-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Paxıllıq Haqqında Atalar Sözləri

Paxılın gözü doymaz.

Günəşin paxıllığını bulud çəkər.

Paxıl adam cənnət görməz.

Paxıl artmaz.

Paxıl artsa, qurd artar.

Acgöz paxıl olar.

Paxıl xoşbəxt olmaz.

Paxıl paxılı sevər.

Bacarıqsız həmişə paxıl olar.

Paxıl xoflu olar.

Ağıllının paxıllığını çəkən çox olar.
paxilliq-haqqinda-atalar-sozleri-paxil-insanlar-paxilliga-aid-paxillar

paxilliq-haqqinda-atalar-sozleri-paxil-insanlar-paxilliga-aid-paxillar

Dəli adam paxıl adamnan yaxşıdır.

Paxıldan dost olmaz.

Ağıla paxıllıq olmaz, ağıldan artıq var olmaz.

Mərdin paxılı deyilsən ki?

Paxıl adam ac canavardan pisdir.

Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər.
- Danimarka

Qardaş qardaşın yoxluğun istər, ölümün istəməz.

Paxılın bağı göyərməz.

Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

Paxılın dərdinə dərman qara torpaqdır.

Paxılın goru cəhənnəmdir.

Paxılın qapısı həmişə bağlı olar.

Paxıl həmişə deyər, mənim ürəyimdən olmaz.

Qonşu paxıl olmasa kor qız ərə gedər.

Üzü qərənin üzü yox, paxıl adamın gözü yox.

Paxılın axırı olmaz.

Allah paxıla pay verməz, versə də qarnı dоymaz.

Paxıla Tanrı verməz, versə də qarnı doymaz.

Paxıl olma, qüssən olmasın.

Paxıl olmasan dərdin olmaz.
paxilliq-haqqinda-atalar-sozleri-paxil-insanlar-paxilliga-aid-paxillar

>
To Top