Sponsor 2
Trend Mövzular
Uğur onu fikirləşənin yanındadır, məğlubiyyətsə onu düşünəni izləyir.( Düşün və varlan - Napoleon Hill )
Heç vaxt keçmişin üçün təəssüf hissi keçirmə. Əksinə, keçmişini sənə dərs verən bir müəllim kimi bağrına bas.
( Ferrarisini satmış rahib - Robin Şarma )
Ulduzunu səmada axtar ki, parladığını görəsən!
( Uğurlu satış üçün 55 məsləhət - Andrey Sizov )
Eh, yaxşı deyiblər, keçən günə gün çatmaz, calasan günü günə!
( Çingiz Aytmatov - Gün var əsrə bərabər )
Sevgi sizi çağırırsa, onun ardınca gedin – yolları nə qədər çətin və əzablı olsa belə.
( Oşo - Bizə Sevgidən danışın )
Vay o adamın halına ki, o ancaq bədəni, şəkli, surəti sevmişdir! Ölüm bunların hamısını onun əlindən alacaqdır. Çalışın ruhu sevin, onda siz yenə də onu taparsınız.
( Səfillər - Viktor Hüqo )
Hamıdan əvvəl yalnız özünü sev, çünki dünyada hər şey şəxsi mənfəət üzərində qurulmuşdur.
( Cinayət və cəza - Fyodor Dostoyevski )
Dərd-sər duman kimidir. Gün çıxdımı, dağılıb gedəcək.
( Əcəl zəngi - Ernest Heminquey )
Qəribədir, böyüklər sənə ağ yalan deyir, sonra da biləndə ki, sən bu yalanı başa düşürsən, başlayırlar səndən inciməyə, küsməyə.
( Möcüzə Uşaq - Roy Yakobsen )
İnsanlar ən çox nədən qorxur? Bu çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan, söyləyəcəkləri yeni sözdən qorxurlar...
( Cinayət və cəza - Fyodor Dostoyevski )
Biz dərk etməyə başladıq ki, əgər nəyisə dəyişmək istəyiriksə, onda özümüzü dəyişməliyik.
( Yüksək effektli insanların 7 vərdişi - Stiven Kovi )
Keçmişinin əsiri olma, gələcəyinin memarı ol.( Ferrarisini satmış rahib - Robin Şarma )
Bəzi təsirli xəyallar var ki, onlarda ən ülvi həqiqətlər gizlidir.
( Səfillər - Viktor Hüqo )
Gözlər kordur, ürəklə axtarmaq lazımdır.
( Balaca Şahzadə - Antuan de Sent-Ekzüperi )
Ürəyin hardadırsa, xəzinən də ordadır.
( Kimyagər - Paulo Koelyo )
İnsan olmaq – hər şeyə görə şəxsən məsuliyyət daşıdığını hiss etmək deməkdir. A. de Sent-Ekzüperi
( Mavi Mələklər - Çingiz Abdullayev )
Deməli, insanlar ancaq müəyyən dərəcəyə qədər bir-birlərinə yaxınlaşa bilərlər. Bundan artıq yaxınlaşmaq məqsədilə atılan hər bir addım onları bir-birindən daha da uzaqlaşdırır.
( Xəz paltolu Madonna - Səbahəddin Əli )
Sadəcə kitab oxumaq yetməz bir insana.
Bəzən meydan oxumaq lazımdır - Həyata, özünə, dünyaya..
( İnsanı yaşadan nədir -Lev Tolstoy )
İçimizdə heç bir şeytan yoxdur. İçimizdə acizlik və iradəsizlik var... tənbəllik var... İradəsizlik, cahillik və bunların hamısından da qorxulu bir şey – həqiqətin üzünə dik baxmaq qorxusu var...
( İçimizdəki Şeytan - Səbahəddin Əli )
Necə ki, odu odla söndürmək olmur, eyniylə də pisliyi başqa bir pisliklə yox edə bilmərsən.
( Mənim universitetlərim - Maksim Qorki )
Bəzən mənə elə gəlir ki, əksinə, dünyada o qədər ağıl dəryası var ki, heç birində mehribanlıqdan əsər-əlamət yoxdu.
( Siçanlar və adamlar - Con Steynbek )
Uğur və xoşbəxtliyin ən qatı düşmənləri istənilən formalı neqativ emosiyalardır. Sizi geri dartan, əl qolunuzu bağlayan və
həyatdan həzz almağınıza mane olan məhz neqativ emosiyalardır. Onlar insanlığa tarixin bütün epidemiyalarından çox zərər vurmuşlar.
( Məqsədlər - Brayan Treysi )
Qadağalar arzuları şiddətləndirir.
( Qadın və kişi - Mark Levi )
Mən iç dünyama geri dönürəm.Orada xəyal qırıqlığına yer yoxdur.
( Tutunayanlar - Oğuz Atay)
Sadəcə sevgi və ölüm hər şeyi dəyişə bilər.
Sadəcə böyük kədər və ya böyük sevinc sənin həqiqətini ortaya çıxara bilər.
Keçmişə hökm edən gələcəyə də hökm edir. Bu günə hökm edən keçmişə də hökm edir.( Corc Oruel - 1984 )