Sponsor 2
Trend Mövzular
Vətən elin evi, dayağıdır. - Azərbaycan Atalar Sözü
Bu dünyada şirin şey, bir anadır, bir Vətən. - Azərbaycan Atalar Sözü
Ana kimi yar olmaz, Vətən kimi diyar.
Hər kəsə öz Vətəni əzizdir.
Vətən doğma anadır, qürbət ögey ana. - Lak atalar sözü
Vətən eldir, xalq - ailə. - Ləzgi Atalar Sözü
Doğma yurd şirin olar.
El bir olsa zərbi kərən sındırar.
Bülbül gülü sevər, insan – Vətənini.
Hər quşa – öz yuvası, hər kəsə – öz Vətəni.
Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır.
Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı.
Vətən viranə də olsa, cənnətdir.
Dağ yeri - duman yeri,
Yurd yeri - guman yeri.
Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
Vətənin tüstüsüdə şirindi.
Vətən daşı olmayandan, olmaz vətəndaşı.
Vətən sevgisi imandandır. - Türk Atalar Sözü
Nə qədər uzaq olsa, yol yaxşıdır,
Nə qədər yaman olsa, el yaxşıdır.
Anasına qulaq asmayan, vətənini də eşitməz. - Malayal Atalar Sözü
Qürbət görməyən adam Vətən qədri bilməz.
Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
Bülbülü saldılar qəfəsə dedi:
"Ay Vətən, ay Vətən",
buraxdılar, qondu tikan koluna, dedi:
"Can Vətən, can Vətən"
Bülbülü qızıl qəfəsə salmışlar, "ah, vətən" demiş. - Türk Atalar Sözü
Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir. - Rus Atalar Sözü
Vətənə gəldim, imana gəldim. - Azərbaycan Atalar Sözü
Oba köçüb, yurdu qalıb.
Vətən mülkü doğmadır, özgə diyar – ögey.
Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.
Vətən yadına düşən qərib, ağlamasın neyləsin? - Azərbaycan Atalar Sözü
Ac qal, topal qal, kor qal, fəqət torpaqsız qalma.
Vətənin adını batırmaq – onu satmaq deməkdir.
Özüm qürbətdəyəm, gözüm Vətəndə.