-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Haqsızlıq Haqqında Aforizmlər, Haqsızlığa Aid Sözlər

 
Haqsızlıq etməyən hörmətə layiqdir. Başqalarının haqsızlıq etməsinə imkan verməyən isə ikiqat hörmətə layiqdir.

- Platon 


Haqq anlayışını haqsızlıq anlayışı olmasaydı bilə bilməzdik.

(Haqsızlıq olmasaydı, haqq nədir bilməzdik.)

- Heraklit


Dürüst insana edilən ən böyük haqsızlıq onu şərəfsizlikdə günahlandırmaqdır.

- Uilyam Şekspir


Haqsızlıq qarşısında susan da şərə şərikdir.

haqsizliq-haqqinda-haqsizliga-aid-edaletsizlik-edaletsiz-kor-dunya
- Səbuhi Quluzadə 


Üzr istəmək sənin haqsız, qarşı tərəfin isə haqsız olması demək deyil. Ona verdiyin dəyərin eqondan yüksək olduğunu göstərir.

- Siqmund Freud 


  Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır.

- Elif Şafaq


Haqsızlıq etmək haqsızlığa uğramaqdan daha ağırdır.

- Sokrat


Söyüş haqsız olmağın əlamətidir.


 Haqsızlığı hər dəfə qəbul etmək, daha böyüyünü doğurur.

- Əhməd Hamdi Tanpınar



Güclü olmağa məndən daha çox ehtiyacın var, çünki haqsız olduğunu ürəyinin bir yerində bilirsən.

 - Murathan Mungan


Haqsız insan qəddarlığı ilə özünə pislik edir.

- Mark Avreli 


Dəlilər həmişə öz məqsədlərinə sağlam adamlardan daha yaxşı çatırlar. Çünki, dəlilər üçün heç bir əxlaqi əngəl, ayıb, haqsızlıq, nə də qorxu yoxdur.

- Lev Tolstoy


Hər səhər oyananda özümə belə bir söz verirəm: Dünyada vicdanımdan başqa heç kimdən qorxmayacağam. Heç kimin haqsızlığına boyun əyməyəcəyəm. Ədalətsizliyi ədalətlə yıxacağam və bütün varlığımla onun müqavimətinə cavab verəcəyəm.

- Konfutsi


 Bir tək insana edilən haqsızlıq, bütün bəşəriyyətə yönəlmiş bir təhdiddir.

- Şarl Lui Monteskyö


Birinə haqsızlıq edib 100 adamı ətrafına yığmaqdansa, ədalətli olub tək qalmaq daha yaxşıdır.

- Konfutsi 


 Uzun bir mübahisə hər iki tərəfin də haqsız olduğunun dəlilidir.

- Volter


İnsan həyatının bir yarısında haqsızlıq edib, ömrünün digər yarısında haqlı ola bilməz. Həyat bölünməz bir bütündür.

- Konfutsi 


Qanunlar müdriklər üçün qoyulmuşdur, amma haqsızlıq etməsinlər deyə deyil, haqsızlığa uğramasınlar deyə.

- Platon 


Qanunun bitdiyi yerdə zülm və haqsızlıq başlayır.

- Uilyam Pitt


Dünyanın harasında olursa olsun, haqsız yerə birinin sifətinə atılan şilləni öz sifətində hiss etməyən adamın insanlığından şübhə edərəm!

- Ernesto Çe Gevara


Haqsızlıq öz gücünü cəhalətdən alır.Ona görə də cəhalətə qarşı savaşmaq həm də haqsızlığa qarşı savaşmaq deməkdir.

- Səbuhi Quluzadə


Haqsızlığa, təhqirə qoyun kimi dözməmək insanlığın başlanğıcıdır.

- Rəşad Nuri Güntəkin


Ən önəmlisi dünyanın harasında olursa olsun istənilən haqsızlığı özünüzə qarşı edilmiş haqsızlıq kimi qəbul etməyi bacarmaqdır. Bu bir inqilabçının ən önəmli özəlliyidir.

- E.Ç. Gevara


>
To Top