-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Xeyirxahlıq Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

xeyirxahliga-aid-sozler-xeyirxahliq-haqqinda-aforizmler-yaxsiliq-yaxsi.jpg

 İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. - Viktor Hüqo


Həyatın ən yüksək qayəsi xeyirxahlıq və bilik əldə etməkdir. - Solon


Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.  - C.Fuller


Əmək inası nəcibləşdirir, onu xeyirxah edir. - Vissarion Belinski


Xeyirxah mərd və sarsılmaz olar. - Konfutsi


Xeyirxahlıq heç vaxt köhnəlməyən libasdır. - Toqo Henri Deyvid


Əsl yaxşılıq və xeyirxahlıq hamı üçün edilən yaxşılıq və xeyirxahlıqdır. - Mark Avreli 


Xudpəsəndlik xeyirxahlığı öldürür. - Fyodor Dostoyevski


Xeyirxah adamda paxıllıq hissi ola bilməz.


Xeyirxahlıq fəaliyyətdə olan gözəllikdir. - Jan Jak Russo


Hər xeyirxah əməl göylərə aparan nərdivanın bir pilləsidir. - Henri Biqer


Xeyirxahlıq təbiidir, bədxahlıq isə sonradan özünə yer tapıb. - Lev Tolstoy


Göstərişlə edilən xeyirxahlıq - xeyirxahlıq deyil. - İvan Turgenev


Xeyirxahlıq səmimilikdən, yaxşılıq düzgünlükdən ayrılmazdır. - Lev Tolstoy


Şərdən çəkinən insan, xeyir iş etmiş kimidir.


Cinayətdən uzaq olan, yaxşılıq etmiş sayılar. -Hz. Əli


Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. - F.Dzerjinskiy


Torpağa mərhəmət xeyirdir inan, Lütf etsən gül verər, zülm etsən tikan. - Nizami Gəncəvi


İnsan özü nə qədər xeyirxah və ağıllı olsa, insanlardakı xeyirxahlıqları da bir o qədər çox görər.


Xeyirxahlığa səbəb varsa, o, artıq xeyirxahlıq deyil. Nəticə və mükafatı varsa, o, yenə xeyirxahlıq deyil. - Lev Tolstoy


Fəlsəfə ilə xeyirxahlıq bir-biri ilə ayrılmaz surətdə bağlıdır. - Kiçik Seneka


İnsanda əsas olan ağıl yox, xarakter, ürək, xeyirxah hisslər, qabaqcıl ideyalar kimi onu idarə edən xüsusiyyətlərdir.- Fyodor Dostoyevski


Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçir.- Platon



İnsanlarla iltifatlı ol və kobudluq etmə; xoş davran və onlara həqarətlə baxma. Cənnətin açarlarını soruşan yəhudi və xristianlara de ki, cənnətin açarları Allahın varlığını sübut edənlər və xeyir işlər görənlər üçündür.


Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər. - Jan de Labrüyer


Xeyir əhlini sev, şər əhlini də idarə et. - Əbu Hənifə 


Həyatda olduğunuz müddətcə, Ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin. - Əbdülqadir Gilani


Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy.

>
To Top