30.9.21

Dua Haqqında Sözlər Və Statuslar

duaya-aid-sozler-qismet-dua-haqqinda-aforizmler-dua-et-.jpg
 Susmaq 'Ya Səbr' deyə bilməkdir. Elə bir duadır ki, ürəklərdə çalxalanar... - Nəcib Fazil Qısakürək


Xeyirlisi deyə bir söz var. 

Bütün Aminlər, Bütün inşAllahlar, bütün dualar onun içində..


Dərt etmə, Dua et...


Sən mənim göylərə göndərdiyim dualarımın yer üzündəki cavabısan.


Allah-təala duada israr edənləri sevər. - Mühəmməd peyğəmbər


Ümidsizlik yoxdur, çünki dua vardır.

Tələsmək yoxdur, çünki səbr etmək vardır.

Mümkünsüz deyə bir şey yoxdur, çünki Allah vardır.


Ən güclü dua, başqası üçün etdiyimiz duadır.


Dua dildən gələn sözlər deyil, ürəkdən gələn arzu və diləklərdir.


Allah Duaya 3 şəkildə cavab verir; 

1. "Bəli" deyər və istədiyini verər

2. "Xeyr" deyər və daha yaxşısını verər

3. "Səbr elə" deyər və ən yaxşısını verər! 


Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.

 -Mövlana Cəlaləddin Rumi


Həyatda olduğunuz müddətcə, Ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin.

- Əbdülqadir Geylani


Olmadı deyə sızlandığın duaya, gün gələr olmadı deyə şükür edərsən.

- Şəms Təbrizi

Etiketler: ,

28.9.21

Hörmət Haqqında Aforizmlər Və Sözlər

 

hormete-aid-sozler-hormet-haqqinda-aforizmler-hormetli.jpg


Bilik sizə güc verər, ancaq hörməti xarakterinizlə qazanarsınız. -Brüs Li


İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər. -Deyl Karnegi


Əgər öz ad-sanına hörmət edirsənsə yaxşı keyfiyyətli adamla otur-dur çünki, tək olmaq pis dostluqdan yaxşıdır. - Corc Vaşinqton

Hörmət etmədiyiniz insanla heç vaxt dost olmağa çalışmayın.

İnsan, atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman eşidir.

Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik. - Viktor Hüqo

Özünə hörmət qoymayan, özgəsinə də hörmət qoymaz. - Atalar Sözü

Şit tərif nə onu deyənə, nə də aid olduğu adama hörmət qazandırır. - Maksim Qorki

Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. - Mustafa Kamal Atatürk

Kiçiklərə mərhəmət, böyüklərə hörmət göstərməyən bizdən deyildir. - Hədisi Şərif

Hörmət Haqqında Aforizmlər Və Sözlər


Çox cəsarətlilik azğınlığa, çox hörmət bəsləmək yaltaqlığa, həddindən artıq sadəlövlük axmaqlığa dəlalət edir. - Konfutsi

Hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur. - M.Y. Lermontov

Hörmət hissindən məhrum olan məhəbbət çox davam edə bilməz. - Aleksandr Düma

Sevgi və hörmət, bir-birinə bitişik ekizlər kimidir - əgər ayrılsalar yaşaya bilməzlər. - Mehmet Emin Erişirgil

Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır.Ona görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik. -Vissarion Belinski

Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin Hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy. - Pifaqor

Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara Hörmətlə yanaşır. - Nikola Şamfor

Ağlımda maraq,şübhə və hörmət oyandıran iki şey var: Üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu. - İmmanuel Kant

Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hislərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o sizi insana və özünüzə hörmət etməyə öyrədəcək, o, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq. - Maksim Qorki

Ən gözəl və faydalı həyat cığırı, elm və bilginin yollarından keçir. Və hər kim bu yolda bir əngəli aradan qaldıraq ya da bir cığır açsa, insanlara yaxşılığı toxunan birisi olar hörmət görməlidir. - David Yum

Mən irqçi biri deyiləm, hər növ irqçiliyin, hər növ ayrı-seçkiliyin əleyhinəyəm. Mən insanlara rənglərindən asılı olmayaraq hörmət etməyin lazım olduğunu düşünürəm. - Malkolm X

Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir. -  Krisp Sallyusti

Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa. - Nizami Gəncəvi

Əgər qanunlara hörmət edilməsini istəyiriksə, əvvəl hörmət ediləcək qanunlar düzəltmək lazımdır. 

