-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Pislik Haqqında Atalar Sözləri

Pisi öymə, düzü döymə.
Pisi sevmə, düzü söymə.

Başqasına pislik edən özünə etmiş olar.
pislik-pisliye-aid-atalar-sozleri-atalar-sozu-pis-insan


pisliye-aid-atalar-sozleri-pislik-yamanliq-Atalar-sozleri.jpg

Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə.

Yanan də mən, yaman də mən.

Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir?
pisliye-aid-sozleri-2021-Atalar-sozu-yaxsiliq-pislik-yamanliq.jpg


Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır.

Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir.

Yaxşının nə olduğun pisdən soruşma, pis bilməz yaxşılıq nədir.

Pislik görməyən yaxcılıqdan nə bilir.

Pislik gördün bir yerdən, üzül ged, yaxcılıq gördün bir yerdən, süzül yet.

Kötü olur duran kötü yanında, ki yaş dahi yanar quru yanında. - Türk Atalar Sözü 

Yaxşı ilə dost olsan səni əzizlər, yaman ilə dost olsan dalınca pislər.

İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz. -Qırğız Atalar Sözü 

Yaxşılığa yaxşılıq hər kişinin işidir
Yamanlığa yaxşılıq nər kişinin işidir.
Pislik Haqqında Atalar Sözləri

Bir qarış yaxşılığı, bir çimdik yamanlıq pozar.

Yaxşı adam yavan çörəyə dözər, yaman adamı yağlı xörək də üzər.

Yaxşı gündə yağlı çörəyi bəyənməyən, yaman gündə quru çörəyə salam verər.

Yaxşı at yemini artırar, yaman at qamçısını.

Yaxşı olanda – xanımdan, pis olanda – kənizdən.

Yaxcının eddiyin gör, pisin yatdığın.

Özgənin yaman gününə gülən öz gününə ağlayar.
pisliye-aid-atalar-sozleri-2021-pislik-haqqinda-Atalar-sozleri-pisler-


Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.

Yaman qonşu adamı rüsvay eylər.

El yaxşı, biz yaman, el buğda, biz saman.

Dadlını çox çeynəsən, ardı acı olar. Yaxşını döydükcə yaman olar.
pisliyə aid atalar sözləri,pisliye aid,Pislik haqqında atalar sözləri,pislik haqqinda atalar sozleri,



Yaxşı oğul ata malını neylər,
pis oğul ata malını neylər!

Pis iş mərdə ar olar, Namərd gözü dar olar.

Dadanan qudurandan pis olar.

Dinəndə pis olur, dinməyəndə dərd kəsir.

Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.

Yaxşılıq bilməyən, yamanlıqdan qalmaz.

Yamanlıq yaxın, yaxcılıq uzaq.

Pis iş görən şeytanın şagirdidir, doğrunu bilib danan şeytan özüdür.

Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş!

Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən.

pisliye-aid-atalar-sozleri-2021-Atalar-sozu-yaxsiliq-pislik-yamanliq.jpg



Yaman olmasa, yaxşılığın qiyməti bilinməz.

Yaxşı yaman, keçdi karvan.

>
To Top