Sponsor 2
Trend Mövzular
Pis fikirlərin olmasa, pis əməllərin də olmaz.
- Konfutsi
Yaxşı adamla savaşma, pis adama yanaşma.
- Monqol atalar sözü
Peşman olmaq istəmirsənsə, pis vərdişlərdən çəkin.
- Volter
Səni sevən, pis işlərdən səni çəkindirər; sənə nifrət edən isə səni bu işlərə təşviq edər.
İnsanları yaxşı tanıyın. Hər insanı pis bilib pisləməyin, hər insanı da yaxşı bilib tərifləməyin.
- Mövlana
Pis adam kömür kimidir - yandırmasa da, qara yaxar.
- Anaxarsis
Yaxşının nə olduğun pisdən soruşma, pis bilməz yaxşılıq nədir.
- Atalar Sözü
Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər.
- Jan de Labrüyer
Başqalarını pisləməyi xoşlayanlarla dostluq etməyə dəyməz.
- Demokrit
Pis gələn, pis də gedər.
- Abxaz atalar sözü
Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.
- Nizami Gəncəvi
Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.
- Jan de Labrüyer
Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin xasiyyətin onların xasiyyətindən pis şeylər oğurlayar.
Pis insanlar məni heç vaxt təəccübləndirmədi. Məni təəccübləndirən yaxşı sandıqlarım oldu.
Kim olursa olsun, əldə edə bilmədiyini pislər. Kişi ya da qadın; Çata bilmədiklərini ya qısqanar ya da sevər..
- Pol Ouster
Öz pisliyini etiraf etmək yaxşılıq etməyin başlanğıcıdır.
Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır.
- Əbu Turxan
Pis insanın bəd əməlləri o öləndən sonra da yaşamaqda davam edir.
- Uilyam Şekspir
Pis adam başqalarında da həmişə pislik axtarır.
- Fransis Bekon
Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar.
- Əbu Turxan
Pis İnsanlara Aid Statuslar, Pis İnsanlara Aid Sözlər |
Düşmənlərinizi hər zaman bağışlayın. Heç bir şey onlara bunun qədər pis təsir edə bilməz.
- Oskar Uayld
- Oskar Uayld
Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırırıq.
- Didro
Pislər pisləri pis olduğu üçün, yaxşıları da yaxşı olduğu üçün sevmirlər.
- Əbu Turxan
Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik.
- Xaqani
Pis adam üçün bəd xəbər verməkdən xoş əyləncə yoxdur.
- Şota Rustaveli
Pis adamın biliklisi daha təhlükəlidir.
- Əbu Turxan
Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə.
- Aristotel
Ey oğlum,pis qadından çəkin. Çünki o vaxtından əvvəl səni qocaldar. Pis qadınların şərindən qorx,çünki onlar yaxşılığa çağırmaz.
Unudansansa iki şeyi unut: kiməsə etdiyin yaxşılığı, kiminsə sənə etdiyi pisliyi.
“Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır”. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı - Haqqdan.
Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.
- Əbu Turxan
Yaxşı insan olduğunuz üçün hər kəsin sizə ədalətli davranmasını gözləmək, vejetaryen üçün öküzün sizə hücum etməyəcəyini düşünməyə bənzəyir.
Pis hökm verməyə adət edən insanlar itirənə qədər ovuclarının içindəki yaxşının fərqində ola bilməzlər.
- Sofokl
Belə gözəl bir səmanın altında bu qədər pis insan necə yaşaya bilir?
- Dostoyevski
Dünya; pislik edənlər deyil, tamaşaçı qalıb heç bir şey etməyənlər üzündən təhlükəli bir yerdir.
- Albert Eynşteyn
Faciə pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir.
- Martin Lüter Kinq
Hər kəs insanlığın pisə getdiyini qəbul edər də; Heç kim özünün pisə getdiyini qəbul etməz.
- Lev Tolstoy
Kol kola söykənibdir,
Gülsə tikan üstədir.
Yaxşılar ayrı düşüb,
Yamanlarsa dəstədir.
- Əbu Turxan