Böyük vəzifəyə sahib olan insanlara deyil,böyük fikirlərə sahib olan insanlara hörmət edin.

Ey oğul, 3 insana yazığın gəlsin:

1. Alimlərin arasında qalan Cahilə.
2. Varlıların içində kasıb durumunda olana.
3. Hörmətli birisi ikən hörmət və izzətini itirənə.
Şeyx Ədəbalı 

Etiketler: , , ,

27.9.21

Torpaq haqqında Aforizmlər, Torpağa Aid Sözlər

Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvəti torpaqdır.

-  Həsən Əliyev

torpaq-haqqinda-torpaga-aid-Nizami-Gencevi-Aforizmler


Əmək sərvətin atası, torpaq isə anasıdır.

- Fridrix Engels


 Torpağa mərhəmət xeyirdir inan, Lütf etsən gül verər, zülm etsən tikan.

- Nizami Gəncəvi


Torpaq Vətən deməkdir və milyonlara öz döşündən süd vermişdir. 

- Həsən Əliyev


Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən.

 - Abdulla Qurbani


Torpağa əkilən toxumlar içərisində ən çox məhsul verən fədailərin torpağa tökdükləri qandır.

- Onore de Balzak


Məndən yəhərimi istəyin - verim, atımı istəyin - verim, lakin heç kəs vətənimdən bir qarış torpaq istəməsin - vermərəm.

- Mete Xan 


Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir.

- Əbülfəz Elçibəy


Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır.

- Heydər Əliyev


Ölmək üçün doğulmuşdur insan, ona görə də hər yağış sonrası torpaq qoxusunu sevər.

- Lev Tolstoy


Torpaq aldığını artıqlaması ilə geri qaytarır.

- Mark Tulli Siseron


Torpaq insanlardan ədalətlidir, riyakarlıq nə olduğunu bilmir, qoyulan əməyə qarşı bol-bol mükafatlar verir.

- Onore de Balzak


Xoşbəxtliyin birinci və hamının qəbul etdiyi şərti təbiətlə insanın vəhdəti, yəni açıq səma, günəş şüaları altında, təmiz havada insanın torpaqla, çiçəklərlə, heyvanlarla ünsiyyətidir.

- Lev Tolstoy


Sərmayə qoyacaqsansa torpaq al. Torpaq qızıldır. Üstünə bina etsən gümüş olar. İçinə də kirayəçi soxsan tənəkə olar.

- Vəhbi Qoç


Torpağı qazıb onu becərməyi unutmaq özümüzü unutmaq deməkdir.

- Mahatma Qandi


Hər ağacdan sandal, hər yarpaqdan gül,

Hər torpağın tamı duz olmaz, olmaz.

- Aşıq Ələsgər


Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər.

- Yılmaz Ərdoğan


Torpaqların fəthinin meyvəsi-hakimiyyət, təhsilin meyvələri- bilik, zənginliyin meyvəsi isə ianə vermək və həzzdir.

- Çanakya 


Torpaq Günəşsiz, insan səadətsiz yaşaya bilməz.

- Mixail Stelmax


Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik.

- Mövlana Cəlaləddin Rumi


Torpaq bir gün yağışın dəyərini anlayacaq, lakin o gün yağış yağmayacaq.

-Nicanor Parra


Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz.

-  Əbu Turxan


Əqli-kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən, üstündə yağış yağmış xam torpaq kimi canlanar. 

- Əbül Fərəc


Ağaclar torpağın göyə yazdığı şeirlərdir. Bizlər onları baltalayıb öz boşluğumuzu qeyd etmək üçün kağıza çeviririk.

- Xəlil Cübran


Uşaqlar torpağın canlı çiçəkləridir.

- Maksim Qorki


Mümkün olsaydı, hər qarış torpağa buğda əkilmiş kimi kitab əkərdim.

- Henrix Mann 


Yaxşı müəllim susuz torpağa can verən yağışdan da qiymətlidir, yağışla torpaq dirçələr, müəllimlə bütün bəşəriyyət.

- Anonim 


Ordu torpaqları, kitab könülləri fəth edir.   

-  Əbu Turxan


Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:

Düşün altında minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:

Vermə, dünyaları alsan da, bu cənnət Vətəni.

- Mehmet Akif Ərsoy - İstiqlal Marşı


Arxeoloqlar torpaqdan siyasətçilərin basdırdıqları tarixi qazıb çıxarırlar. 

