-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Davranış Haqqında Aforizmlər, Davranışa Aid Sözlər


davranis-haqqinda-aforizmler-reftar-nifret-ve-sevgi-yalan-heqiqet-sebir-qandi

İnsanın gözəlliyi onun davranışındadır.
- Blez Paskal

Nifrəti sevgi ilə, yalanı həqiqətlə, şiddəti səbirlə dəf et.
- Mahatma Qandi 

Xarakter davranışımızın nəticəsidir.
- Aristotel 

Düşüncələrinizə diqqət edin,
duygularınıza çevrilər...
Duygularınıza diqqət edin, davranışlarınıza çevrilər...
Davranışlarınıza diqqət edin,
vərdişlərinizə çevrilər...
Vərdişlərinizə diqqət edin, 
dəyərlərimizə çevrilər...
Dəyərlərinizə diqqət edin, 
xarakterinizə çevrilər...
Xarakterinizə diqqət edin, taleyimizə çevrilər...
- Mahatma Qandi 

Sənə necə davranmalarını istəyirsənsə, sən də başqalarına elə davran. Lakin, ilk yaxşı davranışı sən et.
- Devid Yum

 Ağıllı davranmaq üçün ağıllı olmaq yetərli deyil.
- Fyodor Dostoyevski

Biz insanların qəlbini, heyvanlarla rəftarına əsasən öyrənə bilərik.
- İmmanuel Kant

Vərdiş edilmiş davranışlar sevgi sayəsində gözəl olur.
- Persi Biş Şelli

 Yaxşı davranışlar kiçik fədakarlıqlardan meydana gələr.
- Ralf Uold Emerson

Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin; düşməninlə də ehtiyatla Davran, ola bilər, bir gün səninlə dost olsun.

Atalarınızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin. 
-İbn Sina

Böyük adamın böyüklüyü kiçik adamlara rəftarında aşkara çıxır.
- Karlyel 

Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda.
- Paulo Koelyo

İnsanlarla düzgün rəftar, uğurun ən başlıca üsuludur.

Başqalarına hörmət etməyən özünə hörmət etmir. 

Kobud və sərt rəftar bütün qapıları üstümüzə bağlayır. 
- Samuel Smayls

İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın. 

 Ən insani davranış - bir insanın utanılacaq bir vəziyyətə düşməsinin qarşısını almaqdır.
- Fridrix Nitsşe

Yaxşılıq edirmiş kimi görünməyin. Yaxşılıq edin və görünməyin!

Əhəmiyyətli olan sözlər deyil, davranışlardır. Sevdiyini deyən biri yerinə, sevgisini göstərən birinə inanın. 
-Erix Fromm

Nəzakət və xoş rəftar o qədər nadir hala çevrilib ki, bəziləri bunu görəndə sevgi zənn edir. 

Hərkəsin bir-birini sevirmiş davrandığı ancaq çox az insanın sevgini anladığı bir dövrdə yaşayırıq...
- Əli Ural 

Həyat hər kəsə eyni şəkildə davranmaz və bəzən böyümək üçün illərə ehtiyacınız olmaz.
Yaşadıqlarınız sizi böyük edər.
- Ahmet Batman

Xoşa gələn adətlərdən biri budur ki, olana sevinəsən, itənə təəssüf etməyəsən. Belə olduqda insan həmişə şad və xoşbəxt yaşayar.

Dağıtmaq düzəltməkdən, yalan danışmaq sübut etməkdən daha asandır.
- Artur Şopenhauer
Yaxşı insan olduğunuz üçün hər kəsin sizə ədalətli davranmasını gözləmək, vejetaryen üçün öküzün sizə hücum etməyəcəyini düşünməyə bənzəyir.

Hər cür pisliyi etməyə imkan varkən ikən, pis bir şey etməmək: Budur yaxşılıq.
- Andre Jid 

Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə.
- Aristotel 

Ciddilik, zehin əskikliklərini örtmək üçün icad edilmiş bir rəftardır. 
- Fransua de Laroşfuko

İnsan bir şeyi əldə etmək üçün çabalar. Onu əldə edincə də bir kənara atar. Gerçək dəyərini isə onu itirincə anlar.

Bu həyat aldığın nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə. 
- Ömər Xəyyam


İnsanın davranışını müşahidə edin, əməllərinin səbəbini dərk edin,onun asudə vaxtında ona baxın. O halda, bu insan sizin üçün sirr olaraq qalacaqmı?
- Konfutsi

Elə davran ki, davranışların prinsip halına gəlsin. 
- İmmanuel Kant


Yaşadığın həyatı sevmək üçün bir səbəbin yoxdursa, sevirmiş kimi davranma.
- Elif Şafaq

Bir şeydən məmnun deyilsənsə onu dəyişdir. Əgər dəyişdirə bilmirsənsə ona olan baxışını(rəftarını) dəyişdir.
- Maya Anjelu


Dünya malına səcdə etmə, əlindən çıxanda kədərlənərsən.
- Sokrat

 İnsanın azadlığı, özünə edilənlərə qarşı etdiyi rəftarda gizlidir.
- Jan Pol Sartr

Böyük vəzifəyə sahib olan insanlara deyil,böyük fikirlərə sahib olan insanlara hörmət edin.

Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır. 
- Əli bin Əbu Talib

Dünya, pislik edənlər üzündən deyil, tamaşaçı qalıb, heç bir şey etməyənlər üzündən təhlükəli bir yerdir.
- Albert Eynşteyn 

Ədalətsizlik edib bütün insanların sənin arxanca gəlmələrindənsə, ədalətli davranıb tək-tənha qalmağın yaxşıdır.
- Mahatma Qandi 

Hamını sev, seçdiyinə etibar et, heç kimə pislik etmə.
- Şekspir 

Bildiyini bilənin arxasınca gedin, bildiyini bilməyəni oyadın, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın.

>
To Top