-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Müdrik Kəlamlar və Aforizmlər

Sponsor 2


 Düşüncəni dəyiş ki, dünyanı dəyişəsən. - Brayan Treysi

 Cavanlıqda biz sevmək üçün yaşayırıq; yetkin dövrdə yaşamaq üçün sevirik.  - Sent Evremon 


Elə xatirələr var ki, danışsan gözəlliyi gedər. - Jorj Sand 

Ağıllı o adamdır ki, sahib olmadıqlarına görə kədərlənmir, əksinə sahib olduqlarına görə şaddır. - Demokrit


Balaca uşağın bir saatı, ahıl qocanın bir günündən daha uzundur. -  A. Şopenhauer 

Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur. - Əbu Turxan

"Danışa bilmək" ilə, "danışığını bilmək" arasında böyük fərq var. Məsələn çox adam ikincisini bilməz. - Cəlal Sürəyya

Heç vaxt çıxdığın qapını bərk çırpma; ola bilər geri dönmək istədin. - Don Gerold 

Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana. - Qabriel Qarsia Markes

Kitab oxuyan insanlar daima televizora baxan insanları idarə edəcək.

Danışarkən yalnız axmaqlar ağzından istifadə edir. Ağıllılar beynindən, müdrikər isə ürəyindən istifadə edir.  - Cek Ma
mudriklerden-mudrik-kelamlar-mudriklerin-sozleri

mudriklerden-mudrik-kelamlar-mudriklerin-sozleri

Ağıl, ancaq haqqa uyğun gəlməklə kamil olar. - İmam Hüseyn

Dibi görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi kimi,  başqalarının kədəri də bizim ürəklərimizə düşəndə çıxardığı səslə bizə insanlığımızın dərəcəsini öyrədir. - Rəşad Nuri Güntəkin 

Böyük adam böyüklüyünü kiçik adama hərəkətləri ilə göstərər.- Oldos Haksli

Malik olduğun pul sənə azadlıq verir, arxasınca qaçdığın pul – səni kölə edir. - Jan Rak Russo

Bu dünyada uğuru yalnız bunun üçün lazım olan şəraiti axtaran tapır; tapmasa, bu şəraiti o özü yaradır. - Corc Bernard Şou

Müəyyən bir həddə çatanda pul öz sahibini də satın alır. - Əbu Turxan

Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir. - Adrian Dekursel

Açılmamış dəfinədir hər bir canın xəzinəsi,
İnci dolu dilindədir, hər bir insanın xəzinəsi. 

Axmaqların soruşub ağıllı insanların cavab verə bilmədiyi bir çox sual var.


Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.- Konfutsi 

Hikmətin kökü qəlbdə, meyvəsi dildədir.- Ptolomey
hikmetli-sozler-2022-hikmetli-keamlar-menali-aforizmler-mudrik-sozler-.jpg


Çox danışana ancaq lal həsəd aparır. - Cübran

Dediklərin ancaq qarşıdakının anlaya bildiyi qədərdir. - Cəlaləddin Rumi

Nə günəşə, nə də ki, olümə gözlərini zilləyib baxmaq olmaz. - Fransua de Laroşfuko

Dilin bəlasıdır uzunçu olmaq
Ariflər işidir sükuta dalmaq. - Nizami Gəncəvi

Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qəlb gizlənə bilər. - Ezop
ənalı sözlər,kelamlar,müdrik kəlamlar,mudrik kelamlar, mudrik soz dərin mənalı


Ürəyinin səsini dinlə. Səni doğru yola aparacaq olan odur.

Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün;
bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün;
bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;
bəzən anmaq lazım gəlir, anılmaq üçün;
bəzən de susmaq lazım gəlir, duymaq üçün.

Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar. - İohann Volfqanq Göte
Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində.

Sözlər yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir.  - Aleksandr Pop

Ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. 

Könül aynası saf olmalıdır ki, həqiqət sirlərini görsün. - Mövlana
mudriklerden-mudrik-kelamlar-mudriklerin-sozleri
Pulun öldürdüyü ruh qılıncın öldürdüyü bədəndən çoxdur. - V. Skott

Məzardakıların peşman olduqları şeylərdən ötrü, dünyadakılar bir-birlərini yeyirlər. - Y. Höte

Süleyman mülkünü axtarma ki, o, hardadır
Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır?  - Nizami Gəncəvi

Dirilər ölülərə heç nəyi öyrədə bilməzlər, amma ölülər dirilərə öyrədir.  - Şatobrian

Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur.  Əbu Turxan

Həyatı itirməkdən daha acı bir şey vardır; həyatın mənasını itirmək.

Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır.

Zəmanə ancaq dayazda olanları dəyişir, dərin qatlara nüfuz edə bilmir. -  Əbu Turxan

Ağlayan adama heç zaman gülməyin. Amma bəzən gülən adamlara ağlayın. -  Fridrix Nitsşe

Halından şikayət edirsənsə düşün; Halından şikayət edirsənsə düşün;
Yaramaz uşağın, uşaq həsrətində olanların xəyalıdır;
Balaca evin, evsizlərin xəyalıdır;
Sevmədiyin işin, işsizlərin xəyalıdır;
Yatabilmədiyin gecələr, xəstələrin xəyalıdır;
Azadlığın, mahbusda olanların xəyalıdır;
Şükr et!!! Şükr et ki, xoşbəxt ola bilərsən.

Güclü-gücsüz insan yoxdur, Əmir. Kamil insan var, cahil insan var. Cahilin həyat tərzi heyvanatın həyat tərzinə oxşayır, çünki hər ikisi idrakdan məhrumdurlar. - Nəsimi filmi

Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir. - Əbu Turxan

Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir.- Fridrix Nitsşe

Təhsil alın ki, cahilləri idarə edəsiniz, təhsil almasanız əksi olacaq: cahillərin əlinə baxmalı olacaqsınız. - Cəlil Məmmədquluzadə



>
To Top