- Qabriel Laube


Biz bu dünyanı tərk edəndə və bizi torpağa tapşıranda, bizim də, knyazın da dəfn edildiyi yer bir parça eyni torpaqdan ibarət olur.

- Miqel de Servantes 


 Torpaqdan gəldi insan, yenə torpağa dönəcək, iki dilim çörək üçün ömür boyu döyüşəcək.

- Barış Manço


 Öləndən sonra məni torpaqda deyil, ariflərin qəlbində axtarın.

- Mövlana Cəlaləddin Rumi


Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz.

- David Lavrens 


Qəlbini çalmasın bu mal, bu dövlət,

Azı bir zillətdir,çoxu fəlakət.

Göydə ol, yerdə ol, fərqi yox bunun,

Torpaqsan, yenə də torpaqdır sonun.

- Nizami Gəncəvi


Etiketler: , , , , ,

27 Sentyabr Anım Günü Şeirlər | Şəhidlərə aid şeirlər

 
27 Sentyab şeirlər,27 Sentyabr Anim Gunu seirleri,27 Sentyabr Anım Günü Şeirlər
27 Sentyab şeirlər



  27 sentyabr - 44 Günlük Vətən Müharibəsində Zəfərə gedən yolun başlanğıc günüdür. Bəli, bu gün Qarabağa qayıdışa gedən o şərəfli günlərin ilk günüdür.   44 günlük Zəfər yolunda canının qurban vermiş Şəhidlər öz adların əbədi tarixə yazdılar.Qanlarlarıyla tarix yazanlar həm də milyonlarla ürəyə yol tapdılar, yaddaşlarda unudulmaz bir iz qoydular. Və onlar haqqında yeni zəfər nəğmələri bəstələnəcək, şeirlər yazılacaq, filmlər çəkiləcəkdir. Tarix yazanlar həmişə tarixdə qalacaqdır...

Sənə Zəfər Yaraşır şeiri 

Müəllif: Nicat İsmayılov (“Xəzər Tv”nin redaktoru)

Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.

Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!
 
Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.


İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.

Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!


Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!
 
 
 
.

Etiketler: , , ,

26.9.21

Vətən Haqqında Aforizmlər


Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir.
Füyuzat jurnalı



Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən.
 - Abdulla Qurbani

Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun.
- Əbu Turxan

Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir.
- Füyuzat jurnalı

Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir.
- Siseron

Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir.
- Əbülfəz Elçibəy

 Vətənin sevməyən insan olmaz, Olsa, o şəxsdə vicdan olmaz.
- Abbas Səhhət

İnsan vətənini sevir, çünki hürriyyəti, firavanlığı, haqqı vətən sayəsində mövcuddur.
- Namiq Kamal

Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim.
 - Məmməd Araz

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi.
- Şah İsmayıl Xətai
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

Birinci yerdə vətən və valideynlər, sonra uşaqlar və bütün ailə, daha sonra isə yerdə qalan qohumlar olmalıdır.
- Mark Tulli Siseron

Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir.
- Mustafa Kamal Atatürk

İnsan nə qədər savadlı olsa, Vətəninə də bir o qədər lazımlı olar.
- A.S.Qriboyedov

Vətənini ən çox sevən, vəzifəsini ən yaxşı edəndir.
- Mustafa Kamal Atatürk

Vətəni şücaətinizlə şöhrətləndirin!
- Mixail Lomonosov

Çörək bol olarsa basılmaz Vətən.
- Səməd Vurğun

Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək.
- Abbas Səhət

 Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir.
- Lev Tolstoy
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

 Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz.
- Anatol Frans

Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.
- Nəriman Nərimanov

Elə cinayət var ki, bağışlanmır, bu, vətənə xəyanətdir.
- Bəhmənyar əl-Azərbaycani

 Vətənini rüsvay etmək, ona xəyanət etmək deməkdir.
- Viktor Hüqo
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim


Mən ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv olmalıyam.
-  Siseron

Şərəfli insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör.
- Denis Fonvizin

Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə.
- Səməd Vurğun

Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır.
-  Lyuk de Klapye Vovenarq

Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil! Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər.
- Xudu Məmmədov

Dövlət nədir? Bəziləri onu vətənlə, başqaları qanunla, üçüncülər xəzinəylə, dördüncülər isə rəhbərliklə qarışdırırlar.
- Saltıkov-Şedrin

Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur.
- M.İ.Kalinin
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz.
- Firudun Bəy Köçərli

Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib.
- Jan Jak Russo

Qanla alınan Vətən pulla satılmaz.
- Anonim
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

Qılıncla alınan vətən pulla satılmaz.
- II Əbdülhəmid

Öz vətənindən üz döndərən adam öz vicdanından da üz döndərmiş olur.
- A.Qalan

Azadlıq ağacı, müəyyən aralıqlarla vəyənpərvərlərin və vətən xainlərinin qanlarıyla sulanmalıdır.
- Tomas Cefferson

 Yalnız güclü dövlət öz vətəndaşlarının azadlığını təmin edə bilər.
- Jan Jak Russo

Ticarətdə tamahkar ruh üçün nə vətən, nə hisslər, nə də prinsiplər var.
-Tomas Cefferson

Zənginlik qürbətdə Vətəndir, yoxsulluq Vətəndə qürbət.
- Əli ibn Abu Talib

Bir yoxsul qürbətdə şah olsa əgər
Hər axşam o Vətən deyib ah çəkər.
- Əssar Təbrizi

 Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir.
- Qay Krisp Sallyusti

Vətən azadlıq olmadan, azadlıq fəzilətsiz, fəzilət isə vətəndaşsız mövcud ola bilməz. Əgər siz vətəndaş yetişdirsəniz, tərbiyə etsəniz, o zaman sizin hər şeyiniz olacaq, əks təqdirdə hamı, hətta dövlət başçısı belə miskin bir kölə olacaq.
- Jan Jak Russo

Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
Vermə, dünyaları alsan da, bu cənnət Vətəni.
- Mehmet Akif Ərsoy - İstiqlal Marşı

Etiketler: , , , , , ,

22.9.21

Sədaqət Haqqında Aforizmlər Və Sözlər

 Yaxşı bir xarakteri əmələ gətirən parçalar sədaqət və mərhəmətdir. -Karl Hilti

-

sedaqete-aid-sozler-sedaqet-haqqinda-aforizmler-sadiq-vefa (1).jpg


Sadiq dost, qohumdan üstündür. - Atalar Sözü


Sevginin əsl gözəlliyini əxlaqsız qadın yox, sədaqətli həyat yoldaşı dərk edə bilər. - Rabindranat Taqor


İti vəfalı bir dosta çevirən vəfası və sədaqətidir. İnsanı insanlıqdan çıxarıb itdən də aşağı salan sədaqətsizlik və vəfasızlığıdır.


Sədaqət qəhrəmanın zinətidir. -Atalar Sözü


Durüstlük və sədaqət bahalı hədiyədir.

Ucuz insanlarda aramayın..


And içməyə gərək qalmayacaq qədər sözlərinə sadiq ol. -Deyl Karnegi


Sədaqətsizlik nankorların işidir. Nankorluqsa Allahın sevmədiyi bir xüsusiyətdir. - Servantes


Sədaqətin dəyərini bilməyən, xəyanətin bədəlini ödəməyə məhkumdur. - Anonim


Sədaqət digər qabiliyyətlətlərlə müqayisədə məni daha çox heyrətləndirir. Sədaqət və Sücayət – iki ən gözəl keyfiyyətdir. - Aqata Kristi


Qapısı açıq olan ürəyə hər kəs girər...

Əsas olan hünər, qapalı olan qapıda sədaqətlə gözləməkdir.. 


Hər qapıya can atıb səba kimi cumma sən,

Alçaqlardan sədaqət, dostluq vəfa umma sən.- Nizami Gəncəvi


İnsana sədaqət yaraşır, görsə də ikrah. - Ziya Paşa


Kitabdan sədaqətli dost yoxdur. - Ernest Heminquey


Bəzi insanlara diqqətlə bax. Onlara sənə deyil, öz ehtiyaclarına sadiqdirlər. Və sənə olan ehtiyacları bitdkdə, sədaqətləri də birdən bitər.


Həyatda ən böyük arzum yaxın adamlarıma sədaqətli olmaq, cəmiyyətə xidmət etmək və qocalara yardım əli uzatmaqdır.

- Konfutsi

Ölkənə hər zaman sadiq ol. Hökümətə isə sadəcə layiq olduğu zamanlarda...


