-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

8 Mart şeirləri Uşaqlar üçün

bilgideryasi

 

"8 Mart" şeiri


Günəş tezdən oyanır
Aləm nura boyanır
Gəlib martın səkkizi
Damarda qan oynayır
Sevinir qadınlar-qızlar
Bu sevincə şərikdir
Göydən baxan ulduzlar
Canını fəda edər
Gözəl cəsur analar
Sizi təbrik edirəm
Əziz gözəl xanımlar


Anaların Bayramı şeiri

(8 Marta aid şeir)

Hər il martın 8-i
Oxşayır qəlbimizi.
Günlərin çox əzizi –
Anaların bayramı.

Ana – həyat deməkdir,
Solmayan tər çiçəkdir.
Yer üzünə bəzəkdir
Anaların bayramı!

 



8 Martdır şeiri

8 martdır anacan
Lap tezdən oyanmışam
Əllərimdə gül çiçək
Qarşında dayanmışam.


8 martdır anacan
Gəl öpüm üz-gözündən
And içirəm heç zaman
Mən çıxmaram sözündən.


8 Martdır Anacan şeiri

“8 martdır anacan!
Qoy öpüm üz-gözündən,
Daha uşaq deyiləm,
İndi böyük qızam mən!”
Xatırladınmı ana?
Söyləyərdim bu şeiri hər bayramda qarşında!..
İndi o məktəbli qız,
O bəxtəvər, qayğısız qızın çatıb yaşına
Amma heç böyüməyib…
Uşaqkən danışdığın xoşbəxtlik nağılları,
O göyçək Fatmaları hələ də örnək alır
bu çağda, bu yaşında,
Axı ana, ay ana!
Sən niyə öyrətmədin öz sadəlövh qızına?!
Bu həyat masal deyil,
Onun ağrılarına dözüb ayaqda qalmaq
çətindir, asan deyil…
8 martdır anacan…
Nədəndisə, bu bayram keçmişi vərəqlədir,
İlləri dilləndirir.
Xatirələr anbaan dillənir göz önündə
Qələm də acizləşir boğazacan yığılmış,
Deyilməyə can atan yaralı söz söz önündə
Bayramımızdı, ana!
Oxuyub bu sətirləri kövrəlmə sözlərimdən,
8 martdır, anacan,
Öpürəm gözlərindən!


Əziz ANAMA şeir

Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır.

Ana əyilməzdir, ana müqəddəs
Qoy bütün dünyaya yayılsln bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.

Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadır.

Anadır dünyada ən böyük sərvətim
Saxlamaq lazımdır onun hörməətin
İstəyir övladının görsün mürvətin.
Mənim ən böyük arzum ancaq anadır.


Nənələr  üçün 8 Mart şeiri

Əzizim nənə

Sözüm var sənə
Sevirəm səni
Doğmasan mənə.

Qadınlar günün
Mübarək olsun,
Ürəyin hər an
Sevinclə dolsun,

Dərmişəm sənə
Çoxlu gül-çiçək,
Səninlə bayram
Gözəl keçəcək.

Nə yaxşı ki, sən
Mənim nənəmsən.
Biz nəvələrə
Sən çox əzizsən.

Analar üçün 8 Mart şeiri

Ən mehriban anasan,
Günəş kimi yanırsan.
Qoynunda boy atırıq,
Hər arzuya çatırıq.

Bir gün yaşa dolarıq,
Yaradarıq,qurarıq.
Daha gözəl olarsan,
Bizdən razı qalarsan.

Vətən sənin torpağın
Qüdrətinə qurban olum.
Anamın,atamın
Qeyrətinə qurban olum.

Yaz arzulu,yaz diləkli,
Duz-çörəkli,duz-çörəkli.
Mən deyərəm dağ ürəkli
Millətinə qurban olum.

Bu gün sənin bayramındir,
Sevimli günündür,
Bu təkcə sənin deyil,
Mənimdə şad günümdür.

Hərə bir cür hədiyyə,
Ətirli gül-çiçəklər,
Qızılgül.qərənfillər,
Sənə bəxş edəcəklər.

Olmasada bir hədiyyəm,
Deyilsən inciyəsi.
Sənə bir hədiyyəm var
İncə söz hədiyyəsi:
Yəni BAYRAMİN
MÜBARƏK OLSUN.


Axtarış sözləri: 8 mart haqqında şeirlər,8 marta aid seirler usaqlar ucun, 8 mart şeir,8 marta aid şeir,8 marta aid şeirlər,8 marta aid seirler muellim ucun,8 marta aid seirler usaqlar ucun,8 marta aid seirler,8 mart şeirləri,8 mart aid şeir,8 mart ana şeiri,8 mart seiri muellim ucun,8 mart seiri,


 

>
To Top