Yağış Haqqında Aforizmlər və Sözlər

yagıs haqqinda aforizmler yağış haqqında staatuslar yağış haqqında aforizmlər,

 Bir yağış yağsa da, birlikdə islansaq.. - Turqut Uyar

Mənə yağışı izah etmə, yağ! - Viktor Hüqo

Göydə buludlar da qoşalaşmasa, Nə ildırım çaxar, nə yağış yağar. - Bəxtiyar Vahabzadə

Əsl hünər buludda idi.. hər kəs yağışa şeir yazdı. - Cahid Zərifoğlu

Dəniz belə olsan yağışda islanarsan.

Yağışda gəzməyi həmişə sevmişəm, çünki heç kim göz yaşlarımı görmür. - Çarli Çaplin

Göyqurşağının gözəlliyini görmək istəyən, yağışda islanmağa dözməlidir.

Bəlkə də mən yağışı sənlə birgə islandığım üçün bu qədər sevirdim..

Narın yağış yağır, damlalar ətrafımda rəqs edir. Ağlasam, heç kəs anlamaz, elə deyil mi?

Yağış Haqqında Atalar Sözləri 

Yağışdan qaçan doluya düşər. - Atalar sözü

Yağış ilə yer göyərər, alqış ilə ər öyünər.- Atalar Sözü

Ən çox bolluq gətirən yağış alın təridir. - Cənab Şəhabəddin

Xırda yağış böyük küləkləri yatırar. - Alman atalar sözləri

Əkinçi yağış istər, yolçu quraqlıq. - Azərbaycan atalar sözü

Torpaq bir gün yağışın dəyərini anlayacaq, lakin o gün yağış yağmayacaq. -Nicanor Parra

Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş. - Atalar Sözü

Yağışın gözəlliyi bir başqadır, ürəyi göz yaşlarıyla islananlara..

Bəzən dərdlər yağış bitmək bilməyən kimi üzərinə yağar, amma unutma, rəngarəng göyqurşağı yağışdan sonra çıxar... 

Səsini deyil, sözünü yüksəlt! Yağışlardır yarpaqları böyüdən, göy gurultuları deyil. - Mövlana Cəlaləddin Rumi

Söz yağış kimidir - birinci dəfə yağanda bərəkət olur, dördüncü dəfə yağanda- fəlakət. - Rəsul Həmzətov

Da­mı yax­şı dö­şən­mə­miş evə ya­ğış ne­cə da­mır­sa, yax­şı iş­lə­mə­yən ağı­la da ta­mah elə­cə da­mır. - Dham­ma­pa­da

Tamahkar insanın ürəyi yağış gözləyən okeana bənzəyir.- Pyer Büast

Göz yaşı ruh üçün yayda yağan yağış kimidir. - Alfred Austin

İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi.

Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən. - Uilyam Şekspir

Yağış kommunistdir, çünki hər kəsə bərabər yağar, külək isə kapitalistdir zəif olanı yıxar. Che Guevara

Daha yeni Daha eski