Qorxu qəzəb yaradar. Qəzəb nifrət yaradar. Nifrət isə uğursuzluğa səbəb olar.
- Star Wars
Qorxu - iradənin zəifliyi nəticəsində yaranır.
- Benedikt Spinoza
İstənilən qorxaqlıq sevgisizlikdən doğur.
- Ernest Heminquey
Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Yalnız onunla, onun sayəsində həyat mövcud olur və hərəkət edir.
- İvan Turgenev
Qorxu üzərində qələbə bizə güc verir.
- Viktor Hüqo
Qorxu - insanın düşüncə qüvvələrini, əqlini və kamalını fəaliyyətdən salır.
- Şeyx Məhəmməd Xiyabani
Çox vaxt qorxu, yalan danışmağı öyrədər.
- Alfred De Viqni
Qorxu - adamı mərdlik şərəfindən və alicənablıq dəyərindən məhrum edərək, onu miskinliyin ən alçaq dərəcəsinə endirir, ən murdar heyvanlarla bir sırada qoyur.
- Şeyx Məhəmməd Xiyabani
Ümidsizlik və lənglik məğlubiyyətə gətirib çıxaran qorxaqlıqdır.
- Henri Toro
Məğlub olacağından qorxan, daim məğlub olar.
Həyatda edə biləcəyiniz ən böyük səhv, davamlı olaraq səhv edəcəyinizdən qorxmaqdır.
- Elbert Habbard
Səhvdən qorxan bir insan heç bir şey edə bilməz.
- Avraam Linkoln
Etdiyin səhvdən dönməkdən qorxma.
- Konfutsi
Qorxu Haqqında Aforizmlər
Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.
- Konfutsi
Həyatda heç bir şeydən qorxmayın sadəcə; hər şeyi anlamağa çalışın.
- Mariya Küri
Təhlükə qorxusu təhlükənin özündən on min dəfə qorxuludur.
- Daniel Defo
Bilməməkdən qorxma, səhv bilməkdən qorx! Çünki bütün fəlakətlər ondan baş verir.
- Lev Tolstoy
Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir.
- Mark Tven
Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür.
- Corc Bernard Şou
Azad insan hər cür qorxu və kədərdən azaddır.
- Konfutsi
Bilgi insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlı olmaq qorxudan qurtarar.
- Konfutsi
Biganə adam düşməndən qorxuludur.
- Volter
İtirəcək bir şeyi olmayan insandan qorxular.
- Yohann Volfqanq Höte
Öz məsuliyyətini dərk edib, onu yerinə yetirməmək qorxaqlıqdır.
İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq,yeni bir kəlmə söyləməkdir.
- Fyodor Dostoyevski.
Yaşamağın dadını bilməkdən qorxana axmaq deyərəm.
- Alber Kamyu
Budağın ucuna kimi getməkdən qorxma, çünki meyvə ordadır.
Goründüyü və ya olduğu kimi olmaqdan qorxan adam cəsarətli deyildir.
- Edqar Allan Po
Eşitdim ki, qeybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş, Allahdan qorxmamısan.
Böhtan qorxaqların intiqamıdır.
- Samuel Conson
Sizə hücum edən düşmənlərdən qorxmayın. Sizə yaltaqlanan dostlarınızdan qorxun.
- Obreqon
Qorxaq dost düşməndən də qorxuludur, çünki düşməndən ehtiyat etdiyin halda, dosta bel bağlayırsan.
- Lev Tolstoy
Təmiz vicdan böhtandan qorxmur.
- Volter
Hər qorxan qaçmaz. Amma hər qaçan, qorxaqdır.
- Özdəmir Asaf
İçimizdəki uşağı öldürən qorxu və nifrətdir.
Sevgi ancaq işıqlı adamların qismətidir. Qara qəlblər işıqdan qorxur.
