-->
Malala Yusufzay

"Bir çocuk, bir öğretmen, bir kitap ve bir kalem dünyayı değiştirebilir"

Elm Haqqında Aforizmlər,Elmə Aid Aforizmlər

Sponsor 2

POPÜLER SÖZLER reklam1
Elm Haqqında Aforizmlər,Elmə Aid Aforizmlər
Tarix olanı, elm mümkün olanı,   fəlsəfə olmalı olanı öyrənir. 
- Əbu Turxan


Elm, yaxşı zamanlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir yol rəhbəridir.
- Aristotel

 Elm mahiyyət etibarilə həqiqət axtarışıdır.
- Fransua de Laroşfuko

Elm ­ beyini, sənət ­ ürəyi,   din ­ ruhu qidalandırır.
- Əbu Turxan

Elm və sənət qoşa qanaddır. 
- Xudu Məmmədov

Əxlaq üzərində qurulan elm, elm üzərində qurulan əxlaqdan daha dəyərlidir. 
- Azadi Hurrian 

Duyğular sənətdə,   ağıl ­ elmdə, ruh ­ fəlsəfədə özünü ifadə edir. 
- Əbu Turxan

Dil ­ insanlar arasında,   elm ­ insanla təbiət arasında ünsiyyət vasitəsidir. 
- Əbu Turxan

elme aid aforizmler,elm haqqında aforizmlər şəkili

Elm Haqqında Aforizmlər

Dünyanın həqiqətləri elm dilində,   insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır.

Hər hansı bir elmin açarı sual işarəsidir.
-   Balzak

Fəzilət,elm və mərifətdən məhrum olanlar üçün ölüm deməkdir.
  - M.T.Sidqi

Elm adamlarının inkişafı   pillə-pillə, sənət adamlarının inkişafı isə   birdən-birə və ani baş verir.
- Viktor  Hüqo

İnsanın pulu artdıqca düşməni,   elmi artdıqca dostu çoxalar.
- Hz. Əli

Qüvvət elmdədir, başqa cür heç kəs  Heç kəsə üstünlük eyləyə bilməz.     - Nizami Gəncəvi


elm haqqında aforizmlər şəkili

 Elmli olan güclü olar.
- Əbülqasım Firdovsi

 Elm bütün qapıları açan açara bənzər.
- Anatol Frans

Bütün elmlərin bünövrəsi təhsillə qoyulur.

Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.

 Elm öyrənmək heç vaxt gec deyil.
- İbn Sina

 Elmi olmayan bir bədən suyu olmayan bir şəhərə bənzər.
- Şəms Təbrizi

Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.
- Abdulla Şaiq

Tələbələrinə elm arzusu   aşılamayan bir müəllim soyuq dəmiri   döyən dəmirçi kimidir.   
- Horas Mann

 Elm elm bilməkdir, elm özünü bilməkdir, sən özünü bilməzsənsə, bu nəcə oxumaqdır.
- Yunus Əmrə

Zövqlərin ən gözəli elmdən alınan zövqdür.
- Samuel Smayls

 Mütaliə ən yaxşı təlimdir. Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir.
- Aleksandr Puşkin

 Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir.
- Sokrat

Elm əvvəlcədən yazılmış kitabdır.   Və alimlər onu yazmağa deyil, oxumağa   çalışmalıdırlar.
-   Əbu Turxan

Elm Təbiət kitabını oxuyur   və öyrəndiklərini təbiətin öz üzərində   sınaqdan keçirir. 
-  Əbu Turxan

Xəyal qanadlarında uçan   elm möcüzələr yaratmağa qadirdir. 
- Faradey

Gözəlliyin hüdudlarından   kənarda nə din var, nə elm.
-  Cübran

Elmin hüdudları üfüqü   xatırladır: nə qədər çox yaxınlaşırsansa,   o qədər çox uzağa çəkilir.
-   Buast

Nəzəriyyə elmin ruhu,   təcrübə ­ bədənidir. Nəzəriyyəsiz fikir dənizində   və faktın meşəsində asanlıqla azmaq olar. 
-  D.İ. Mendeleyev

Ruhun sirləri təbiət   elmlərinin metodları ilə açılmalıdır. 
-  Husserl

Müdriklik həyat elminin mənimsənilməsidir. 
- Əbu Turxan

Qədim fəlsəfələr bu gün də   elmin yoluna çıraq tutmaqda davam edir. 
- Əbu Turxan

Elmi ədəbiyyat insanları   nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və   bayağılıqdan xilas edir.
-   N.Q.Çernışevski

Elmdə irəli gedib mənəviyyatda   geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. 
-  Aristotel

 Elm, bilik o qədər böyük həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını unutdura bilər.
- Konfutsi

Dünyanı dərk etmək üçün elm,   dünyanı duymaq üçün poeziya var. Fəlsəfə isə   duyğulu idrak və poetik səviyyəyə qalxmış elmdir. 
- Əbu Turxan

Elmlər insan ruhunun gözünü  təmizləyir və yenidən açır. Ruhun gözü min dənə  adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə  həqiqəti görmək mümkündür.
- Platon

Nursuz göz kimidir elmsiz ürək. 
- Marağalı Əvhədi

Elm adamlarının qiymətini   bilməyən, onlara layiq olduqları mükafatı   verməyən ölkələr inkişaf edəcəklərinə   ümid bəsləməsinlər.   
- Volter
elme aid aforizmler yazili sekil

Elm inkişafın ön cəbhəsidir,   mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir. 
- Əbu Turxan

Kim ki, elm öyrənib   tətbiq etmir, yeri əkib becərən, amma   məhsulundan istifadə etməyən   adama bənzəyir. 
- Nəvai

Elmsiz praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək   istəyən kapitana bənzər; o, hara  üzdüyünü özü də bilməz. 
-  Leonardo da Vinçi

İstənilən elmi həqiqət   üç mərhələdən keçir. Birinci mərhələdə   ­ “bu ola bilməz”, ikinci mərhələdə ­ “bu ola bilər”,  üçüncü mərhələdə “bunu hamı bilir” deyirlər. 
- Rezerford

Ruzi yalnız elmlə əldə edilsəydi,   cahildən pis yaşayan olmazdı. 
- Sədi Şirazi
Elm haqqinda aforizmler ve menali sozler elme aid elmli
Elm Haqqında Aforizmlər,Elmə Aid Aforizmlər


Dinsiz elm kor, elmsiz din də topaldır. 
-Albert Eynşteyn

Zirvədə ­ vəhy məqamında din elmlə birləşir. 
- Əbu Turxan

 Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.
- Verner Heyzenberq

Dünyanın hər yerində həqiqi   hökmdar olan elm vaxtaşırı öz paytaxtını   dəyişmiş, gah Şərqdən Qərbə, gah da   Qərbdən Şərqə köçmüşdür. 
- Cəlaləddin Əfqani

Elmin dəyirmanına su tökənlər   bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün   fərqində olmurlar. 
- Əbu Turxan

Ancaq elm bəşəriyyəti həqiqətə,   ədalətə və xoşbəxtliyə apara bilər.   
- Emil Zolya
>
Yukarı