-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Fyodor Dostoyevskidən Sitatlar - I hissə



Bu dünyada həqiqəti deməkdən daha çətin və yalan danışmaqdan daha asan heç nə yoxdur.

Başqalarına hörmət etməyən özünə hörmət etmir.

Uşaq, dünyanın ən böyük səadətidir.

Səmimilikdən çətin, yaltaqlıqdan asan heç nə ola bilməz.

Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik.

Vurulmaq hələ sevmək deyildir. Nifrət edərkən də vurulmaq olar.

Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, özünü tapmaqdır.

Düşdüyündə yanında olan deyil, qalxmaq üçün əlini uzadan dostdur. Unutma, pis gündə köməyi olmayanın yaxşı gündə payı yoxdur.

Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aid nəsə var…

aforizmler-fyodor-dostoyevski-sozleri-dostoyevskinin-sozleri-sitatlar
aforizmler-fyodor-dostoyevski-sozleri-dostoyevskinin-sozleri-sitatlar

Lazım olduğu zaman ağlamaqdan çəkinmə. Çünki, göz yaşları söyləyə bilmədiklərini söyləmək üçündür yalnız.

Qadını dirçəldən, onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir.

Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir.

Çox qəribədir, Sevdiyimiz insanın hər yalanında bir doğru axtararkən, Sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtarırıq.
aforizmler-fyodor-dostoyevski-sozleri-dostoyevskinin-sozleri-sitatlar

İnsan bir şeyi əldə etmək üçün çabalar. Onu əldə edincə də bir kənara atar. Gerçək dəyərini isə onu itirincə anlar.

İnsanların bir-birini tanıması üçün ən yaxşı zaman, ayrılmalarına ən yaxın olan zamandır.

Axmaq olduğunu dərk edən adam artıq axmaq deyildir.

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır.

Başqasının doğru yolu ilə getməkdənsə, özünün yalnış yolunla get.

Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa…

Üç cür alçaq olur: alçaqlıqlarnı böyük xeyirxahlıq hesab edən sadəlöhv alçaqlar, öz alçaqlıqlarından utanan, lakin onu əldən qoymayan alcaqlar və əsl alçaqlar.

Namuslu adamların düşməni başqalarından daha çox olur.
aforizmler-fyodor-dostoyevski-sozleri-dostoyevskinin-sozleri-sitatlar

Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində. Unutma; Danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana ..

Bu dünyada ən çətin şey hər kəsin düşünmədən söylədiyini düşünərək söyləməkdir.

Poeziya hər bir istedadın daxili alovudur.

Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir.

Rahatlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik böyük əzablardan sonra əldə edilən nemətdir.

Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir.
aforizmler-fyodor-dostoyevski-sozleri-dostoyevskinin-sozleri-sitatlar

Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər.

Bil ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı lazımsızdır.

Öz yerini bilməyən şəxs ləyaqət hissindən daha çox məhrumdur.

Şərəf itəndə onun düsturu qalır. Bu isə şərəfin ölməsi deməkdir.

Tox olan acın halını anlamaz deyərlər, amma bəzən ac olan da acın halını anlamır.

Böyük insanlar bu dünyada böyük əzablar çəkməlidir.

Müasir insanın ən ciddi problemləri Allahın insanlığa olan niyyətini başa düşməməsindən irəli gəlir.

Maddi maraq və qəsbkarlıq naminə yox, yalnız ideyalar, ali və böyük prinsiplər uğrunda aparılan müharibə faydalı ola bilər.

İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq, yeni bir kəlmə söyləməkdir.
aforizmler-fyodor-dostoyevski-sozleri-dostoyevskinin-sozleri-sitatlar

Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.

İnsanlığı sevirəm, –o dedi, — ancaq təəccüblüdür ki, insanlığa olan sevgim nə qədər çoxdursa, hər bir fərdə ayrılıqda olan sevgim bir o qədər azdır.

Başqaları üçün özünüzü unutsanız, onda sizi də xatırlayacaqlar.
>
To Top