-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Musiqi Haqqında Aforizmlər Və Sözlər

bilgideryasi

Musiqi ən gözəl mözüzələrlə dolu ilahi nemətdir. - Martin Lüter


Musiqi, bütün insanların bəşəri dilidir. - Longfellow


Musiqi ruhun qidasıdır.


Musiqi can verir ruha əzəldən, Musiqi qəlb alır min bir gözəldən.  - Səməd Vurğun


Həyat nəğmədir, onun nəqarəti isə ölümdür.       - Viktor Hüqo.


Sevdiyiniz musiqi əslində kim olduğunuzu göstərir. - Jadi Picoult 


Musiqinin əsl gücü ondadır ki, o insanı bəstəkarın xəyal dünyasına aparır. - Lüdviq van Bethoven


Musiqisiz bir dünya, buludsuz bir səmaya bənzər.

Musiqi Haqqında Aforizmlər Və Sözlər musiqi haqqinda aforizmler


Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır. - Viktor Hüqo


Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşğun fırtınalar dünyasıdır. - Rabindranat Taqor


Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən. - Turqut Uyar


Yadıma düşmə deyə dinləyə bilmədiyim mahnılarım var mənim. - İlhan Bərk


Heç bir dildə deyilməmiş, heç bir dildə yazılmamış, sözlər və mahnılar içindəyəm. - Edip Cansevər


Musiqi olsaydın, səni durmadan dinləyərdim...Ruhumu aydınladardın.. - Anna Axmatova 


Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel


Poeziya – sadəcə gözəl söylənmiş bir fikir deyil. O qanayan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir. - Cübran.


Təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır.  - Həsən Əliyev


Ey qadın! Sənin gülüşün dirilik bulağının musiqisidir.. - Rabindranat Taqor


Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir. - Tur Xander


Qəlbdəki fəzilət toxumları musiqi ilə yetişir. - Martin Lüter


Söz və hərəkət musiqinin qanadlarında daha yüksək məna kəsb edir. - Lunaçarski


Səmimi olmayan musiqi yaşamaq qabiliyyətindəm məhrumdur. 

- Sergey Prokofyev


Musiqinin olduğu yerdə, pislik olmaz. - Miguel de Cervantes 


Musiqi, kasıbın cənnətidir. - Ralf Uold Emerson 


Söz gücsüz olduğu yerdə musiqi başlayır. - Vaqner


Sözlərin bitdiyi yerdə musiqi danışar. - Hans Christian Andersen 


Musiqi, söyləməsi mümkün olmayan və görünməz olanları bizə söylər və göstərər. 

2. Musiqi bizə,  söyləməsi mümkün olmayanı söylər, görünməz olanı göstərər.

 Viktor Hüqo 


Musiqi fikrə qanad verir. - Fridrix Nitsşe


Musiqi kainata ruh verir, ağla qanad taxır. Xəyalları uçurdur və hər şeyə həyat verir. - Platon 


Musiqinin ritmində bir sirr gizlidir; əgər onu ifşa etsəydim dünya alt-üst olardı. - Şəms Təbrizi


Qəlbim öz nəğmələrinin coşan dalğaları ilə günəşli günün bu yaşıl aləmini oxşamağa can atır. - Rabindranat Taqor.


Allah bizə musiqini ona görə bəxş edib ki, biz onun köməyi ilə göylərə qalxaq. - ,Fridrix Nitsşe


Xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşanda o, muzey eksponatına çevirir. - Qara Qarayev


Musiqini duya bilməyənlər, rəqs edənləri dəli sanar... - Nitsşe


Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. - Konfutsi



Bir milləti məhbus etmək istəsəniz, onun musiqisini çürüdün. - Anton Çexov


Bir cəmiyyətin musiqisi pozulubsa, o cəmiyyətdə bir çox şey pozulmuşdur.


Dəblər dəyişir, əsl musiqi isə əbədi yaşayır. - Fyodor Dostoyevski



>
To Top