Sponsor 2
Trend Mövzular
Hər insan etmədiyi bütün yaxşılıqlara görə günahkardır.
- Lev Tolstoy
Qəlblər də mis kimi paslanar. Onları günahların bağışlanmasını diləməklə cilalayın.
- Cəfər Sadıq
Əzabların ən böyüyü, özünü günahkar görmə duyğusudur.
- Ceyn Ostin
Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.
-Əbül Fərəc
Axmaqlıqdan başqa günah yoxdur.
- Oskar Uayld
Günahlar artdıqca həya azalır.
- Şiller
Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir.
- İmam Rza
İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.
- Mövlana Cəlaləddin Rumi
Ataların günahını, anaların fəzilətini uşaqların simasında görmək olur.
- P. Burje
Məhəbbət bütün günahları bağışlaya bilər, xəyanətdən başqa.
- Anonim
Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər.
- Yılmaz Ərdoğan
Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.
- Xalid Hüseyni
İnsanın iki əsas günahı var. Bütün digərləri isə bu günahlardan törəyib:
Səbirsizlik və tənbəllik. Səbirsizlik və tənbəllik.
Dürüst insana edilən ən böyük haqsızlıq onu şərəfsizlikdə günahlandırmaqdır.
- Uilyam Şekspir
Əslində insanlar, bəzən günahkar olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşısındakı sussun deyə üzr istəyərlər.
- Paulo Koelyo
Günahsız insanların çoxunu öz günahlarından xəbəri olmayanlar cəzalandırır...
- Cəmil Səna
Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.
- Jan de Labrüyer
İnsan tamamilə günahkar deyil çünki tarixi o başlatmadı, amma tamamilə günahsız da deyil çünki tarixi davam etdirdi.
- Alber Kamyu
Gerçəyi bilməyən yalnız axmaqdır. Lakin gerçəyi bilən və ona yalan deyən, günahkardır.
- Bertolt Brext
Hamımız itirdiyimiz, ya da əlimizin yetmədiyi hər şey üçün zamanı günahlandırırıq. Zamanın dili olsa, danışsa, hamımız utanarıq.
- Lev Tolstoy