Müəllimə, Allaha və savadlı insana sədaqət hər kəsi zinətləndirər. - Çanakya


 

Əyri adam içindəki xəyanəti gizlətmək üçün fürsətdən istifadə edib “sədaqətli” olduğunu isbat edir.

Düz adam isə buna ehtiyac duymadığından həmişə şübhəli qismində qalır. - Əbu Turxan


Həyat nə qədər gözəl olardı; insan həm 'aşiq', həm də 'sadiq' olmağı bacara bilsəydi. -Can Dündar 


Mən inanıram ki, əsl sevgi və sədaqət son nəticədə dünyadakı hər cür pisliyə və müsibətlərə qalib gələcək. - Çarlz Dikkens


Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur. - Nazim Hikmət

Etiketler:

16.9.21

Vəfa Haqqında Aforizmlər və Sözlər

 

L


Vəfa və səmimiyyət ilk prinsiplərimiz olmalıdır. - Konfutsi


Qəlbin də vəfa adlı bir yaddaşı var. - Kaan H.Ôkten


Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır.


Həm gözəl həm də vəfalı olmaq böyük xoşbəxtlikdir. - Qətran Təbrizi


Vəfalı dost yad olmaz, görməsə yüz il səni.- Atalar sözü



Ən vəfakar dostumuz kölgəmizdir, amma unutma ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyir.


Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər.


Hər kəs sevə bilər ancaq hər kəs vəfalı ola bilməz.

Vəfa elə bir eşqdir ki, hər ürək dözə bilməz.


Anlamayanlar üçün dilimi, vəfasızlar üçün ürəyimi yordum. - Yılmaz Güney


Xəyanət dostluq zəncirini qaraldar, ancaq vəfa onu hər zamankından daha parlaq edər.


İti vəfalı bir dosta çevirən vəfası və sədaqətidir. İnsanı insanlıqdan çıxarıb itdən də aşağı salan sədaqətsizlik və vəfasızlığıdır.


Kitablar insanların ən vəfalı dostlarıdır.


Tez bezəndə vəfa və yalançıda isə igidlik olmaz.


Kimsədən vəfa görməsəm belə, vəfa göstərməyə davam edəcəm.. Hz. Əli


İncitdiyin bir insanda səmimiyyət arama.

Aldatdığın bir insandan vəfa gözləmə! - Əli-ən Nəqi


Həyat, dəyərini bilənlərlə yaşanacaq qədər gözəl və vəfasızlarla israf edilməyəcək qədər dəyərlidir.


Qula vəfası olmayanın Haqqa da vəfası olmaz.


Xainlərə vəfa etmək Allaha xəyanətdir. - Hz. Əli


Vəfasızın məclisində badə içilməz. - Ziya Paşa


Gördük bəyü bəyzadələrin yoxdu vəfası;

Çox-çoxdu cəfası. - M. Ə. Sabir


Hər qapıya can atıb səba kimi cumma sən,

Alçaqlardan sədaqət, dostluq vəfa umma sən.- Nizami Gəncəvi


Mərdlər ilə gəz ki, Vəfadar olur,

Nakəslərə yoldaş olan xar olur,

Namərd olur yaxşı gündə yar olur,

Yaman gündə baxmaz, ötən yan ilə. - Molla Pənah Vaqif


Etiketler: ,

15.9.21

Bilik Haqqında Atalar Sözləri

 

Bilik - qüvvətdir.


Kitab Bilik mənbəyidir.


Bilik insanın bəzəyidir. - Azərbaycan atalar sözü


Kitab bilik xəzinəsidir.


bilik-haqqinda-atalar-sozleri-atalar-sozu-biliye-aid-kitab (1).jpg
Bilik xoş gündə bəzəkdir - yaman gündə təskinlik.


Təkrar biliyin anasıdır.


Biliyə Aid  Atalar Sözləri

biliyə aid atalar sözləri,bilik haqqinda sozleri təkrar biliyin anasıdır
Bilik Haqqında Atalar Sözləri

Bilik ağlın aynasıdır.- Azərbaycan a/s


Biləyin edə bilmədiyini bilik eləyər.



Bilik - başa tac, dövlət - boyuna boyunduruqdur. - Fars


Biliyin kökü acıdır, meyvəsi - şirin. - Rus atalar sözü


Ağıl köhnəlməyən geyim, bilik tükənməyən mədən kimidir.


Biləyin on olunca, biliyin bir olsun.


