-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Tarix Haqqında Aforizmlər,Tarixə Aid Sözlər

bilgideryasi

tarix-haqqinda-kainat-tarixe-aid-menali-aforizmler

 

Dünya tarixi dahi insanların tərcümeyi-halıdır. 
- Tomas Karleyl

Əgər hər şey tarixə gedirsə, onda tarix hər şeydir.
- Konstantin Kuşner

İnsanlıq tarixi - düşüncə tarixidir.
- Corc Herbert

Bəşər tarixi dahilərin və böyük əclafların tərcümeyi halından ibarətdir.
-  Sevrus

Bəşər tarixi insanların insanlar üzərində qələbələrinin tarixidir. 
- Stefan Jeromski.

Tarix olanı, elm mümkün olanı,   fəlsəfə olmalı olanı öyrənir.   
- Əbu Turxan

Tarix, kainatın vicdanıdır.
- Ömər Xəyyam

Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir. 
- Anonim

İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var.
- Əbu Turxan.

Heç bir elm tarix qədər öz qapılarını oxucu kütləsinin üzünə geniş açmır. 
- İohann Heyzinq

Keçmişi olmayan xalqın gələcəyi də yoxdur.
- Anonim

Xalq gərək daim öz kökünü xatırlasın. 
- Heydər Əliyev

Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq. 
- Əbu Turxan

Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat da , tarix də itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. 
- Henri Toro

 Tarixdə baş verənlərdən dərs götürmək, tarix dərslərindən daha önəmlidir.
- Oldos Hakslitarix-haqqinda-kainat-tarixe-aid-aforizmler-milletin-tarixi

 Tarixinin səhv yazılması bir millət olmağın parçasıdır.
- Ernest Renan

 Tarixçi hadisələri dəyişdirmədən, olduğu kimi göstərməyə çalışmalıdır.
- Volter

İdeyaların tarixi - bu səhvlərin tarixidir.
- Alfred Nort Uaytxed

Arxeoloqlar torpaqdan siyasətçilərin basdırdıqları tarixi qazıb çıxarırlar. 
- Qabriel Laub

Bir millətin həqiqi tarixi millətin mədəniyyət tarixidir.
- Corci Zeydan

Böyük tarixi hadisələrin təməli durğunluq illərində qoyulur. 
- Əbu Turxan.

Çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın.
-  Uilyam Ceyms

 Azadlıq, tarixin itməyən tək dəyəridir.
- Alber Kamyu

Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib.
- Jan Jak Russo

Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar için nə qədər təəssüf ediləcək.
- Hüseyn Cavid

 İnsan tamamilə günahkar deyil çünki tarixi o başlatmadı, amma tamamilə günahsız da deyil çünki tarixi davam etdirdi.
- Alber Kamyu

 Qətllər heç vaxt dünya tarixinin gedişatını dəyişdirə bilməyib.
- Anri Barbüs

Xarabalıqları olmayan ölkənin xatirələri, xatirələri olmayan ölkənin isə tarixi ola bilməz.
-  Cirolamo Savonarola

Nə qədər ki, biz onu xatırlamırıq, tarix təkrarlanır.
- Aleksandr Minçenkov

Tarixini bilməyənlər, onu təkrar yaşamağa məhkumdurlar.
- Edmund Börk
tarix-haqqinda-kainat-tarixe-aid-aforizmler-milletin-tarixi


O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi salnamələr vasitəsilə deyil, daha çox dərəcədə bədii ədəbiyyat vasitəsilə mənimsənilir.
- Nüayma

Mən yalnız Allah və tarix qarşısında məsuliyyət daşıyıram. 
- Fransisko Franko

 Əgər mağara adamları gülməyi bacarsaydılar, tarix başqa yolla gedərdi.
- Oskar Uayld

İnsanlar tarixdən ibrət ala bilsəydi, bir çox şey öyrənə bilərdi! Lakin ehtiras və qərəz bizim gözlərimizi qamaşdırır, və təcrübənin saçdığı nur, gəminin arxasındakı fənər kim, yalnız arxada qalmış dalğaları işıqlandırır. 
- Semuel Teylor Kolric

>
To Top