Üzünü günəşə çevirəndə kölgələr arxada qalır.
Bəhanələrə Yox!, Brian Tracy
Üzr istəmək sənin haqsız, qarşı tərəfin haqlı olması demək deyil. Verdiyin dəyərin şəxsi mənafeyindən yüksək olduğunu ifadə edir.
Xoşbəxtlik Ehtimalımız, Ziqmund Freyd
Onun gözlərinə baxaraq düşüncələrində deyirsən: “Sənin üçün çox darıxmışam”.
Bu Şəhərdə Kimsə Yoxdur, Rövşen Abdullaoğlu
Dünyanı gəzdiyim dövr ərzində öyrəndiyim bir şey varsa, o da ümidin verdiyi gücdür: Vaşinqton, Linkoln, Kinq, Mandela və hətta pakistanlı gənc qız Malala kimi bir nəfərin verə biləcəyi güc. İnsanlara ümid verməklə bir nəfər bütün dünyanı dəyişməyə qadirdir.
Yatağını Düzəlt, Amiral William H. McRaven
Bəzən nəyisə özünə etiraf etmək üçün çox vaxt tələb olunur.
Səssiz Pasiyent, Alex Michaelides
Adətən, saatlar elə sürətlə keçər ki, adam bunu hiss etməyərək yaşayar, lakin bəzən gözlədiyin bir saat sənin üçün bir gündən də çox görünər, təngə gətirər.
Səmaya Qayıdan Yazı, Əli Rzazadə
Əslində, mən doktoram. Gecə səmadakı ulduzlara baxan hər kəsə astronom deməzlər, bilirsən də.
Zolaqlı Pijamalı Oğlan, John Boyne
Gözlərim axmayan göz yaşları ilə doludur..
Bunu Sənin Üçün Edəcəyəm, Thierry Cohen
“Bilirsiniz, məcburiyyət qarşısında biz hətta ən nifrət etdiyimiz adamla belə əlaqə qururuq”.
Qumarbaz, Fyodor Dostoyevski
Vicdanın səsinə qulaq asmamaq olar,amma bəs onu necə susdurasan?
Vadidəki zanbaq, Honore de Balzak
Bizim cəmiyyətdə insanlar elə tərbiyə olunurlar ki, sanki pulu sevmək bütün bəlaların köküdür
Varlı Ata, Kasıb Ata, Robert T. Kiyosaki
Nə yaxşı ki, bu dünyada hər kəsin haqqı çatır haqdan gələn ölümə..
Nəfəs, Ramiz Rövşən
Hamımız birdən, bir-birimizi dinləmədən, fikir vermədən danışır, hərdən göz yumaraq bir-birimizi tərifləyirdik ki, qarşılığında bizi də tərifləyib, bizə də göz yumsunlar.
Etiraf, Lev Tolstoy
– Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən?
– Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!
Müşfiqli Günlər, Dilbər Axundzadə
Yeri gələndə kəpənək qanadları kimi incə, bəzən isə polad kimi sərt olmaq lazımdır.
Ağdiş, Jack London
Kitablardan mənalı sözlər və sitatlar
Hər kəsin ömründə bir dəfə ayaqüstə alqışlanmağa haqqı çatır, çünki hamımız dünyaya qalib gəlmişik.
Möcüzə, R. J. Palacio
Uşaqlıqdakı bəzi yaralar sağalmır. Sadəcə müvəqqəti olaraq unudulur. Zaman böyüyənə qədər bizə möhlət verir, ondan sonrə isə bu yaralar müəyyən məqamlarda özünü yenidən xatırladır.
“Haradasan?”, Marc Levy
Ən gərgin vaxtlarımda hər şeyi unutmaq üçün özümü kitabların içində qərq edirdim.
Relslər Üzərinə Uzanmış Adam, Rövşən Abdullaoğlu
Atam həmişə deyirdi ki, çətin bir vəziyyətə düşəndə onu ayrı-ayrı hissələrə böl və hər birinin öhdəsindən ayrılıqda gəl. Beləliklə, qazandığın hər bir kiçik uğur toplanaraq sonda səni məqsədinə çatdıracaq.
Qorxudan Daha Güçlü Hiss, Marc Levy
Qəhrəmanlar kütləni alovlandırır, ruhlandırır, ancaq bu odu öz xalq kütlələrindən əldə edirlər.
Ağ Zanbaqlar Ölkəsi, Qriqorİ Petrov
Dindiya bir dəfə demişdi ki, " sevinc-qəlbimizdəki parlaq günəşdir". Çünki günəş hər yeri xoşbəxtliklə aydınladırdı. Əgər beləydisə mənim qəlbimki günəş hər yeri gözəlləşdirirdi.
Şirin Portağal Ağacım, José Mauro de Vasconcelos
Bu insanların arasında ana-atadan sonra müəllim gəlir.Ədalətli olanda da,zahirən ədalətsiz görünəndə də sev,şad olanda da,kədərli olanda da sev.Sev onu həmişə və"müəllim"sözünü daim ehtiramla dilə gətir."Ata" sözündən sonra ən alicənab,ən zərif sözdür "müəllim".
Uşaq Ürəyi, Edmondo De Amicis
Hə!… Bəli… Hər şey adamın öz əlindədir, ancaq o şeyin ki, adam yanından ötüb keçir, əhəmiyyət vermir-bunu yalnız qorxduğu üçün edir… bu sübuta ehtiyacı olmayan bir həqiqətdir…
Cinayət və Cəza, Fyodor Dostoyevski
Fahişəliyin cinsiyyəti yoxdur.
Namus! Ha… ha… Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. Lakin biz, biz bir lampalıq neft, bir parçacıq çörək, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda, bütün bayquşlar səs-səsə verib, dörd bir yandan: “fahişə, fahişə”, – deyə ulaşırlar. Halbuki sən mənim gözümün qabağında bir qadının belindən tutmuşdun, mən də əlimdə su, qarşında durub titrəyirdim, sən göz belə qırpmırdın. Bilmək istəyirdim ki, sənin adın nə olur? Ad birdir. O zaman mənim nə düşünməyə beynim, nə də deməyə dilim yox idi. İndi isə üzünə deyirəm: fahişə!
Sevil, Cafer Cabbarlı
Xoşbəxtlər ölkəsində son oyun” adlı tamaşamla sizə çatdırmaq istədim ki, ən böyük kino, teatr həyatın özüdür. Ən böyük ssenarist isə Tanrı. Bir kinonun içində kino aktyoru olmaq mənim seçimim idi. Oysa ki, hər birimiz doğuşdan aktyor və aktrisalar idik. Bəlli bir zamana kimi öz rolumuzu oynamaq üçün buradayıq. Bu kinoda yaxşı və pis rolda olmaq isə bizim öz seçimimizdən asılıdır. Amma bu kinoda hər zaman bizdən yaxşı rolda olmağımız istəndi. Bunu bilmək üçün sadəcə ən böyük ssenarini oxumaq lazım gəlirdi.
Hərbistan, Asəf Hüseynov
Bənzər Sözlər:
Axtarış sözləri: kitablardan sözlər mənalı,kitablardan menali sozler, ,kitablardan seçmə cümlələr,mənalı kitab sözləri,kitablardan dərin mənalı statuslar,əsərlərdən sitatlar,kitablardan alıntılar,Romanlardan sitatlar,kitablardan secmeler,məşhur kitablardan cümlələrkitablardan aforizmler,kitablardan gözəl sözlər, kitablardan menali sözler,