Sponsor 2
Trend Mövzular
Həyat beşiklə məzar arasındakı sınaq müddətidir. - Onore De Balzak
Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. - Kiçik Seneka
Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır. - Qotfrid Leybnits
Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. - Nəsirəddin Tusi
Başqalarından yox, daha çox özündən utanmağı öyrən.
Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi. - Konfutsi
Bir adamı unutmağa çalışmaq
daima onu xatırlamaq deməkdir. - Jan De Labrüyer
Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. - Höte
Həyat bir imtahandır, lakin digər imtahanlara elə də bənzəməz. Çünki bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər. -Dostoyevski
Silgi istifadə etmədən rəsm çəkmək sənətinə həyat deyilir.
İnsan - kərpic kimidir, bişdikcə bərkiyir.
İnsan birisi ilə yaşlanmalı, birisinə görə deyil. - Nazın Hikmət
Bu günün hər əməli sabah üçün alın yazısıdır. Əbu Turxan
Elm öyrən: kimsə alim olaraq doğulmaz,
elm sahibi ilə cahil bir olmaz. - İmam Şafii
Düşüncəni dəyiş ki, həyatını dəyişəsən. - Brayan Treysi
Heç bir bəzək və makyaj vasitələri bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz. - Emile Zola
Kədərin başqalarını güldürə bilər, amma gülüşün başqalarını kədərləndirməməlidir. - C. Palahniuk
Qəlb bir ev deyil ki hər kəs üçün ayrı-ayrı otağı olsun.. - Enid Baqnold
Cahillə oturub bal yeyincə, alimlə oturub quru çörək ye. - Mövlana
Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər.
Yalan insanların dilinə elə nüfuz edib ki, "düzünə qalsa..." deyə bir ifadə var. - Dostoyevski
Özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə – qərib kimi yaşamağa məhkumdur. - Əbu Turxan
Heç səhv etməyən insan, heç bir şey etməyən insandır.
Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır. - Yunus Əmrə
Pul üçün evlənmək leqal fahişəlikdir. - Mary Wollstonecraft
Bəziləri var ki, onlara "alçaq" belə deyə bilmirəm. Çünki alçaqlıq bir səviyyədir, onlar çuxurdur, cuxur. - Nəcib Fazil Qısakürək
Pul və insan arasındakı münasibətlər qarşılıqlıdır: insan pulun saxtasını yaradar, pul da insanın. - Benjamin Franklin
Hər insan, etmədiyi bütün yaxşılıqlardan günahkardır. - Volter
Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün;
bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün;
bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;
bəzən de susmaq lazım gəlir, duymaq üçün. -Şəms Təbrizi
Siz mənə axmaq xəyallar arxasında qaçmayan bir ürək göstərin, mən də sizə xoşbəxt bir insan göstərim. - Anton Çexov
Bu gün cəsarət etmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.
İnsan bir şeyi əldə etmək üçün çabalar. Onu əldə edincə bir kənara atar. Gerçək dəyərini isə onu itirincə anlar. - Dostoyevski
Sevdiklərinizə zaman ayırın, yoxsa zaman sizi sevdiklərinizdən ayırar. - Uilyam Qoldinq
Səhər axşamla qarşılaşmaq istəmədiyi kimi, gənclik də solmuş qocalığı görmək istəmir. - Cübran
Ədəb sayılsa da məclisdə susmaq
Məsləhət zamanı danışmaq gərək
İki şey ağıla nöqsan sayılır
Yersiz susmaq ilə yersiz söz demək - Sədi
Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi
filosoflarla söhbətə dəysin.
Elə yaşa ki, sanki sabah öləcəksən; elə oxu ki, sanki əbədi yaşayacaqsan.- Mahatma Qandi
Qorxuram dünyada elə bir zaman gələ, insanlar yaşaya insanlıq ölə. - Bəxtiyar Vahabzadə