Sponsor 2
Trend Mövzular
Həyatın mənası nədən ibarətdir? Başqalarına xidmət və yaxşılıq etməkdən. - Aristotel
Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. - Henri Devid Toqo
Yaxşının nə olduğun pisdən soruşma, pis bilməz yaxşılıq nədir. - Atalar Sözü
Yaxşılıq istəyən insanın öncə özü yaxşı olmalıdır.
Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir. - Mark Tven
Yalnız yaxşı iş görənlər yaşayır. - Tolstoy
Yaxşılıq əbədidir, həyatımızın ali məqsədidir. Yaxşılığı necə başa düşməyimizdən asılı olmayaraq, həyatımız yaxşılığa can atmaqdan ibarətdir. - Tolstoy
Yaxşılıq eləyib bir şey umursansa etməsən yaxşıdır. - Atalar Sözü
Yaxşılıq içdən gələr.
Yaxşılıq bir seçimdir.
Bir insan yaxşılığı seçməsə insanlıqdan çıxar. - Anthony Burgess
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana. -Nizami Gəncəvi
Alicənablığın şərti yaxşılıq etməyə yol tapmaqdır.
Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq bilər. Atalar Sözü
Yaxşılığı bir dəfə eləmək, min dəfə deməkdən yaxşıdır. - Atalar Sözü
Həyatda iki şeyi unutmaq lazımdır: Bir sənin kiməsə etdiyin yaxşılığı, bir də kiminsə sənə etdiyi pisliyi.
Yaxşı da, yaman da, keçər dünyada,
Çalış yaxşılıqla düşəsən yada. -Sədi Şirazi
Vay o halına o kəsin ki, heç kimə yaxşılıq eləmir. - Atalar Sözü
Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. - Nəsirəddin Tusi
Dostuna pislik etsən düşmənin olar.
Düşməninə yaxşılıq etsən dostun olar. - Ömər Xəyyam
Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur.
Əgər yaxşılıq edib qarşılıq gözləyirsənsə, artıq o yaxşılıq deyil.
Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.
Yaxşılığa yaxşılıqla qarşılıq vermək asandır. Önəmli olan pisliyi yaxşılıqla qarşılıq verə bilməkdir.
Yaxşılıq başqalarına pislik etməmək deyil. Yaxşılıq ürəyində pisliyin cövhərinin olmaması deməkdir. - Səbahəddin Əli
Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. -Dədə Turxan
Ən yaxşısı dost düşmən demədən hər kəsə yaxşılıq etməkdir.
Ən pis insan yaxşılığa pisliklə qarşılıq verəndir. Ən yaxşı insan pisliyə yaxşılıqla qarşılıq verəndir.
Yaxşılığı yaxşılıqla, pisliyi də ədalətlə qarşıla. -Konfutsi
Yaxşılığa yaxşılıqla qarşılıq vermək, ədalətdir. Yaxşılığa pisliklə qarşılıq vermək, cinayətdir. Pisliyə yaxşılıqla qarşılıq vermək isə , ehsan və lütüfdür. İnsanlığın ən yüksək dərəcəsidir. -Ali Fuat Başgil
Yaxşılıq olmadan ən yaxşı keyfiyyətlərin belə bir qiyməti yoxdur. - Tolstoy
Yaxşılıq haqqında mühakimə yürütmək, hələ yaxşı adam olmaq demək deyildir. -Aristotel
Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə. -Aristotel
İtə sümük atmaqla yaxşılıq etmiş sayılmırsan. Əsl yaxşılıq, it qədər ac olduqda yeməyi onunla bölüşməkdir.
İnsan hər gecə yatmazdan əvvəl özünə sual verməlidir: " Bu gün nə pislik etdim, nə danışdım, nə düşündüm, nələri anladım və hansı yaxşılıqları etdim?" - Korneliya Parker
Hər insan, etmədiyi bütün yaxşılıqlardan günahkardır. - Volter
Pisliyə son qoymağın yalnız bir yolu var- pis insanlara yaxşılıq etmək.- Tolstoy