Bilik Gününə aid şeirlər
1 Sentyabr Bilik gününə olunmuş bir-birindən gözəl 9 şeir
“Sentyabr” şeiri
Sentyabr gələndə
Çox sevinir uşaqlar.
Bilik günü yetişir,
Məktəbə gedir onlar.
Müəllif: Zaur Ustac
“Məktəbə get, dərs oxu ” şeiri
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
Müəllif:Abdulla Şaiq
“Əlifba” şeiri
Əlifbam, ay əlifbam,
Bir sehrli açarsan.
Elmin qapılarını,
Üzümüzə açarsan.
Oxumağı - yazmağı,
Öyrənmişəm təzəcə.
İndi sətirlər üstə,
Baxışlarım gəzəcək.
Ay aman, gözləyirmiş,
Kitabda bizi nələr?
Açılıb üzümüzə,
Qiymətli xəzinələr.
Cümlələr arasında,
Nələr, nələr görürəm?!
Məna çiçəklərini,
Baxışımla dərirəm.
Kitablar ruhumuzda,
Fırtına qoparacaq.
Sətir cığırlar bizi
Zirvəyə aparacaq.
Müəllif: Rafiq Yusifoğlu
“Sevimli məktəb” şeiri
Günəşin şəfəqində
Yuyunanda çölçəmən,
Xoş ətrini yayanda
Hər yana gülyasəmən,
Dincəldik biz fərəhlə
Qoynunda ağ günlərin.
Bu yerin dağıdüzü ...
Əlvan mənzərəsiylə
Oxşadı qəlbimizi.
Ana məktəb, indi də
Gəlirik, aç qoynunu.
Bağrına bas yenə sən
Öz qızını, oğlunu!
Fərəh dolu günlərdən
Yeni qüvvət alaraq,
Dönürük biz yanına
Alnı açıq, üzü ağ.
Arzumuzu bilirsən;
Ucalt, sevimli məktəb,
Bir pillə də bizi sən
Müəllif: Hikmət Ziya.
Bilik Gününə aid şeirlər
“Kitablar” şeiri
Kitablar mənim dostum
Onlarla ucalıram
Kitablar düzgün yolum
Zirvəyə yol alıram
Mənim üçün kitabsız
Həyatın mənası yox
Düzgün mənalı yol
Kitabla başlanan yol
Həyatın sirrlərini
Bizə deyir kitablar
Ömrümüzün yollarına
Nur çiləyir kitablar
Gizli xəzinə kimi
Kitabları axtaraq!
Qiymətli əşya kimi
Kitabları qoruyaq!
Oxudum bir çox kitab
Gah güldüm, gah ağladım.
Dil açdı sanki kitab
Söhbət etdim, danışdım
Oxunan bir çox kitab
Yaddaşlarda qalandır
Ən çox sevdiyim kitab
Çərpələng uçurandır.
Müəllif:| Nərgiz Mirzəyeva
“Kitab” şeiri
İnsanlar çəkdi zəhmət,
Günü-günü qatdılar
Dünyada gözəl nemət
Kitabı yaratdılar.
Neməti təbiətin
Gün kimi işıq açdı.
Həyatda hər sənətin
Sirrini bizə açdı.
O hər zaman cavandır
Yaşı ötsə də mini,
Bizə neçə zamandır
Öyrədir Nizamini.
Çevrilib çox dillərə
Sanki sirrdir hər biri,
Yol tapıb könüllərə
O sevdirdi Sabiri.
Durub iki qəhrəman
Dolabda qoşa-qoşa.
Baxır cürətli Cırtdan
Cəsarətli Qavroşa.
Kitab sanki bir quşdur,
Mizin üstə qonmuşdur.
Kitaba salsan meyil
Səndən ayrılan deyil.
Müəllif:Xanımana Əlibəyli.
“Bir ömür var o Müəllim ömrüdür” şeiri
Bənzər mövzular:
- Bilik Haqqında Aforizmlər
- Təhsil Haqqında Aforizmlər
- Elm Haqqında Aforizmlər
- Bilik Haqqında Atalar Sözləri
- Elm Haqqında Atalar Sözləri
Axtarış sözləri: bilik gunune aid seirler yazili, bilik gününə aid şeirlər,15 sentyabr bilik gunu haqqinda seirler,bilik gunu haqqinda seir,bilik gününə aid şeir bilik günü üçün şeir