-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Yalançı İnsanlara Aid Sözlər Və Aforizmlər

bilgideryasi




yalancilara-aid-statuslar-yalanci-insanlar-haqqinda-sozler-yalancilar-haqqinda.jpg




Aldatmaq alçaqların peşəsidir.


Birini aldadan başqasını da aldadar. - Stefan Sveyq 


Yalançının yaddaşı yaxşı olmalıdır. 


Ən böyük xəyanət dosta yalan satmaqdır. - Sokrat


Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır.

Yalançı İnsanlara Aid Sözlər Və Aforizmlər Aldatmaq alçaqların peşəsidir.


Yalan iki nəfərin əsəridir : biri danışar, digəri inanar. - Homer Simpson


Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım.


Heç yalan danışmadım deyən insan belə, əslində 'necəsən?' sualına 'yaxşı' deyərək yalan danışmışdır.


Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kimə inanmamasıdır. - Corc Bernard Şou


Yalanın üstü açılanda insan utanırsa, deməli, o hələ tam yalançı deyil. - Əbu Turxan


Özünü aldatmaq istəyən, gerçəklərdən qaçaraq yalançı və cadugər nəfsinə sığınar. - Epiktet

Yalançı İnsanlara Aid Sözlər,Yalançı İnsanlar haqqında,


Hətta bir yalançı da həqiqəti deməyə qorxur. Necə ki, vicdanlı adam yalan danışmaqdan əzab çəkir. - Uilyam Folkner


Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. - Nikola Şamfor


Bəyənmədiyiniz bir şeyi alqışlamaq, yalan danışmanın bir çox növündən biridir.


Heç kim hirsli insan qədər çox yalan söyləyə bilməz.


Yalançı lap axırda özünü aldadır. - Mahatma Qandi.


Yalanla özünü aldatmaqdansa gerçəklə üzləşmək yaxşıdır. - Xalid Hüseyni


Bilməzdən gəlişim, axmağı oynamam itirmə qorxumdan deyil; Qarşımdakıların yalan danışma potensiallarına olan marağımdandır.


Aldadanı aldatmaq zövq ola bilər, amma sevəni aldatmaq şərəfsizlikdir. - Uilyam Qoldman


Bugün səni aldadan, sabah başqası tərəfindən aldanar. 

Yalanla yuyulan üzlər, xəyanətlə qurulanar.

Unutma!


İkiüzlülük iki tərəfi kəskin bir qılınca bənzər. 

Bir tərəfi aldatdığı insanı, digər tərəfi isə sahibini kəsər. - Cervantes


Elə adamlar var ki, özləri yalan danışmaqdan qaçsalar da, yalançıların xidmətindən məmnuniyyətlə istifadə edirlər. - Əbu Turxan


Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün. - Viktor Hüqo


Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var. - Onore de Balzak.


Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək.


Gerçəyi bilməyən yalnız axmaqdır. Lakin gerçəyi bilən və ona yalan deyən, günahkardır. - Bertolt Brext


Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözür.



Şərq doğru danışanda ona nadir hallarda inanırlar. Qərb isə yalan danışanda ona nadir hallarda şübhə ilə yanaşırlar. Birincinin sadəlövh doğruluğu heç bir məqsədə yönəlməyib, o birisinin saxta səmimiliyi nadir hallarda öz məqsədinə çata bilmir.



Bizləri aldatmaq üçün Tanrının adından belə istifadə edirlər.- Maksim Qorki 


Dünyanı aldatmaq istəyən, dünyanın rənginə bürünərək.-Uilyam Şekspir


Bəzi insanları hər zaman, bütün insanları da bəzən aldada bilərsiniz; amma bütün insanları hər zaman aldada bilməzsiniz.  - Avram Linkoln


>
To Top