Məhəbbət Haqqında Aforizmlər, Məhəbbətə Aid Sözlər

bilgideryasi

   Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.

- Anri Barbüs

mehebbet-haqqinda-aforizmler-ve-sozler-esq-esqe-aid-sevgiye-sevgili-omur


 Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Yalnız onunla, onun sayəsində həyat mövcud olur və hərəkət edir.

- İvan Turgenev


Məhəbbət bütün ürəkləri açan açar kimidir.

- Aleksandr Pop


Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. 

- Hafiz Xarəzmi


Məhəbbət, başqa şəxsə xoşbəxtlik arzulamaqdır.

- Devid Yum


Məhəbbət insanların bir-birinə bəxş etdiyi xoşbəxtlikdir.

 - Jorj Sand


məhəbbət – həyat yaradır.


Özünü sevmək, ömür boyu sürəcək bir məhəbbətin başlanğıcıdır.

- Oskar Uayld


Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır.


Məhəbbət – ölümsüz olaq cəhdidir.

(Məhəbbət – ölümsüzlüyə can atmaqdır.) 

 - Sokrat


Məhəbbət sonlu varlıqda əbədi başlanğıcın təzahürüdür.

 - Platon


Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir.


 Məhəbbət, əvəzində heç bir şey gözlənilmədiyi yerdə başlayır.

- Antuan de Sent-Ekzüperi


Eşqin ən şirin hissələri 

başlanğıcdaki ümid və sondakı xatirələrdir.

- Cənab Şəhabəddin  


Cavanlıqda məhəbbət daha çılğın olsa da, sonralar daha güclü və daha qüdrətli olur.

 - Heyne.


Məhəbbətin çiçəklənə bilməsi üçün münbit mühit lazımdır. 

- Əbu Turxan

Məhəbbət Haqqında Aforizmlər, Məhəbbətə Aid Sözlər 

Böyük məhəbbət kiçik qığılcımlardan doğur.

- Stendal


Məhəbbət dünyası xəyal ilə gerçəkliyin birləşməsindən yaranır. 

- Əbu Turxan


Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.

- Fransua de Laroşfuko


Dostluq qanadsız məhəbbətdir. 

- Corc Bayron


Məhəbbətin ömrünü dostluq uzadır.

- Əbu Turxan


Əsl dostluğa əsl məhəbbətdən də az rast gəlinir.

- Fransua de Laroşfuko


 Həqiqətən sevən ürəkdə ya qısqanclıq məhəbbəti, ya da məhəbbət qısqanclığı öldürür.

- Fyodor Dostoyevski


Məhdud məhəbbət sevgiliyə sahib olmağı tələb edir. Sonsuz məhəbbət isə məhəbbətin özündən başqa heç nə istəmir.

 - Cübran


Məhəbbət bütün günahları   bağışlaya bilər, xəyanətdən başqa.

- Anonim 


Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur.

 - Nazim Hikmət.


Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur. - Nəsirəddin Tusi.


Tərbiyənin alət və vasitəsi məhəbbət, qayəsi isə insanpərvərlik olmalıdır. - 

Vissarion Belinski


Hörmət hissindən məhrum olan məhəbbət çox davam gətirməz və yüksəlməz.

- Aleksandr Düma


Hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur... 

- M.Y. Lermontov.


Söz böyük şeydir, ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də.

- Lev Tolstoy


İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar.

- Benedikt Spinoza


Məhəbbət həyatdan əlini üzənləri də yenidən həyata qaytarır. 

- Əbu Turxan


Eşq-elə bir sirdir ki, gətirmək olmur dilə, Lakin örtmək də olmur onu min pərdə ilə. 

- Əbdürrəhman Cami.


Əlbəttə, fəlsəfə ağlın qüdrəti, 

Bir də ürəklərin saf məhəbbəti! 

- Səməd Vurğun.


 Saflıq – məhəbbətin bolluğundan yaranmış bir sərvətdir.

- Rabindranat Taqor


Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun.

- Cübran


Yaradıcı əql məhəbbət kontekstində ortaya çıxır. 

- Əbu Turxan


Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər.

- Tur Xander 


 Bilik məhəbbət oyadır, onunla nə qədər yaxından tanış olursansa, bir o qədər çox sevirsən.

- Nikolay Çernışevski


 Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini məhəbbət bircə gündə öyrədir.

- Ralf Uold Emerson


Mədəniyyətin səviyyəsi həmişə bilavasitə əməyə məhəbbətdən asılı olur.

- Maksim Qorki


 Bir məmləkətin yüksəlişi ev və ailə məhəbbətinə bağlıdır.

- Çarlz Dikkens


Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir.

- Lev Tolstoy


Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir.

-  Krisp Sallyusti


Məhəbbətdir işıq saçan, onsuz aləm bir zülmətdir, Zülmətdə gördüklərin , sanma ki, bir həqiqətdir.

- Əbu Turxan

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top