər və Sözlər

Ölüm Haqqında Aforizmlər və Sözlər


Həyat nəğmədir, onun nəqarəti isə ölümdür. - Viktor Hüqo

Yaxşı yaşadığımız gün bizə sakit yuxu gətirdiyi kimi, yaxşı yaşadığımız ömür də bizə sakit ölüm gətirir. - Leonardo da Vinçi

Faydasız həyat - vaxtsız ölümə bərabərdir. - İohann Volfqanq Höte

Ölüm qorxunc bir şeydir amma insan əgər ölməyi bacara bilməyib sonsuza qədər yaşasaydı bu daha qorxunc olardı. - Anton Çexov

Ölüm həyatda böyük itki deyil. Əsl böyük itki, yaşayarkən içimizdə ölənlərdir.
olume aid statuslar,Ölüm Haqqında Sözlər,olum haqqinda aforizmler,Ölüm Haqqında Aforizmlər ölmək
Ölüm Haqqında Aforizmlər 


Həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu necə bilərik? - Konfutsi

Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir. - Stiv Cobs

Azad insanın ölümdən daha az düşündüyü bir şey yoxdur.-  Benedikt Spinoza

Ölüm gələndə həyatdan dördəlli yapışma. - Pifaqor

Bütün günlər ölümə doğru gedir; son gün ona çatır. - Mişel de Monten
Ölüm Haqqında Sözlər,olum haqqinda aforizmler,Ölüm Haqqında Aforizmlər,olume aid statuslar

Ölüm Haqqında Aforizmlər və Sözlər


Faydasız bir həyat erkən bir ölümdür. - İohann Volfqanq Höte

Qəbrimə doğum yox, ölüm ili yox, Qəbrimə sevdiyim illər yazılsın. - Nəbi Xəzri

Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir. - Artur Şopenhauer 

Gözəl qadının ölümü, şübhəsiz dünyada ən poetik mövzudur. - Edqar Allan Po

Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır. - Andre Jid

Əgər danışsaydı, ölümlə də “dil tapmaq” olardı. - Əbu Turxan

Səhv etməkdən qorxmaq, irəliləmənin ölümüdür. - Alfred Norz Vaythed

Əgər insan dünyada tək olsaydı, ölüm haqqında heç bir təsəvvürü olmazdı. - Kondilyak

Ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. 

Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur. Ancaq eşq ölümdən qorxmur.- Əbu Turxan

Ruh olan yerə ölüm girə bilməz. - Əbu Turxan

Ölümdən qorunmaqdansa, ruhla dost ol ki, səni yalqız buraxmasın.

Ölüm olmasaydı, insanlar çətin ki filosofluq edərdilər.. - Artur Şopenhauer

Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. - Benedikt Spinoza

Bu dünyada həyat heçliklə varlıq arasında cərəyan edir. Ölüm bu həyata yekun vurur və kimləri isə heçliyə, kimləri isə varlığa qovuşdurur. - Əbu Turxan

Həyatın açdığı bütün yollar. gec-tez ölümə aparıb çıxarır. Ölməzliyə isə insan. ancaq öz açdığı yolla çata bilər. -, Əbu Turxan

Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli. - Hüseyn Cavid

Ölümdən qorxmayan millətə ölüm yoxdur. - Şeyx Məhəmməd Xiyabani

Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir!
Hər süslü çiçək sonda saralmış quru yarpaq,
İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq!
- C. Cabbarlı

Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Həyat ancaq məhəbbət üzərində dayanır və onunla hərəkətə gəlir. - İ.S.Turgenev

Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy. - Pifaqor

Etiketler: , , , ,