-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Müəllim Haqqında Aforizmlər və Gözəl Sözlər

bilgideryasi

  Müəllimə aid gözəl sözlər

Müəllim, sübh günəşinə bənzər – dünyanı nurlandırar və  qaranlığa meydan oxuyar.

  • Əsl müəllim, qaranlıqda işıq saçan çırağa bənzər - çıraq yanmasa, ətraf aydınlanmaz.
  • Müəllim gənclik bağçasının bağbanıdır - ən gözəl ətirli güllər və çiçəklər onun zəhmətinin meyvəsidir.
  • Uşağın könlünü fəth edən bir müəllim, dünyanın ən gözəl zəfərini qazanmışdır.
  • Dünyada sülhü təmin edəcək sehrli əllərə yalnız analar və müəllimlər sahibdir.
  • Mənə bir hərf öyrədənin, 40 il köləsi olaram.

Müəllim haqqında aforizmlər

Müəllim şama bənzər: özünü  əridərək ətrafın işıq verər. - Mustafa Kamal Atatürk

  • Hər millət üçün tərəqqi qapısı məktəbdir və hər məktəbin tərəqqi tapmağı milli müəllimlərə bağlıdır.-Nəriman Nərimanov
  • Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.- Viktor Hüqo
  • Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır.- Josef Addison

  • Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür. - Konstantin Uşinski
  • Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı.- Makedoniyalı İskəndər
  • Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir.
    müəllim haqqında aforizmlər,müəllimə aid gözəl sözlər,muellim haqqinda aforizmler,
    Müəllim Haqqında Aforizmlər və Gözəl Sözlər

  • Böyük müəllimlər uşaqlara öyrənməyi öyrədirlər.  
  • Mən o müəllimi sevirəm ki, o mənə fikirləri deyil, fikriləşməyi öyrətsin. – Mürtəz a Mütəhərri
  • Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir. – Nitşe
  • Biliksiz müəllim susuz bulağa, işıqsız fənərə bənzəyir.
  • Müəllimlər sizin üçün qapını aça bilər, Ancaq  içəri özünüz girməlisiniz.
  • Şagird müəllimin bilik səviyyəsinə çatana qədər o, həqiqətən müəllimini tanımır.- Əbu Hamid əl-Qəzali
  • Şagirdin ürəyinə təsir edən
  • İstənilən tədris və tərbiyədə ən vacib olan müəllim və onun düşüncə tərzidir.
  • Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. - Konfutsi.
  • Heç bir şübhə yoxdur ki, böyük müəllim şagirdin nailiyyətində böyük fərq yarada bilər və biz daha çox belə müəllimləri işə götürməli, öyrətməli və mükafatlandırmalıyıq. Ancaq bəzi yeni araşdırmaların da göstərdiyi budur: Bizə daha yaxşı valideynlər lazımdır. Uşaqlarının təhsilinə daha çox diqqət yetirən valideynlər də şagirdin nailiyyətlərində böyük fərq yarada bilər.
  • Müəllimlərin maaşını nə qədər artırsanız yəqin edin ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz.- Nəsib bəy Yusifbəyli
  • Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq.Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir. - Lev Tolstoy

Bir uşaq, bir müəllim, bir kitab və bir qələm bütün dünyanı dəyişə bilər. - Məlalə Yasəfzay 

Açar Sözlər: Müəllim Haqqında Aforizmlər və Gözəl Sözlər, muellim haqqinda sozler,müəllim haqqında aforizmlər,müəllimə aid gözəl sözlər,muellim haqqinda aforizmler,



>
To Top