Yaltaqlıq Haqqında Sözlər


 Üzə tərif söyləmək yaltaqlıq əlamətidir.
- Aristotel

İnsanları layiq olduğundan az tərifləmək paxıllıq, çox tərifləmək isə yaltaqlıqdır.
- Edward Rend

Yaltağın sözü zəhər qatılmış bal kimidir.
- Latın atalar sözü

Qarşındakına onunla bağlı şirin yalanlar söyləmək yaltaqlıq etməkdir.
Və çoxları acı həqiqətləri deyil, şirin yalanları sevir.

Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir.
- İtaliya atalar sözü

Yaxşı günündə sənə yaltaqlanan adam pis günündə sənə badalaq atar.

Tülkü də toyuğun yanına yaltaq - yaltaq gedir.
Udmurt atalar sözləri

Yaltaq əhliləşdirilmiş heyvanların ən təhlükəlisidir.
- Sinoplu Diogen

 Səmimilikdən çətin, yaltaqlıqdan asan heç nə ola bilməz.
- Fyodor Dostoyevski

Sizə hücum edən düşmənlərdən qorxmayın. Sizə yaltaqlanan dostlarınızdan qorxun. - Obreqon

Yaltaqlıq saxta pul kimidir. Bugünkü vəziyyətimizə görə dövrədədir.
- Əlisa Nicat

yaltaqliq-haqqinda-sozler-yaltaqlara-aid-yaltaqlar-yaltaq-insanlar
yaltaqliq-haqqinda-sozler-yaltaqlara-aid-yaltaqlar-yaltaq-insanlar

Fırıldaqçılıq və yaltaqlıq — qan qohumlarıdır.
- Avraam Linkoln

Bütün yaltaqlar, adətən, yalançı olur.
- İohann Engel

 Ziddiyyət və yaltaqlıq; ikisi də söhbətin dəyərini salır.
- Yohann Volfqanq Höte

Bir axmaq bizi tərifləyən kimi, o artıq bizə elə də axmaq görünmür.
- Fransua de Laroşfuko

Ölkəni düşməndən qoru, sirri - yaltaqdan.
- Başqırd atalar sözləri

 Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə.
- Avraam Linkoln

Sevdiyin və hörmət etdiyim adama heç vaxt yaltaqlanma. 
-  Jan Batist Molyer

Bu dünyada 3 şey təhlükəlidir:
əlində bıçaq olan uşaq, əlində hakimiyyət olan axmaq, və dilində tərif olan yaltaq. - Atalar Sözü

Kölgəyə girənin оlmaz kölgəsi,
Оlsa da çörəyi, оlmaz süfrəsi.
- Rəşid Bağlaroğlu

Arxalıya arxa durma deməsinlər yamaqdı,
Arxasıza arxa durki, desinlər ki dayaqdı.
- Səməd Vurğun

Məni həm minnətdarlıq, həm də yaltaqlıq eyni dərəcədə utandırır.
- Corc Soros

 Uğur qazanmaq istəyirsənsə, yaltaqlıqdan uzaq ol.
- İbn Sina

Hamımız yaltaqlığı pisləyib yamanlayırıq, ancaq özümüz bizə yaltaqlananlara, bizi öyənlərə nəinki dözür, hətta onlara rəğbət duyuruq.
- Fransua de Laroşfuko

 Dost kimi görünən yaltaqlar, fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar.. qayda həmişə eynidir: Gül və keç.
- Duqlas Noel Adams

Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözür. Və nə vaxtsa daha buna da dözə bilmir.
- Əbu Turxan

Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi.
- Atalar Sözü

Olmasaydı dünyada sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar.
- Mirza Ələkbər Sabir

Yurdu sarmış qabalıq, yaltaqlıq, Yüksəliş varsa, səbəb alçaqlıq!
- Hüseyn Cavid
yaltaqliq-haqqinda-sozler-yaltaqlara-aid-yaltaqlar-yaltaq-insanlar

 Yaltaqlığın təmin etdiyi mənfəət, dürüstlüyün qazandırdığı faydadan daha çox olsa, o ölkə batar.
- Şarl Lui Monteskyö

Daha yeni Daha eski