Yalnız zəiflər cinayət edir. Güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur.
- Volter
Bütün cinayətlər və pisliklər acizlikdən doğular, onun üçün hamısı ancaq mərhəmətə layiqdir.
- Alfred De Viqni
Səhv etmə qorxusuyla cinayət törədirik.
- Horatsi
Cinayətin ən böyük mükafatı cəzasızlıqdır.
- Mark Tulli Siseron
Elə cinayət var ki, bağışlanmır, bu, vətənə xəyanətdir.
- Bəhmənyar əl-Azərbaycani
Vicdan əzabı cinayətkarda sonradan qalan yeganə hissdir.
- Volter
Ən xurafatlı dövrlər həmişə ən dəhşətli cinayətlər dövrü olub.
- Volter
Kor nadandan üstündür, çünki kor quyuya düşə bilər, nadan isə cinayət uçurumuna.
- Sirakuzlu Monim
Cinayətə göz yummaqla, sən daha bir cinayətə rəvac verirsən.
- Sun Dzı
Bir tək insana edilən haqsızlıq, bütün bəşəriyyətə yönəlmiş bir təhdiddir.
- Şarl Lui Monteskyö
Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.
- Aristotel
Haqsızlıq etmək haqsızlığa uğramaqdan daha ağırdır.
- Sokrat
Cinayət və cəza bir budaqda boy atır.
- Ralf Uold Emerson
Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.
- Jan de Labrüyer
Bütün ehtiraslar bizə cinayət törədir, amma, bizi ən gülünc səhvlərə salan eşqdir.
- Fransua de Laroşfuko
Ən qədim zamanlardan bəri din həmişə zülm və ziyana vasitə olub.
- Rəşad Nuri Güntəkin
Elə anlar olur ki, insanlar cinayəti alqışlayırlar.
- Fyodor Dostoyevski
Siyasətçilər uğurlu cinayətkarlar,cinayətkarlar uğursuz siyasətçilərdir.
Dövlət öz zorakılığını qanun,amma fərdin zorakılığını cinayət adlandırır.
- Maks Ştirner
Hər böyük sərvətin altında bir cinayət yatar.
- Xaç atası filmi
Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı.
- Frensis Bekon
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət!
- Nizami Gəncəvi
Zülm ilə bu dünyanı almaq deyildir mümkün,
Ancaq ədalət ilə alarsan dünya mülkün.
- Nizami Gəncəvi