Sponsor 2
Trend Mövzular
Əhəmiyyətli olan, həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır.- Qabriel Qarsiya Markes
Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan.
- Mark Tven
Nə qədər çox söyləsən qarşındakı o qədər az xatırlayar. Az söylə ki qazancın çox olsun.
- Fransua Fenelon
Yoldaşını bağışla; bağışladığını xatırlama və xatırlatma!
- Şeyx Şamil
Bir adamı unutmağa çalışmaq daima onu xatırlamaq deməkdir.
- Jan de Labrüyer
Xatırlamaq üçün bir yaddaşımız varkən, unutmaq üçün əlimizdə heç bir şeyin olmaması; Həyatın bizə etdiyi ən böyük kələyidir.
- Murathan Mungan
Bir insanı həqiqətən unutmaq istəyirsənsə, onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.
- Anton Çexov
Unutma; "Onu artıq unutdum" demək, bir dəfə də xatırlamaqdır əslində.
- Can Yücəl
Bilmirəm ki; qarşılaşsaq belə xatırlaya bilərikmi bir-birimizi yenidən? İkimiz də artıq bir başqasıykən.
- Murathan Mungan
Səsini xatırlamıram belə; Amma söylədikləri hələ də ağılımdadır.
- İlhan Bərk
Bil ki, yaşadıqlarınla deyil, yaşatdıqlarınla xatırlanarsan. Və unutma; nə yaşatdınsa, əlbət bir gün onu yaşayarsan.
- Lev Tolstoy
Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə.
- Erix Mariya Remark
Günləri yox, anları xatırlayarıq.
- Çezare Paveze
Bəlkə də saxta dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.
- Viktor Hüqo
Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək. Onu unutmağa çalışmaq – həmişə onu xatırlamaqdır.
- Erix Mariya Remark
Keçmişi xatırlamayan onu təkrarlamağa məhkumdur.
- Corc Santayana
Ürəyimi və ruhumu verməmin bir faydası yox, sən onsuz da bunlara sahibsən. Ona görə sənə bir ayna gətirdim. Özünə bax məni xatırla.
- Mövlana Cəlaləddin Rumi
Xatırlamaq Haqqında Aforizmlər, Xatırlamağa Aid Sözlər
Kim aşiq olduqda, özünün çatışmayan parçalarını axtarar. Buna görə aşiq məşuqunu düşünərkən əzab çəkər.
Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimi...
- Haruki Murakami
Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün; bəzən ağlamaq lazım gəlir, açılmaq üçün; bəzən anmaq lazım gəlir, anılmaq üçün; bəzən də susmaq lazım gəlir, duymaq üçün.
-Şəms Təbrizi
Ruh keçmişi xatırlayır, indini görür, gələcəkdən xəbər verir.
- Mark Tulli Siseron
Başqaları üçün özünüzü unutsanız, onda sizi də xatırlayacaqlar.
- Fyodor Dostoyevski
Xalq gərək daim öz kökünü xatırlasın.
- Heydər Əliyev
Nə qədər ki, biz onu xatırlamırıq, tarix təkrarlanır.
- Aleksandr Minçenkov
Unutduqlarını xatırla, İtirdinsə, axtar, Darıxdınsa, get tap, İncitdinsə, üzr istə, İncidinsə, bağışla.Sevirsənsə söylə.Çünki həyat çox qısadır..- Anonim