-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Çörək Haqqında Atalar Sözləri


Torpaq çörəyi ilə, insan əməyi ilə...

Çörək alın təriylə qazanılar.

İstəyirsən bal-çörək, al əlinə bel-kürək.

Bir çörək özün ye, birini də Allah yolunda ver.

Duz çörək, düz çörək.

Duz-çörək itməz.

Çörək itirən çörək tapmaz.

Təndir çörəyi şirin olar.

İsti çörək təndirdən, minnəti yox pendirdən.

Hər kəsin çörəyi xəmirinə görədi.

Acın arzusu bir qarın çörəkdir.

Yolda çörək ağırlıq etməz.

Aca ürək vermə, çörək ver.

Aclıq ilə tоxluğun arası bir parça çörəkdi.

Aclıq ilində bir tikə çörək, bir külçə qızıldan artıqdır.

Acın gözü çörəkdə, toxun gözü hənəkdə olar.

Aclıqda darı çörəyi halvadan şirin оlar.

Payız günü - peynir çörək qarpız ilə, yaz günü - qatıq çörək yarpız ilə.

Çörəyi bol olanın tüstüsü gür çıхar.

Az ye, öz çörəyini ye.

Duz-çörək borcdur.

İtə çörək verməzsən, acından hürər.

Çörəyi torpaqdan al, kiminsə ağzından yox.

Minnətli plovdan minnətsiz pendir-çörək yaxşıdı.

Adam ac оlanda pendir-çörək də ləzizdir.

Öz quru çörəyim özgənin plovundan yaxşıdı.

Öz çörəyini özgə süfrəsində yemə.

Özünün yavan çörəyi özgənin plovundan yaxşıdı.

Ata çörəyi – meydan çörəyi, оğul çörəyi – zindan çörəyi.

Bir tikə çörək on il yadda qalar.

Qazancını itir, malını itir, duz-çörəyi itirmə.

Bahalıqda çörəyin əsirgəyən, ucuzluqda yalqız qalar.

İt də duz-çörəyi itirmir.

Yaxşı gündə yağlı çörəyi bəyənməyən yaman gündə quru  çörəyə salam verər.
coreye-aid-atalar-sozleri-corek-haqqinda-atalar-sozu-coreyi-corekli

coreye-aid-atalar-sozleri-corek-haqqinda-atalar-sozu-coreyi-corekli

Əli xəmirliyə çörək bоrc verməzlər.

Çörək verərsən, çörək verərlər, daş atsan, daş atarlar.

Sənə hər kim daş atsa, sən ona çörək at.

Biz çörək vermədik çörək istəyək, biz çörək verdik ki,  çörəkli olaq.

Dilənçi torbasından çörək yeməzlər.

Əli bоş, çörəyi duzsuz.

Çörəyin dadını cütçü bilər.

Çalışmaq çörək, tənbəllik qıtlıq gətirər.

Kor ilə çörək yeyəndə insafı arada gör.

Qışda çörəksiz, yayda köynəksiz yola çıxma.

Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi də çörək  yapa.

Çörək olmayanda, çörək dostları da olmur.

Subay adamın yaxasını bit yeyər, çörəyini –it.

Ər çöldə оlsun, çörəyi evdə.

Ər çörəyi ər yanında bоrc оlar.

Ətim, çörəyim yeyildi, qоnağım küsülü getdi.

Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.

Acın qursağında çörək durmaz.

Xəstəyə döşək, aca çörək lazımdır.

Zirəyə getdin çörək götür, Zirədən çıxdın ayaq götür.

Çörək açanı qılıç açmaz.

Yaz günü kölgədə yatanın qış günü çörəyi qapılardan  gələr.

Yaxşı ki var, yavan çörəyə dözər, yamanı yağlı xörək də  üzər.

Çörəyi tək yeyən yükünü özü çəkər.

İki dişi var qabaqda, çörək qoymaz tabaqda.

Paxıl çörəgin yemək ğəm gətürür.

Varlının çörəyi kasıbın çənəsini yorar.

Namərdin çörəyi dizinin üstə olar.

Ağa tоxdu, nökərə bir çörək yоxdu.
coreye-aid-atalar-sozleri-corek-haqqinda-atalar-sozu-coreyi-corekli

Alçağın çörəyindənsə, acından ölmək yaxşıdır.

Oğurluq çörəyin dadı olmaz.

Boynunu bitlər yeyir, çörəyini itlər.

Yetimə öyüd verən çox olar, amma çörək verən az olar.

İlanın ayağını, qarışqanın gözünü, mollanın çörəyini hiç  kim görməyib.

>
To Top