Biləyi güclü birini yıxar, biliyi güclü minini.

bilik haqqinda atalar sozleri biliye aid atalar sozleri,biliyə aid atalar sözləri

Bilik Haqqında Atalar Sözləri

Bilik gərək başda olsun, sözdə yox.

Qızıl xəzinəsini bilik xəzinəsi ilə müqayisə etməzlər. - Viyetnam

Bilik daşı ülgüc altda bilinər.

Biliksiz cəhd, işıqsız od kimidir. - Alman

Savadsız adam kor kimidir.

Ev şamdan işıqlanar, baş – bilikdən.

Yüz biliyin olsa da, bir bilənlə danış.

Başında çatışmayan şeyləri bilmək üçün, bilənlərin biliklərin öyrən.

Bilik çox yer tutmaz (artıqlıq etməz) - Yəhudi


Yazmaq üçün bilik, məqsədə çatmaq üçün cəhd lazımdır. - Monqol


Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir. - Ərəb


Yarımçıq bilik, cəhalətdən daha təhlükəlidir.


İnsanın böyüklüyü nəsil-nəcabəti ilə deyil, bilik və mədəniyyəti ilə ölçülür. - Fars


Ağıllının xəzinəsi bilikdir, ağılsızın xəzinəsi var-dövlət.

biliye-aid-atalar-sozleri-bilik-haqqinda-atalar-bilikli-agilli-agilsiz- (1).jpg

Biliye Aid  Atalar Sozleri


Alimin biliyindən, yalançının dilindən yapışarlar.

Etiketler: , , ,

11.9.21

Alçaq İnsanlara Aid Sözlər

 


Aldatmaq alçaqların peşəsidir!

alcaq-insanlara-aid-statuslar-alcaq-insanlar-haqqinda-sozler-


Bir yalana inanmaq sizi axmaq etməz. Çünki, saf bir insan olmaq, alçaq olmaqdan yaxşıdır!


Əgər sən birini aldatsan o axmaq bir insan olmur, amma sən alçaq biri olursan!


Oturub sənə şərədən dərs deyərdim ancaq itirdiyin bir şeyi dinləmək sənə ağır gələcək!


Şərəf pulla satılsaydı, hədiyyə alardım bəzilərinə...


Pulunla şərəf qazanma,şərəfinlə pul qazan ki,pulun gedən də şərəfin də getməsin.


Vicdan bahalı bir xüsusiyyətdir.Ucuz insanlarda olmur.


Qabiliyyətsiz olmaq bir qüsur deyildir.

Amma xaraktersiz olmaq böyük bir qüsurdur!


Bəzi insanlar alçaq könüllüdür,

bəziləri isə alçaq olmağa könüllüdür.


Bir itin dostluğu, bir dostun itliyindən yaxşıdır.


Alçaq olan kimsə düşməktən qorxmaz. -Aristotel


Xəsis bazarda vicdanını da satar. -Atalar Sözü 


Alçağın ən böyük düşməni özüdür!


Yalançının yaddaşı yaxşı olmalıdır.


Bir dəqiqə adam ol desəm, saniyələri sayacaq insanlar tanıyıram!


Şərəfsizin şərəfdən dərs dediyi bir yerdə, bizə də gülüb getmək düşər!


Bu dünyada elələri var ki, şərəf testindən keçsələr nəticələri neqativ çıxar!


Hər alçağı başqa bir alcaq aldadar!


Bəziləri var ki, onlara alçaq belə deyə bilmirəm. Çünki Alçaqlıq bir səviyyədir, onlar çuxurdu. Çünki bəzi insanlar çuxura düşsələr belə fərq eləməz. .


Ən böyük korluq, nankorluqdur!


Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. - Dədə Turxan


Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var.


Kiçik qazanclar uğruna insanları aldadaraq özünü ağıllı hesab edən axmaqlar var bu dünyada! - Səbuhi Quluzadə 


Biz namus və əxlaq cəngavərliyi edirsə, bilin ki, ən əxlaqsızlığı da odur. -,Fridrix Nitsşe


Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir. - Anton Çexov


Özünə, yarına hörmət edən kişi, küçə itləri ilə xanımına xəyanət etməz. 


