-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Məqsəd Haqqında Aforizmlər, Məqsədə Aid Sözlər

meqsedler-haqqinda-aforizmler-heyatin-meqsedi-nedir-yasa-yasamaq



 Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. 
- Ç.Kolton

İnsanın məqsədi insanlıqdır. 
-Bencamin Franklin

Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur.
- Nəsirəddin Tusi

 Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın əsas prinsipi və yeganə məqsədidir.
- Anri Barbüs

 Həyatda bir tək adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinə çatmış bir insansınız.
- Ralf Uold Emerson

 Dostluq var - məqsədi xeyir üçün,dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün…
- Aristotel

Hər hansı bir məqsədə ciddi can atmaq ona nail olmağın yarısıdır. 
- Humboldt

Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, Məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər.
- Əbu Turxan
meqsed haqqinda aforizmler,mövzular,Məqsədlər,meqsede aid sozler,meqsedle bagli aforizmler


Məqsəd yoxdursa, heç nə edə bilməzsən. 
Məqsəd dəyərsizdirsə, böyük bir iş görə bilməzsən.
- Deni Didro

Keçmiş və bu gün bizim üçün vasitələrdir, yalnız gələcək bizim məqsədimizdir.
- Blez Paskal

Kimliyindən asılı olmayaraq, hər bir insan yorulmadan çalışmalıdır. İnsan həyatının mənası, məqsədi, insanın xoşbəxtliyi məhz ondan ibarətdir.

Əzm nə qədər böyük olsa, Məqsədə aparan yol bir o qədər qısa olar.

 İnsan özünün bütün qüvvələrini hərəkətə gətirmək üçün qarşısına onu ruhlandırmağa qabil olan nəcib bir məqsəd qoymalıdır.
- Ernest Renan

Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir. 
- Adrian Dekursel

Başqalarını şəxsi məqsədlərini gerçəkləşdirmək üçün bir vasitə olaraq görmə.

İnsanın ləyaqəti onun Məqsədə çatıb-çatmaması ilə yox, hansı Məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur.
- Abay Kunanbayev.

Xoşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil.
- Albert Eynşteyn

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur. 
- Cəlil Məmmədquluzadə

Məqsədə yalnız o zaman çatmaq olar ki, vasitənin canına məqsədin öz təbiəti işləmiş olsun. 
- Lassal

Məqsədə gedən yolda çox qurbanlar vermək olar; Məqsədin özündən başqa!
- Əbu Turxan

 Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən.
- Mövlana Cəlaləddin Rumi

Məqsədiz bir insan üçün 24 saat belə çoxdur.
Məqsədi olan birisi üçünsə 24 saat belə azdır.
- Anonim

Böyük Məqsədə çata bilmək üçün kiçik Məqsədlərdən imtina etməyi bacarmaq lazımdır.
- Əbu Turxan

Bilik Məqsəd deyil, alətdir.
- Lev Tolstoy

meqsed haqqinda aforizmler,mövzular,Məqsədlər,meqsede aid sozler,meqsedle bagli aforizmler,məqsəd haqqında yaşamaq səbuhi quluzadə
Məqsəd Haqqında Aforizmlər



 Tərəqqi məqsəddir, ideal isə nümunə.
- Viktor Hüqo

 Edilən iş nə qədər parlaq olursa olsun, yüksək bir məqsədin nəticəsi deyilsə, böyük sayılmamalıdır.
- Fransua de Laroşfuko

Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində.
- Mişel de Monten

Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər.
- Fyodor Dostoyevski

 Nadanlığın dərmanı elmdir, Elm sahibi etimad edən olar, etimad edən də səadət yolunu bilər və o yolla gedər. Düzgün yolla gedən mütləq məqsədinə çatar.
- İbn Sina

Təhsilin əsas məqsədi, uşaqların öz bacarıqlarını kəşf etməsinə kömək etməkdir. 
- Erix Fromm

Təhsilin məqsədi insanda doğuşdan var olan cövhər üzərində işləmək,  insanı inkişaf etdirməkdir. 
- Ferdinando Qaliani

Təhsilin əsas məqsədi oyatmaqdır. (qəflət yuxusundan).
- Jiddu Krişnamurti 

Artıq məktəblərin əsas məqsədi uşaqları həyata deyil, sistemə hazırlamaqdır. Bir insan kimi deyil, bir kölə kimi yetişdirməkdir.
- Səbuhi Quluzadə

Məqsədim hər kəsdən yaxşı olmaq deyil,hər kəsə faydalı olmaqdır.
- Səbuhi Quluzadə

Heç bir zəfər Məqsəd deyildir. Zəfər ancaq özündən daha böyük bir Məqsədə çatmaq üçün lazım olan ən mühüm vasitədir.
- Mustafa Kamal Atatürk


Həyata keçməyən ali məqsədlər, həyata keçmiş alçaq niyyətlərdən dəyərlidir.

Müdriklik ali Məqsədi cari Məqsədlərdən fərqləndirmək qabiliyyətidir.
- Əbu Turxan


>
To Top