- Əbu Turxan
Həqiqətən sevirsənsə, uzaqlıq gözünü qorxutmamalıdı; Çünki unutma yanındaykən belə uzağıydı bəziləri..
- Adam Faver
Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsınız, pis arvada rast gəlsəniz, filosof olarsınız.
- Sokrat
Sevgidən qorxmaq, həyatdan qorxmaq deməkdir, həyatdan qorxanlar isə daha indidən üç dəfə ölmüşlər deməkdir
- Bertran Rassel
Yalnız o şeydən həqiqi həzz ala bilərsən ki, onu itirməkdən qorxmayasan.
- Jan Jak Russo
Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o hər an nifrətə çevrilə bilər.
- Henri Toro
Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.
- Ömər Xəyyam
Qadınlar susaraq gedər. Əgər bir qadın şikayət edirsə, kişi bilməlidir ki, hələ də qadının bir ümidi var. Nə vaxt ki, ümidini kəsdisə, demək sevgisi də yaralanıb. Bir qadının qışqırıqlarından, dava salmağından qorxmaq lazım deyil. Çünki bir qadının gedişi səssizdir
- Camal Süreya
Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən.
Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən.
- Şekspir
Həmişə qorxarıq təklikdən amma bil ki təksənsə; Yalançı yoldaşların, ikiüzlü dostların və gedəcək bir sevgilin olmaz.
-Duqlas Noel Adams
Qorxmayın, xoşbəxtlik duymadan yaşamağı öyrəndi o gənc!
- Corc Bernard Şou
Bağışlamaq istəyi ya qorxudan, ya gücsüzlükdən, ya da fədakarlıqdan irəli gəlir.
- Fransua de Laroşfuko
Tək kitablı adamdan qorx
- Bertran Rassel
Qorxunun olduğu yerdə azad düşüncə olmaz.
- Səbuhi Quluzadə
Fərqli düşünməkdən qorxmayın. Unutmayaq ki, indi adi qəbul etdiyimiz əksər fikirlər bir zamanlar qeyri-adi idi.
- Bertran Rassel
Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm.
- Makedoniyalı İsgəndər
Alçaq olan kimsə düşməkdən qorxmaz.
- Aristotel
Qorxu-qəddarlığın anasıdır.
- Mişel de Monten
Gerçəkdən igid olan insanlar duelə çıxmağa gərək duymaz, amma bir çox qorxaq özünü öz igidliyinə inandırmaq üçün həmişə duelə əl atır.
- Ernest Heminquey
İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorx.
- Nəcib Fazil Qısakürək
Düşməninizin nədən qorxduğunu anlamaq üçün, sizi nə ilə qorxutduğuna baxın.
- Erik Hoffler
Kiçikkən anama qəbiristanlıqdan qorxuram deyəndə "ölüdən yox, diridən qorx" demişdi. Zamanla anladım ki; anam yenə haqlıydı.
- Camal Süreya
Ölüm qorxunc bir şeydir amma insan əgər ölməyi bacara bilməyib sonsuza qədər yaşasaydı bu daha qorxunc olardı.
- Anton Çexov
Döyüşərək ölmək qəhrəmanların, intihar etmək qorxaqların imtiyazıdır.
- Napoleon Bonapart
Bədəni öldürəndən qorxmayın; ruhu öldürəndən qorxun.
- Platon
Sən oğrusan, sən qorxaqsan, sən ermənisən!
- Aleksandr Puşkin
Ölümdən qorxmayan millətə ölüm yoxdur.
- Şeyx Məhəmməd Xiyabanio
Cəmiyyətin düşüncəsi ülgüc kimidir: gücsüzlər ondan qorxar, savadsızlar onunla əlini kəsər, ağıllılar isə istifadə etməyi bacarır.
-Con Milton
Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
- Mövlana Cəlaləddin Rumi
Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, bilgisizlikdən gəlirsə cəhalətdir.
- Mövlana Cəlaləddin Rumi