-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Elm Haqqında Atalar Sözləri

elm-haqqinda-atalar-sozleri-elme-aid-atalar-sozleri


  
Elm хərclənər, artar, sərvət хərclənər, azalar.


Elm bir xəzinədi, nə qədər sərf edərsən, о qədər artar.

Elm ağlın çırağıdı.
Elm Haqqında Atalar Sözləri
Elm Haqqında Atalar Sözləri


Elm var-dövlətdən yaxşıdı.

Elm adama zinətdi.

Elm insana böyük mirasdı.

Elmsiz bir yaşar, elmli - min.
Elm Haqqında Atalar Sözləri elme aid atalar sozleri

Elmə aid Atalar Sözləri


Elm - qüvvətdə yox, qüvvət - elmdədir.

Elm - sahibinə dost, mal isə düşməndir.

Elm rütbəsi rütbələrin ən əlasıdır.

Var-dövlət tükənər, elm tükənməz.
elm-aid-atalar-sozler-bilik-elm-haqqinda-Atalar-sozleri-.jpg

Elm Haqqında Atalar Sözləri


Elm mərtəbəsi uca оlar.

Elm uca olan yerdə, insan da uca olar.

Yerin nuru günəşdir, insanın nuru - elm.

elme-aid-atalar-sozleri-elm-haqqinda-atalar-sozleri-elmli-elmsiz

Elmsiz adam qanatsız quş kimidir.

Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür.

Bədənin qidası yemək, ağlın qidası elmdir.

Elm kitabın içində də var, çölündə də.

Elm - ağlın yarısıdır.

Elm nə oğurlanan, nə yanan, nə çürüyən, nə də heç vaxt itməyən, həmişə yanında olan bir sərvətdir.

Elm oxumaq, ignə ilə gor qazımaq.

Elm zəhmət ilə ələ gələr.

Elmin başlanğıcı-ağıl, ağlın başlanğıcı- səbrdir.

Elm olmasa, ağıl çiçəklənməz.

Elmsiz adam meyvəsiz ağac kimidir.
Atalar Sözləri,elmə aid,elm haqqında Elm Haqqında Atalar Sözləri

Elmsiz adam, gərəksiz ağacdır.

Elmsiz adam ruhsuz cəsəd.

Qəlbi elmin, mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub, nahaq yerə anasının cavanlığını əlindən alıb.

Elmin gücü,
Yıxar bürcü.

Elmli qazıya şahid lazım deyil.

Elmli adam cürətli olar.

Bir uşağa da qane ol, az gəlirə də qane ol, təkcə elmə acgöz ol.

Ağıllı adama elm xoşbəxtlik verər, axmağa isə bədbəxtlik.

Xeyir verməyən elm, çarə qılmayan dərman kimidir.

Alim elminə əməl eyləyən gərək.

Saç-saqqal ağartmaqla hörmət sahibi olmaq olmaz. Elm və kamal sahibləri hörmətə layiqdirlər.

Qəlbi elmin, mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub, nahaq yerə anasının cavanlığını əlindən alıb.

Bilmədiyini bilməyəndən uzaq gəz, bilmədiyini biləndən öyrən, bildiyini bilməyənə öyrət, bildiyini bilənə itaət et.

Elm yolunda xərclənən pul gələcək üüçün qoyulan ən böyük sərmayədir.

Mal ticarətsiz, elm mübahisəsiz, hökmdar siyasətsiz əbədi  yaşamaz.

Dünyanın özünü yox, elmini fəth etməyə çalış.



>
To Top