Əxlaq, namus dedikdə sadəcə qadından danışan hər kəs əxlaqsız və namussuzdur. -Frida Kahlo 


Ayrı-ayrılıqda əxlaqsız bir varlıq olan kəslər, birgə  olduqları zaman namuslu olarlar. -Şarl Lui Monteskyö



Biz namus və əxlaq cəngavərliyi edirsə, bilin ki, ən əxlaqsızlığı da odur. -Fridrix Nitsşe



Vicdanı özünə rəhbər etməyənin rəhbəri şeytan olar.


Əxlaqdan məhrumsansa, nə qədər yüksəyə qalxsan da, yenə heçsən. - Corc Herbert


Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.


Yurdu sarmış qabalıq, yaltaqlıq, Yüksəliş varsa, səbəb alçaqlıq! -Hüseyn Cavid

Etiketler:

9.9.21

Dərin Mənalı Aforizmlər


Kədərdə sevinclərin ən şirini gizlidir. - Dostoyevski 


Oxuyaraq öyrənəcəksən, amma sevərək anlayacaqsan. - Şəms Təbrizi


Bəzən tək ehtiyacımız bir əl və bizi anlayacaq bir ürəkdir. - Can Yücəl


Xoşbəxt olmaq istəyirsənsə, xoşbəxt etməyi də bacarmalısan. - 

Dərin Mənalı Aforizmlər
Dərin Mənalı Aforizmlər



Sevilmək və başa düşülmək ən böyük xoşbəxtlikdir, dostum..

Bu xoşbəxtliyi yaşamağınızı diləyirəm. - Onore De Balzak

Ölülər rahat idi.Əsl dirilməli olanlar “yaşayanlar” idi. –Cəlil Məmmədquluzadə

Beldən aşağısı bədənin eşqidir, beldən yuxarısı isə ruhun... 

derin-menali-aforizmler-2021-menali-sözler-hikmetli-sozler-kelamlar-esq-



Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən. - Maksim Qorki


İnsan sevməlidir.. Bəzən bir insanı, yaxud da bir bir ağacı, ya da qanadı qırıq bir quşu...

Zətən sevməzsə insan İnsan mı olar? - Cahid Zərifoğlu


Susmaq 'Ya Səbr' deyə bilməkdir. Elə bir duadır ki, ürəklərdə çalxalanar... - Nəcib Fazil Qısakürək


Bəzən insan, özünə baxmadan başqalarını görə bilmir! - Maksim Qorki


menali-aforizmler-2022-menali-hikmetli-sozler-ve-kelamlar-dusunducu.jpg


Sağlam bir dilənçi, xəstə bir kraldan daha xoşbəxtdir.- Artur  Şopenhauer 


Kədəri dadmadan həmişə xoşbəxt olmaq istəyərsən.. Ancaq, nələrin səni xoşbəxt etmədiyini bilmədən, nələrlə xoşbəxt olacağını da bilmərsən. - Siqmund Freyd


Mənim üçün böyük insan öz beyni ilə ürəyi arasında rabitə yaradan insandır. - Napoleon Bonapart


Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən ali düşüncələrdir. - Mişel de Monten 


Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir. - Dədə Turxan

derin-menali-sozler-2021-aforizmler-hikmetli-kelamlar-mudrik-sozler-felsefi.jpg


Saçımıza göstərdiyimiz diqqət və qayğını başımıza göstərsək, min qat daha yaxşı durumda olarıq. - Malkolm X


Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. -Cəfər Sadiq


İnsan beyni dəyirman daşına bənzəyir: İçinə yeni bir şeylər atmazsanız, özü-özünü üyüdər.


Kağıza toxunan qələm, kibritdən daha çox yanğın çıxarar.


Ən mükəmməl ədalət vicdandır. - Viktor Hüqo


Cəhənnəmdə od yoxdur, hər kəs öz odunu bu dünyadan götürür. - Yaşar Kamal


Zülmün topu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır. - Tofiq Fikrət


Tarixdə iz qoymaq da hər adama müyəssər olmur, tarixə imza atmaq isə ancaq dahilərə nəsib olur. - Dədə Turxan

.

Etiketler: , , , , , ,

4.9.21

Dostluq Haqqında Mənalı Sözlər

dostluq-haqqinda-sozler-dostluga-aid-sozler-dost-dostum

Dost İki bədəndə yaşayan bir ruhdur.


Əsl dostlar ulduzlar kimidir - qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq saçarlar.


Səmimiyyət və Dostluq ən çətin tapılan nemətdir. - Napolyon Bonapart

Yaxşı dost xoş gündə çağırılanda, pis gündə çağırılmamış gələndir.

