Sponsor 2
Trend Mövzular
Ürəyi gözəl insanların ürəyində olmaq gözəldir...
Sevgili, axtarıb da tapdığın biri deyil, heç ağılında yoxkən aşiq olduğun adamdır.
Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir.
Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır.
Hər bir zərrəm aşiqdir hər bir zərrənə...
Sən mənim göylərə göndərdiyim dualarımın yer üzündəki cavabısan.
Düşmək istəyirəm, ağlına, qəlbinə və dualarına.
Sevgin gülüşündə gizlidir...
Sənin yanına ən çox mən yaraşıram..
Sevgili Üçün Gözəl Sözlər
Hər bir zərrəm aşiqdir hər bir zərrənə...
Sən mənim göylərə göndərdiyim dualarımın yer üzündəki cavabısan.
sevgiliyə deyiləcək gözəl sözlər |
Düşmək istəyirəm, ağlına, qəlbinə və dualarına.
Sevgin gülüşündə gizlidir...
Sənin yanına ən çox mən yaraşıram..
Təki sən həmişə gül...
Gül ki, ürəyinin gözəlliyi gülüşlərində görünsün...
Sən belə bilməzsən, gülüşün məndə neçə bahar edər.
Elə məsum sevdim ki, səni gözlərinə baxarkən belə utandım.
Qar kimi bəyaz ol..Yağ həyatımın yollarına..
Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.
Bir oğlanın bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir daha ki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir.
Bu şəhəri sevməyimin səbəbi; Küncü dönəndə səninlə qarşılaşma ehtimalımdır.
Xoşbəxt olmaq üçün tək bir şeyə ehtiyac var : Sevmək.
Hər şeyə rəğmən bütün qəlbinlə sevmək..
Bir insanı sevməklə başlayırdı hər şey.
İnanın ki, insanın taleyini sevgi müəyyən edir. -Uilyam Şekspir
Sevgi imkansız olan bir çox şeyi mümkün edər.
- Yohann Volfqanq Höte
İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti. -Nazim Hikmət
Sevgilin ola biləcək bir çox insan ola bilər; amma unutma ki, sevdiyin ola biləcək insan bir dənədir. -Bob Marli
Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar. - Nizami Gəncəvi
Şübhəsiz ki, Allah hər şeyi bilir, səni necə sevdiyimi də... -İlhan Bərk
Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir... -Şəms Təbrizi
Sənin sevgilin – “sənsiz pis olandır”. Ürəyin kiməsə doğru meyillənirsə, mübarizə aparma. O bizə nəyin lazım olduğunu hamıdan yaxşı bilir. -Erix Mariya Remark:
Günəş çıxanda Yer hansı hissi keçirirsə, sevgilisini görən aşiq də həmin hissi keçirir.
İşığı heç kim kor qədər sevə bilməz. -Viktor Hüqo
Hər ürək öz nəğməsini söylər. - Maksim Qorki
Sırf sevgilinin üzü gülsən deyə, bəzən axmaqlıq etməyi gözə almaqdir eşq.
Səni sevirəm demək deyil ki bacarıq, əhəmiyyətli olan o sözün bütün məsuliyyətlərini ala bilmək.
Qapımıza deyil, qəlbimizə vuran buyursun! - Şəms Təbrizi
Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir.- Duqlas Noel Adams
Bir insan birini sevirsə, olduğu kimi sevər, olmasını istədiyi kimi deyil. -Tolstoy
Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan. -Bob Marli
Sevgili dediyin qoluna deyil, ürəyinə yaraşmalı.. Və elə gəlib keçici bir həvəs deyil, sonsuza qədər nəfəsin olmalı!
Kimisi gözəlim deyər sevdiyinə kimisi də özəlim. Amma sevgi nə gözəllik istər, nə də özəllik.
Sevgi sadəcə ürək istər!
Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.
Elə bir sevəcəksən ki, ürəyindən kimsə ayıra bilməyəcək. Və elə birini sevəcəksən ki, səni gözləriylə belə aldatmayacaq.
Boş boş sevirəm deməklə olmaz; Göstərəcəksən sevdiyini, hiss etdirəcəksən.. Edə bilmirsənmi?! Onda yoldan çəkiləcəksən.
Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik. -Paulo Koelyo
Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir.
- Özdəmir Asaf
Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır.
Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.