Həqiqi dostluq bu həyatda unudulmayacaq qədər gözəl və hər kəslə yaşanmayacaq qədər özəldir.

dostluq-haqqinda-sozler-dostluga-aid-sozler-esl-dost-dostlar (3)

Dostluq Haqqında Mənalı Sözlər


Həyat sevməyi, sevgi layiq olmağı, dostluq sadiq qalmağı bilənlər üçündür..


Dostluq iki ürək arasında axan çay kimidir. Gəldiyi yeri də təmizləyər, getdiy yeri də..


Ən yaxşı dost, dostunu yadlara möhtac etməyəndir!


Bir düşmən çox, min dost azdır.


Dost qazanmağın tək yolu dost ola bilməkdir. - Emerson

dostluq-haqqinda-sozler-dostluga-aid-sozler-dost-qazanmaq (1).jpg
Dostluq Haqqında Mənalı Sözlər


Dost olmağa tələsməyin, amma dost olduzsa, bu dostluğa xəyanət etməyin. - Sokrat


Nöqsansız Dost axtaran Dostsuz qalar.


Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də.

dostluq-haqqinda-sozler-dostluga-aid-statuslar-dostlar-ucun-dostum-.jpg




Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq. - Sokrat


Səmimiyyət dostluğun məhək daşıdır. - Əbu Turxan


Əsl dostlar yan-yana olanlar deyl, qəlbdən bir-birlərinə bağlı olanlardır.


Önümdən getmə səni itirə bilərəm, arxamdan da gəlmə yol göstərməyə bilərəm; yanımda get və yalnız Dostum qal. - Alber Kamyu 


Dostumun qüsurları haqqında yalnız özüylə danışıram.


Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır. - Teymurləng


Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz Dostluqdur.


İnsanın pulu artdıqca düşməni, elmi artdıqca dostu çoxalar.


Sən yüksələndə dostların bilir sən kimsən,

Sən düşəndə sən bilirsən dostların kimdi - Naməlum

dostluq-haqqinda-sozler-dostluga-aid-sozler-esl-dost-dostlar-dostum-- (1)


İt sənə dost olar, bir sümük atsan,

Namərd qədir bilməz, olsan da qurban.


Əsl dostlar, mənfəətlərinə bitənə qədər deyil, ömürləri çatana qədər sizi sevənlərdir.


Güvən itdiyi yerdə, dostluq da itir. - Kiçik Seneka


Hörmət etmədiyiniz insanla heç vaxt dost olmağa çalışmayın. - Çarlz Darvin


Başqalarını pisləməyi xoşlayanlarla dostluq etməyə dəyməz.  - Demokrit 


Çox az adam, yaxşı talehli bir dostun müvəffəqiyyətlərini qısqanclıq etmədən təbrik edə bilər. - Esxil.


Bir-birinin zəif cəhətini bağışlaya bilməyən iki şəxs heç vaxt dost ola bilməz. Jan de la Bruyere


Dostluq – özünə arzuladığının digərinə arzuladığındır; Sevgi – özünə arzuladığından digərinə daha çox arzuladığındır. - I.Şevelev


Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün. - Aristotel


Bir insana tamamilə güvəndikdə iki nəticədən birini əldə edər insan :

Ya bir ömür davam edəcək bir dostluq, ya da ömür boyu unutmayacağı bir dərs.


Insanlarla elə yaşa ki, gələcəkdə dostun düşmənın olmasın, düşmənın isə dostun olsun. - Pifaqor


Məhəbbətin ömrünü dostluq uzadır. - Əbu Turxan


Adi dost sizin göz yaşlarınızdan xəbərsizdir. 

Əsl dostun isə çiyni göz yaşlarınızla islanar.


Çox gözəl olsa da eybi gizlətmək

Dost Dostun eybini örtməsin gərək. 


Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər. - Əbu Turxan


Yalnız ağıllı insanlarla dostluq edin, çünki bəzən axmaq dost, ağıllı düşməndən də təhlükəli ola bilər. - Cəlaləddin Rumi


Yaxşı kitablar, ən yaxşı dostlarımızdır. - Frensis Bekon


Heç vaxt ac göz olanla dost olma. Cünki, vəfa bilməz, vicdan bilməz , doymaq bilməz!


Ancaq riyakarlar hamı ilə dostluq edə bilər. - Əbu Turxan


Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz. - Sədi Şirazi


Etiketler: , , , ,